Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-552/2024 08.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X2 07 avqust 2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X9 10 yanvar 1967-ci ildə anadan olmuş, 07 avqust 2023-cü ildə vəfat etmişdir. O, Xəzər rayonu, Buzovna ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İndiyə qədər mərhum əri X3 ölüm haqqında şəhadətnamə almamışlar. Tibbi və X5 Stansiyası tərəfindən “Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən” görünür ki, mərhum X9 07 avqust 2023-cü il tarixdə çağırış olmuş və həkim tərəfinfən “R-98 - Həkimə qədər ölüm” aşkarlanmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 25 noyabr 2023-cü il tarixli, 3584 nömrəli arayışdan görünür ki, X9 ilə 16 fevral 1991-ci ildə Lənkəran rayonu, Veravul kəndində nikaha daxil olmuşlar və nikahları 06 nömrəli aktla qeydə alınmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı X9 və oğlu X11 ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Həyat yoldaşı 2015-ci ildə ürəyindən cərrahi əməliyyat olunmuşdu. Həmin əməliyyatdan bir il sonra həyat yoldaşında diabet xəstəliyi aşkar olunmuşdu. Həyat yoldaşı ürək xəstəliyi və diabet xəstəliyi ilə əlaqadar mütəmadi olaraq müalicə almış və dərmanlar qəbul etmişdir. 07 avqust 2023-cü il tarixdə evdə olarkən həyat yoldaşı Samid ona özünü pis hiss etdiyini bildirmişdi. X17 Yardıma müraciət etmişlər və həkim gələnə qədər həyat yoldaşı vəfat etmişdir. Həkim tərəfindən ona həkimə qədər kişi cinsli meyitin aşkar edilməsi barədə arayış verilmişdir. Həyat yoldaşı vəfat edərkən evdə oğlu Elmar, bacıcı oğlu Rafis və başqa qohumları olmuşdur. Həyat yoldaşını Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda bacısının yanında dəfn etmişlər. Həyat yoldaşı Samidin heç kəslə düşmənçiliyi və ədavəti olmamışdır. Həyat yoldaşı vəfat edərkən onların evinə ərazi üzrə polis əməkdaşları da gəlmişlər və ölümün səbəbi ilə maraqlanmışlar. Qəfil ölüm olduğu üçün çıxıb getmişlər. Başı yas mərasimlərinə qarışdığından vaxtında onun üçün ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ölüm haqqında şəhadətnamə ona vərəsəliyə dair müəyyən sənədləşdirmə işləri aparmaqdan ötrü lazımdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 ifadəsində bildirdi ki, Ərizəçi onun xalasıdır. 07 avqust 2023-cü il tarixdə o, xalası X10 qəsəbəsinə qonaq getmişdir. Xalasının həyat yoldaşı Samid həmin gün axşam saatlarında özünü pis his etdiyini bildirmişdir. X19 yardıma müraciət etmişlər. Həkim çağırışa gələnə qədər Samid vəfat etmişdir. Xalasının həyat yoldaşı Samidi Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn etmişlər. Onun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirdi ki, Ərizəçi onun anasıdır. O, mərhum atası Samid və anası ilə birlikdə Yeni Günəşli qəsəbəsində yaşayır. Mərhum atası X9 07 avqust 2023-cü il tarixdə ona zəng edərək özünü pis hiss etdiyini bildirmişdir. O, iş yoldaşı X6 ilə birlikdə evə gəlmişdir. Atasının haının pis olduğunu görüb X17 yardıma zəng etmişdir. Etdiyi çağırışa əsasən, həkim təxminən 40 – 50 dəqiqədən sonra onların evinə gəlmişdir. Həkim gəldikdən sonra atasını müayinə etdikdən sonra bildirmişdir ki, o, artıq vəfat etmişdir. Həmin vaxt evdə anası Suriyyə, xalası oğlu Rafis və başqa qohumları da olmuşdur. Hadisə vaxtı evlərinə polis əməkdaşları da gəlmişlər və ölümün səbəbini aydınlaşdırdıqdan sonra çıxıb getmişlər. Atası Samidi qohumların iştirakı ilə Bakı şəhəri Buzovna qəsəbəsində bibisinin yanında dəfn etmişlər. Atasının heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadəsində şahidlər X12 və X7 məhkəmə iclasında qeyd etdiyi xüsusatları təsdiqlədi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1967-ci il təvəllüdlüdür və Azərbaycan Respublkasının vətəndaşıdır. xx.xx.2023-cü il tarixli 3584 saylı nikah akt qeydiyyatı haqqında arayışdan görünür ki, X9 ilə Ərizəçi 16 fevral 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Lənkəran rayonu Veravul kənd icra nümayəndəliyində 06 sayla nikah akt qeydi tərtib edilmişdir. Təcili və X5 Stansiyası tətəfindən təqdim edilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, 07 avqust 2023-cü il tarixdə saat 19:15-də ünvan 2 ünvanında X2 həkimə qədər ölümü qeydə alınmışdır. Bakı şəhr İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2023-cü il tarixli 100 nömrəli arayışında qeyd edilmişdir ki, “X9 xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəbiristalığında dəfn olunmuşdur. Dəfn xərcləri oğlu Elmar Kərimov tərəfindən ödənilmişdir.” Maraqlı şəxs xx.xx.2023-cü il tarixli nömrəli 13-16-8-10-1729/2023-cü il tarixli məktubunda Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “X1”a aid olduğu, doğulduğu tarix: xx.xx.1967, vəfat etdiyi tarix: xx.xx.2023 kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü, X2 07 avqust 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 yanvar 1967-ci il təvəllüdlü X2 07 avqust 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №2(049)-552/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-552/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver