Məhkəmə qərarları › İş №2(049)-4443/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4443/2025

12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4443/2025 12.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi övladının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək övladı, xx.xx.2019-ci il tarixdə anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, 2014-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahından 12 iyun 2015-ci il tarixdə Həmzə və 05 avqust 2019cu il tarixdə Mübariz adlı iki övladları anadan olmuşdur. İkinci övladı dünyaya gəldikdən bir ay sonra onda fiziki qüsurlar aşkar etmişlər və bu barədə həkimlərə müraciət olunmuşdur. Həkimlərin müayinəsindən sonra həmin uşağa SMA xəstəliyinin 1-ci dərəcəli diaqnozu qoyulmuş və belə xəstə uşaqların çox yaşamaması barədə məlumat verilmişdir. Buna baxmayaraq uşağın yaşaması üçün mübarizə apararaq Abşeron rayonu, Xırdalan şəhərində müvəqqəti kirayə yaşamalı olmuşlar. Lakin, həkimlərin müalicəsinə baxmayaraq həmin övladı 7 ay yaşadıqdan sonra 16 mart 2020-ci il tarixdə Abşeron rayonunda vəfat etmiş və Lənkəran şəhərinə gətirilərək "Böyük bazar" qəbristanlığında dəfn olunmuşdur. Övladı vəfat edərkən başı hüzr mərasiminə qarışdığı üçün onun ölüm haqqında şəhadətnaməsini götürməmişdir. Hazırda ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində övladı X7 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ölüm faktının qeyd olunması ona övladının ölümü ilə bağlı verilən müavinəti almaqdan ötrü lazımdır. Ona görə də o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun eyni məzmunlu izahat verib ərizəsinin təmin еdilməsi bərədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, ərizəçi onun dostunun qızıdır. Onun iki uşağının olduğunu və uşaqlardan birinin anadangəlmə qüsurlu olduğu üçün müəyyən vaxtdan sonra vəfat etdiyini bilir. Həmin uşağın adı Mübarizdir və o, uşağın dəfn mərasimində iştirak etmişdir. O, xx.xx.2019-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi və el arasında Sardaxıl deyilən, yəni Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığında dəfn edilməsi faktını təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Ərizəçi onun gəlinidir. Oğlu Eldarla gəlini Nüşəbanın birgə nikahından iki uşaqları doğulmuş, uşaqlardan kiçiyi xəstə olduğu üçün vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Nəvəsi, xx.xx.2019-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi və el arasında Sardaxıl deyilən, yəni Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığında dəfn edilməsi faktını təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, ərizəçi onun gəlinidir və gəlini Nüşabə oğlu Eldarla ailə qurmuş, birgə nikahlarından isə iki övladları doğulmuşdur. X11 xəstə olduğu üçün ona müalicə də edilməsinə baxmayaraq vəfat etmiş və Lənkəran şəhərində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. O, xx.xx.2019-ci il təvəllüdlü nəvəsi-X2 xx.xx.2020-ci il tarixdə vəfat etməsi və Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığında dəfn edilməsi faktını təsdiq edir. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli və onun əri X5 məxsus AA6283664 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2014-cü il tarixli AZ-İ 906085 nömrəli nikah haqqında şəhadətnamə, ərizəçinin mərhum övladına məxsus AA0678915 nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2019-cu il tarixli AZ-İV 333030 nömrəli doğum haqqında şəhadətnamənin surətləri, Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 363/2 nömrəli arayış, müayinən nəticələsinə dair tibb müəssisənin məlumatı, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi Abşeron rayon mərkəzi xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müraciətə cavab məktubu və qəbir daşının fotoşəkilləri ilə müəyyən edildi ki, ərizəçi xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. O, xx.xx.2014-cü il tarixdə X6 ilə rəsmi nikahla ailə qurmuş, birgə nikahlarından xx.xx.2015-ci ildə Həmzə, xx.xx.2019-cu ildə isə Mübariz adlı iki övladları doğulmuşdur. xx.xx.2019-cu il təvəllüdlü X3 tibbi müayinələrin nəticəsi olaraq SMN1 DelE7-8 aşkarlanmışdır. O, xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etmiş və Lənkəran şəhəri “Böyük bazar” qəbiristanlığında dəfn edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə tərtib edilməmiş və uşağa ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ərizəçi mərhum övladı, xx.xx.2019-cu il təvəllüdlü X2 ölüm faktını təsdiq edən sənədi əldə etmək məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, onun müraciətinə cavab olaraq Maraqlı şəxs arxivində X2 ölümü haqqında akt qeydiyyatının aşkar edilmədiyi və ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə onun barəsində ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə edilmişdir. Hazırda ərizəçi xx.xx.2019-ci il tarixdə anadan olmuş mərhum övladı X2 ölümünü təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyinə görə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini əsaslandıran hallar kimi şahid ifadələrinə, iş materiallarına və qəbir daşının fotoşəkillərinə istinad edir. Ərizəçinin öz övladının ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə etməsi mümkün deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını - maddə 307.2.8) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin mərhum oğlu X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı ərizəçinin izahatı ilə yanaşı şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapdığından, həmçinin, ərizəçinin mərhum oğlu, xx.xx.2019-ci il tarixdə anadan olmuş X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada əldə etməsi mümkün olmadığından ərizəçinin övladı X2 vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2019-ci il tarixdə anadan olmuş X2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar