Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4545/2025 11.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “Barışıq sazışinin təsdiq edilməsi barədə” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi, Maraqlı şəxs cəlb edilməklə “Barışıq sazışinin təsdiq edilməsi barədə” ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış MŞL/MT014/2025-00171 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2007-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2009-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 2 uşaq üçün 160 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Hazırki ərizəndən görünür ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi xüsusi icraat qaydasında baxılan iş olduğundan yuxarıda qeyd olunan Qanunun tələbi baxımından məhkəməyə ərizə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Halbuki, ərizəçinin əlavə etdiyi xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, X5 cəmi 40 manat rüsum ödəmişdir. X1 etibarnamə üzrə ərizəçinin nümayəndəsi olub-olmaması ərizədən müəyyən edilmir. Beləliklə, ərizəçi X7 MPM-nin 150.1.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə ərizə verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. MPM-nin 152.1.1-ci və 152.1.5-ci maddələrində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçinin diqqətinə çatdırılır ki, 100 manat dövlət rüsumunu şəxsən özü və ya etibarnamə üzrə nümayəndəsi vasitəsilə ödəyə bilər. Lakin dövlət rüsumu etibarnamə üzrə nümayəndə vasitəsilə ödənildiyi halda bu barədə müvafiq təsdiqedici sənəd (etibarnamə) ərizəyə əlavə edilməlidir. Eyni zamanda ərizəçiyə izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “Barışıq sazışinin təsdiq edilməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən X5 tərəfindən ödənilmiş 40 manat rüsum ona geri qaytarılsın. Ərizəçi X6 ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-4545/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4545/2025
11.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver