Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4663/2023 28.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsa qarşı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MTO14/2023- 01406 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ilə birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin barışıq sazişinin bağlandığı xx.xx.2023-cü il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aralarında olan nikah qeydinin pozulması, uşaqların kimin yanında qalması və aliment məsələlərinin həll olunmasından ötrü qanunvericiliyin tələbinə əsasən mediasiya prosesindən keçməkdən ötrü 2023-cü ilin iyun ayında Lənkəran 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə həmin təşkilatda mediasiya prosesi həyata keçirilmiş və maraqlı şəxslə aralarında MŞL/MT014/2023-01406 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin tələbinə əsasən Maraqlı şəxs ilə birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin ona verilməsi razılaşdırılmış və Maraqlı şəxs həmin aliment məbləğini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin sazişin bağlanılmasından 6 ay keçməsinə baxmayaraq maraqlı şəxs müvafiq barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizədə göstərdiklərini təsdiq edib Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahlarının pozulduğunu, maraqlı şəxsin barışıq sazişinə əməl etmədiyini bildirərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və və vaxtı barədə Maraqlı şəxs rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01406 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası Ərizəçi yanında saxlanılması və hər ay uşağa görə 180 manat olmaqla, müəyyən edilmiş aliment məbləğini hər ayın 07-də nağd, poçt və ya bank vasaitəsi ilə Ərizəçi ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-2720/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 05 fevral 2015-ci ildə Lənkəran rayonun Vilvan kənd icra nümayəndəliyində 03 №-lə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflər arasında aliment və birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşağın anasının (cavabdehin) yanında qalmasına dair mübahisənin 23 iyun 2023-cü il tarixli, MŞL/MT014/2023-01406 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunazidd hallar müəyyən olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixdə doğulmuş X1 anası Ərizəçi yanında saxlanılması, xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 180 manat aliment pulunun Ərizəçi ödənilməsi və aylıq müəyyən edilmiş aliment məbləğini hər ayın 07-dən nağd, poçt və ya bank köçürməsi yolu ilə ödəməsini Maraqlı şəxs öhdəsinə götürməsinə dair xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01406 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-4663/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4663/2023
28.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver