Məhkəmə qərarları › İş №2(049)-4600/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4600/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4600/2025 11.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X20 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə mərhum anası Fərziyeva (Səlimova) Vəzifə Üzeyir qızı 24 mart 1982-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahından özü daxil olmaqla dörd uşağı doğulmuşdur. Belə ki, böyük bacısı Abbasova (Fərziyeva) Şəhanə İsmayıl qızı 04 may 1983-cü il tarixdə, mərhum X2 02 mart 1985-ci il tarixdə, digər bacı X6 22 fevral 1988-ci il tarixdə və özü - hazırki ərizə üzrə Ərizəçi xx xxxxxxx 1989-cu il tarixdə doğulmuşdur. X3 22 oktyabr 2001-ci il tarixdə, anası X11 isə 30 mart 2022-ci il tarixdə vəfat etmişdir və onların hər ikisi üçün müvafiq qaydada ölüm haqqında şəhadətnamə alınmşdır. X2 subay olmuş və 13 oktyabr 2014-cü il tarixdə qan təzyiqinin yüksək həddə qalxması nəticəsində beyin infaktı keçirərək vəfat etmişdir. Elə həmin tarixdə qohum-qonşuların və dost-tanışların iştirakı ilə onu Lənkəran şəhəri, Kiçik Bazar qəbirstanlığında mərhum atası İsmayıl Fərziyevin məzarının yanında dəfn etmişlər. Qardaşı Şamonun ölüm faktı, hazırki ərizə üzrə şəxsiyyət vəsiqələrini əlavə etməklə təqdim etdiyi şahidlərin izahatları, Lənkəran Bələdiyyəsi tərəfindən verilmiş 02 dekabr 2025-ci il tarixli, 388/2 saylı arayışı və həmçinin “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ 2 Saylı Ailə Sağlamlıq Mərkəzinin 29 noyabr 2025-ci il tarixli, 640 saylı arayışı ilə də təsdiq olunur. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum X2nun ölüm şəhadətnaməsi tələb olunur. Lakin, onun ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət edərək X7 ölümünü təsdiq edən şəhadətnamənin verilməsini xahiş etmişədir. Lakin, Qeydiyyat şöbəsi tərəfindən bu barədə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-1108/2025 saylı imtina məktub verilərək ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında arayışlardan görünür ki, Ərizəçi xx.xx.1989-cu, X14 isə xx.xx.1985ci il tarixdə Lənkəran şəhərində doğulmuşlar. X1, ataları X8r. Lənkəran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi qardaşı xx.xx.1985-ci il təvəllüdlü X14 xx.xx.2014-cü il tarixdə Kiçik Bazar qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X14 həqiqətən xx.xx.2014-cü il tarixdə vəfat etmiş və Kiçik Bazar qəbirstanlığında dəfn olunmuşdur. Mərhum Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmamış, sahə terapevtinə müraciət etməmişdir. X10 ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavabından görünür ki, X5 ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsindən göstərmişdir ki, Ərizəçi onun dostudur, mərhum Şamo Fərziyev isə Kamranın qardaşıdır və Şamo xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, özü şəxsən Şamo Fərziyevin cənazəsinin yuyulmasında və Lənkəran şəhər Kiçik Bazar qəbiristanlığında dəfn olumasında iştirak etmişdir. Məhkəmə iclasında şahid X9 bildirdi ki, Kamran Şərziyev onun dayısı oğludur və Kamranın qardaşı Şamo Fərziyev xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. O, özü şəxsən Şamo Fərziyevin dəfnində iştirak etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini və iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X5 xx.xx.2014-cü il trixdə Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X5 xx.xx.2014-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X5 xx.xx.2014-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar