Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4178/2025 28.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü ildə doğulmuş oğlu X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il təvəllüdlü oğlu X2 xx.xx.2024cü il tarixində intihar edərək vəfat etmişdir. Onlar qohumlarla birgə onu Lənkəran şəhəri “Kiçik bazar” qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşir. Oğlu Ceyhunun ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. Oğlu vəfat edərkən Qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum oğlu X1 ölüm şəhadətnaməsi tələb olunur. Lakin oğlunun ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət edərək oğlu X1 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin həmin şöbəninin arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-1249/2024 saylı məktub göndərilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bundan əlavə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət etmiş və cavab məktubunda “Ölüm haqqında şəhadətnamə”ni almaqdan ötrü məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək ölümün qeyd edilmə faktı tələbinə dair fikir və mülahizələrində dəyişiklik olmadığını, həmçinin şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarxli qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Lənkəran rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin yataq otağında parça ilə özünü çilçıraq quraşdırılan yerdən asaraq intihar etmidir. Həmin qərarda ərizəçinin intihar etmiş Ceyhunun anası olaması qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X1 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar edilməmişdir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin verdiyi arayışdan görünür ki, 1994-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində vəfat etmiş və kiçik bazar qəbirstanlığında dəfn edilmişdir, ölüm hadisəsinin baş verməsindən 10 gündən çox keçməsinə görə ölüm faktnın məhkəmə tərəfindən müəyyən edildiyi qeyd edilmişdir. Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 xx.xx.2024-cü ildə Kiçik Bazar qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 bildirdi ki, rəfiqəsi Ərizəçi mərhum X1 anasıdır. Rənanın oğlu X1 təxminən il yarım əvvəl avqust ayında yaşadıqları evdə özünü asaraq intihar etdiyini və Lənkəran rayonu, Kiçik bazar qəbirstanlığında dəfn edildiyini qeyd etdi. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1994-cü il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonunda özünü asmaqla ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.1994-cü ildə doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonunda ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəsi təmin edilsin. xx.xx.1994-cü ildə Lənkəran rayonunda doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-4178/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4178/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver