Məhkəmə qərarları › İş №2(049)-584/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-584/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-584/2025 05.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il tarixində anadan olmuş mərhum atam X4 23 oktyabr 2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1952-ci il təvəllüdlü X3 08 noyabr 2024-cü il tarixində Lənkəran rayonunun Hirkan qəsəbəsində vəfat etmişdir. Atası asma xəstəliyindən əziyyət çəkmişdir. Onun nəfəs almasını rahatlaşdırmaq üçün həkimin məsləhəti ilə evdə oksigen balonu quraşdırmış və atası həmin balon vasitəsi ilə nəfəs almışdır. 08 noyabr 2024-cü il tarixdə evdə olarkən oksigen balonunun alışdığını və atasının yandığını görmüşdür. Tez evə qaçaraq atasını söndürmüşdür. Bundan dərhal sonra X12 müraciət etmiş və həkimlər gəldikdən sonra atasının artıq vəfat etdiyini bildirmişlər. Qohumları ilə birgə onu Lənkəran rayonu Hirkan qəsəbə qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşməklə qəbirüstü abidədə də onun ölüm tarixi 08 noyabr 2024-cü il qeyd edilmişdir. X1 ölüm faktı şahidlər və müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. X3 vəfat edərkən qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum X1 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X1 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək X1 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 26 dekabr 2024-cü il tarixli 3-16-5/8-10-1393/2024 nömrəli məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1952-ci il tarixində doğulmuş mərhum X1 08 noyabr 2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, X2 onun dayısı oğludur. X2 xx.xx.1952-ci il tarixdə anadan olmuş, xx.xx.2024-cü il tarixində Lənkəran rayonunun Hirkan qəsəbəsində vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Hirkan qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, X2 onun qonşusudur. Mərhum A X6 xx.xx.1952-ci il tarixdə anadan olmuş, xx.xx.2024-cü il tarixində Lənkəran rayonunun Hirkan qəsəbəsində vəfat etmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Lənkəran rayonu, Hirkan qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 13-16-5/8-10-1393/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1952-ci ildə anadan olmuş X6 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran Rayonu Hirkan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 01 №-li arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin atası xx.xx.1952-ci ildə doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1952-ci ildə doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar