Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4267/2024 20.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə anadan olmuş X4 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayon Boladi kəndində özünü yaşadığı evin həyətində yerləşən tövlənin tavanından özünü asaraq intihar etməklə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X6r və onun atası X11 05 dekabr 1956-cı ildə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. X11 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində yaşadığı evdə vəfat etmişdir. Belə ki, atası X11 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində yaşadığı evin həyətində yerləşən tövlənin tavanından özünü asaraq öldürmüşdür. Bu fakt Lənkəran Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X7 icraatında olmuş 127C-24 saylı material üzrə 20 sentyabr 2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarla sübut olunmuşdur. X3 Lənkəran rayon, Boladi kənd qəbristanlığında dəfn etmişlər. Buna sübut olaraq Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12-30/784 saylı, 05 noyabr 2024-cü il tarixli arayışını və X2 qəbirüstü abidəsinin (sinə daşının) foto şəkillərini ərizəsinə əlavə etmişdir. X2 ölümünü təsdiq edən həkim arayışı alınmamışdır. Həkim arayışı ala bilmədiklərindən ölüm haqqında şəhadətnaməni götürmələri mümkün olmamışdır. O bununla əlaqədar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs arxivində atası X11 barədə ölüm akt qeydiyyatı aşkar olunmadığı ona bildirilərək bu barədə məktub verilmişdir. Ona, yəni Ərizəçi Maraqlı şəxsndə həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. Ona görə də, X2 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. X4 adına torpaq sahələri və ev vardır, ölüm aktının qeyd olunması ona vərəsəlik məsələlərinə görə vacibdir. Ərizəçi onun X2 ölməsi faktını şahid kimi sübut edə biləcək bir sıra şəxsləri olduğunu qeyd etmişdir. Ərizəsinin əsaslı olub, təmin olunmasının sübutu kimi bir sıra sənədləri göstərmişdir. Ərizəçi onun X2 ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qayda da ala bilmir və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. 05 dekabr 1956-cı ildə Lənkəran rayonu Boladi kəndində anadan olmuş X4 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını zəruri hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ona verilən suala cavab olaraq bildirmişdir ki, məhkəməyə müraciət etmə səbəbi atasına verilməli olan ölüm pulunu ala bilməməsi, atasının adına olan əmlaklara mülkiyyət hüququnun əldə edilməsi istəyi və qeydiyyat şöbəsinin ona ölüm haqqında akt qeydini verilməsindən imtina etməsi ilə əlaqədar məhkəməyə meraciət etməli olmuşdur. Maraqlı şəxsnə ərizənin surəti göndərilmiş, həmçinin hazırlıq və baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə heç bir rəsmi məlumat vermədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X12 127C-24 saylı material üzrə 20 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, izahatı alınmış X13, X1 Saqif Hidayət oğlu ilə X4 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayon Boladi kəndində özünü yaşadığı evin həyətində yerləşən tövlənin tavanından özünü asaraq intihar etməsi ilə bağlı eyni məzmunlu izahat vermişlər. Beləliklə, araşdırma zamanı hər hansı bir şəxsin X11 ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma və hədə-qorxu gəlməklə özünü öldürmə həddinə çatdırması faktı müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X11 həqiqətən Lənkəran rayon Boladi kəndində qeydiyyatda olmuşdur. X11 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli T.Saqifin xx.xx.2024-cü il tarixli ərizənisinə cavab olaraq verilmiş məktubundan görünür ki, X4 xx.xx.2024-cü ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Xİİİ-ЖГ № 264851 nömrəli doğum haqqındakı şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində anadan olmuş, atası X11, anası X5r. İş materiallarına əlavə olunmuş torpaq mülkiyyətə verilməsinə dair şəhadətnamədən, 2002-ci il tarixli (KOD 80200028, JN – 1299A) DTXK Lənkəran rayon Şöbəsinin müdiri M.Quliyev tərəfindən imzalanmış X4 torpaq sahəsinin planının çıxarışından və Lənkəran ŞİHB-nın Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabından çıxarışda görünür ki, həqiqətən də, mərhum X11 torpaq mülkiyyətçisidir. Həmçinin iş materiallarına əlavə olunmuş X4 qəbirüstü abidəsinin (sinə daşının) foto şəkillərindən də görünür ki, o xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə dəfn edilmişdir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il təvəllüdlü Lənkəran rayonunda doğulmuş X4 12 sentyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsi təmin edilsin. xx.xx.1956-cı il təvəllüldü Lənkəran rayonu, Boladi kəndində doğulmuş X4 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Boladi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4267/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4267/2024
20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver