Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4265/2024 29.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü tarixli barışıq sazişinin təsdiq edilməsi mediasiya xərclərinə görə və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun cavabdeh Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə cavabdehin birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü övladı X7 və xx.xx.2021-ci il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş hər uşaq üçün 170 (bir yüz yetmiş) manat (iki uşaq üçün ümumilikdə 340 (üç yüz qırx manat) məbləğində olan alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir xx.xx.2018-ci il təvəllüdlü X7 xə xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək sağlanması üçün məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş 170 (bir yüz yetmiş) manat alimentin məbləği artırılaraq, hər uşağa görə 215 (iki yüz on beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 430 (dörd yüz otuz) manat məbləğində alimentin cavabdeh Maraqlı şəxs tərəfindən ödənilməsinə mediasiyada razılığa gələrək, xx.xx.2024cü il tarixində barışıq sazişi bağlamışlar. Cavabdeh Maraqlı şəxs artırılmış alimentin hesablanması xx.xx.2024-cü il tarixdən başlamaqla, hər ayın 15-də bank köçürülməsi vasitəsi ilə hər uşağa görə 215 (iki yüz on beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 430 (dörd yüz otuz) manat məbləğində alimentin mənə ödənilməsinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh Maraqlı şəxs barışıq sazişi üzrə öhdəlikləri icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumar verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00444 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 215 manat ümülikdə iki uşağa görə 430 manat alimentin alınıb Ərizəçi verilməsinə dair Maraqlı şəxs öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə X1 rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X2 rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət etmək üçün 41 manat və 60 manat olmaqla cəmi 101 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, işin hallarına dair iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu 101 manat Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçı Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 215 manat ümumilikdə iki uşağa görə 430 manat alimentin Ərizəçi verilməsi və alimentin 15 may 2024-cü il tarixdən başlanmaqla hər ayın 15-də bank köçürməsi yolu Ərizəçi ödənilməsini Maraqlı şəxs öhdəsinə götürməsinə dair xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-00444 saylı barışıq sazişi təsdiq edilsin. İş üzrə ödənilmiş 101 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-4265/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4265/2024
29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver