Məhkəmə qərarları › İş №2(049)-442/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-442/2025

03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-442/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1895-ci ildə anadan olmuş nənəsi X5 xx.xx.1971-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. X3 xx.xx.1984-cü il tarixdə, X4 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdirlər. Onların nikahları 26 avqust 1960-cı il tarixdə Maraqlı şəxsndə 204 sayla qeydə alınmışdır. Onların birgə nikahlarından ərizəçi də daxil olmaqla iki uşaqları anadan olmuşdur. Mərhum X3 xx.xx.1934-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Mərhum babası X10 1863-ci ildə anadan olmuş və nənəsi X13 ilə nikaha daxil olaraq onların nikahından bir övladları anadan olmuşdur, yəni atası. Mərhum nənəsi X14 xx.xx.1971-ci il tarixdə Lənkəran şəhərində vəfat etmiş və Lənkəran şəhər "Kiçik bazar” qəbiristanlığında dəfn olunmuşdur. Nənəsi vəfat edərkən valideyinlərinin başı hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadları olmadığından nənəsi üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra nənəsi X6 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində nənəsi X14 barəsində ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Mərhum nənəsi X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o mərhum nənəsi X5 ölüm faktının müəyyən edilməsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının müəyyən olunması ona vərəsəlik məsələsini həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir və ərizə tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.4-cü maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Maraqlı şəxsndən verilmiş 3513 saylı, xx.xx.2024-cü il tarixli doğum akt qeydiyyatı barədə arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X4, X3dur. Maraqlı şəxsndən verilmiş 3519 saylı, xx.xx.2024-cü il tarixli nikah akt qeydiyyatı barədə arayışın surətindən görünür ki, X12 ilə X9 arasında rəsmi nikah xx.xx.1960-cı il tarixdə 204 saylı aktla rəsmiləşdirilmişdir. Maraqlı şəxsndən verilmiş 3512 saylı, xx.xx.2024-cü il tarixli ölüm akt qeydiyyatı barədə arayışın surətindən görünür ki, X9 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. 1428 nömrəli, 1964-cü il tarixdə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportunun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, həmin sənəd 1964-cü il tarixli, 1428 nömrəli inventar kartoçkasına əsasən, 164 kv.m. fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. XV-LS seriyalı, 675800 nömrəli sovet pasportunun surətindən görünür ki, X14 1898ci il təvəllüdlüdür. Pasportun “qeydiyyat” barədə qeyd hissəsindən görünür ki, X1 şəhəri, Mayakovsk küçəsi, ev 14 ünvanında qeydiyyatda olmuşdur. Lənkəran ŞİHB-nın Lənkəran şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1218/206 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Musayev X18 şəhər, A.Məmmədli küçəsi ev 12 ünvanda qeydiyyatdadır, atası mərhum X9 xx.xx.1984-cü il tarixdə vəfat etmiş və Kiçik bazar qabrstanlığında dəfn olunmuşdur”. Lənkəran ŞİHB-nın Lənkəran şəhər ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 1218/206 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, “Musayev X18 şəhər, A.Məmmədli küçəsi ev 12 ünvanda qeydiyyatdadır, nənəsi mərhum X15 xx.xx.1971-ci il tarixdə vəfat etmiş və Kiçik bazar qabrstanlığında dəfn olunmuşdur”. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-1334/2024 saylı məktubundan görünür ki, X5 xx.xx.1971-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. «Lənkəran rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 2 saylı Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 158 saylı arayışından görünür ki, X5 tibbi sənədləri aşkar edilməmişdir. Qəbirüstü abidənin fotoşəklində X5 doğum tarixi “1895”, ölüm tarixi: “xx.xx.1971” kimi qeyd edilmişdir. Lənkəran bələdiyyəsinin 396/11 saylı, xx.xx.2024-cü il tarixli arayışında qey edilmişdir ki, Ərizəçi nənəsi (atasının anası) X14 xx.xx.1971-ci il tarixdə “Kiçik bazar” qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda nənəsi Şahbacı Musayevanın ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. O, usta işlədiyindən Mahirin nənəsi X8 evində usta işləmişdir və onu tanımışdır. Mahirin nənəsi Şahbacı 1971-ci il tarixdə Lənkəran şəhərində yaşadığı evdə vəfat etmişdir və o, Lənkəran şəhər kiçik bazar qəbiristanlığında dəfn edilmişdir. O, mərhumənin yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X26 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Mahirin anası Gülnisə, atası Nadir olmuşdur. X2 nənəsi olub. Şahbacı 1971-ci ildə vəfat etmişdir. Məhrumə Lənkəran şəhər kiçik bazar qəbiristanlığında dəfnn edilmişdir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 1898-ci il təvəllüdlü X5 xx.xx.1971-ci il tarixdə Lənkəran şhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1898-ci il təvəllüdlü X5 xx.xx.1971-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar