Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4199/2024 18.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölümü qeydə alınması” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölümü qeydə alınması” haqqında ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə isə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəməyə təqdim edilmiş hazırkı ərizədə ərizəçi tərəfindən kimin ölüm faktının müəyyən edilməsini xahiş etdiyi bilinmir. Ərizənin xahiş etdim hissəsində “X1” ölüm faktının müəyyən edilməsi xahiş edilsə də, işə “X2” nikah haqqında şəhadətnaməsi əlavə edilmişdir. Həmçinin, ölümü qeydə alınması xahiş edilən şəxsin nə vaxt, harada, hansı şəraitdə ölməsinə dair ərizədə hər hansı qeyd edilməmişdir. Habelə, ərizə ilə müraciət edən şəxsin ölən şəxslə hansı qohumluq əlaqəsi olmasına dair hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Bundan başqa, iş üzrə ərizəçinin adı ərizənin giriş hissəsində “Surnac”, imza etdi hissəsində isə “Surac” kimi qeyd edilmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölümü qeydə alınması” haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçia izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-4199/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4199/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver