Məhkəmə qərarları › İş №2(049)-4376/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4376/2023

07.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4376/2023 07.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi:X1, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01614 saylı barışıq sazişi təsdiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs qarşı aliment tələbi ilə bağlı MŞL/MT014/2023-01614 saylı barışıq sazişi imzalamışlar. Maraqlı şəxs ilə faktiki nikahdan anadan olmuş xx.xx.2021-cİ il tarixdə X3 anası Ərizəçi yanında saxlanılması və hər ay uşağa görə 200 manat olmaqla, alimentin pulun birinci tərəf Ərizəçi ödənilməsini öhdəlik götürmüşdür. Alimentin 2023-cü ilin iyul ayından başalayaraq hər ayın 28-i nağıd, poçt və ya bank vasaitəsi ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs tərəfindən icra edilmir birinci aydan hal-hazıradək icra olunmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizədə göstərdiklərini təsdiq edib Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulduğunu, lakin bun baxmayaraq maraqlı şəxsin barışıq sazişinə əməl etməyərək hazırkı vaxtadək heç bir ödəniş etmədiyini bildirib ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və və vaxtı barədə Maraqlı şəxs rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01614 saylı Barışıq Sazişindən görünür ki, xx.xx.2021-cİ il tarixdə X3 anası Ərizəçi Maraqlı şəxs ilə faktiki nikahdan anadan olmuş xx.xx.2021-cİ il tarixdə X3 anası Ərizəçi yanında saxlanılması və hər ay uşağa görə 200 manat olmaqla, alimentin pulun birinci tərəf Ərizəçi ödənilməsini öhdəlik götürmüşdür. Alimentin 2023-cü ilin iyul ayından başalayaraq hər ayın 28-də nağıd, poçt və ya bank vasaitəsi ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-cİ il tarixdə X3 Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixdə doğulmuş X2 anası Ərizəçi yanında saxlanılması, xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 200 manat aliment pulunun Ərizəçi ödənilməsi və aylıq müəyyən edilmiş aliment məbləğini hər ayın 28-dən nağd, poçt və ya bank köçürməsi yolu ilə ödəməsini Maraqlı şəxs öhdəsinə götürməsinə dair xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-01614 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar