Məhkəmə qərarları › İş №2(049)-60/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-60/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-60/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı «borc tələbi və borcun ipoteka predmetinə yönəldilmə» tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 qarşı «borc tələbi və borcun ipoteka predmetinə yönəldilmə» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-618/2020 saylı qərardadı ilə cavabdehlərdən Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən onun hüquqi vərəsəsi müəyyən edilənədək iş üzrə icraat dayandırlmışdır. Həmin mülki iş 2023-cü ilə qalıq qaldığından ona 2(049)-3434/2023 nömrəsi verilmişdir. İddiaçı ASC-i mərhumun vərəsələrinin müəyyən olunması üçün notariat ofisinə müraciət etməmiş, mülki iş qalıq olaraq ildən ilə keçmişdir. Bunun qarşısını almaq məqsədilə məhkəmə iş üzrə icraat təzələnmiş və mərhumun vərəsələrinin müəyyən olunması üçün notariat ofisinə və yerli icra nümayəndəliyinə müvafiq sorğular verimişdir. Lənkəran rayon 1 saylı notariat ofisindən məhkəməyə daxil olmuş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh1 vərəsəsi X3 mirası qəbul etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə verərək cavabdeh mərhum Cavabdeh1 vərəsəsi X3 ilə əvəz edilməsini xahiş etmişdir. Buna görə də, Cavabdeh1 onun vərəsəsi X3 ilə əvəz olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3434/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh1 vəfatı ilə əlaqədar ona aid hissədə xitam verilmişdir. Onun vəfatından sonra cavabdeh qismində onun vərəsəsi X3 cəlb edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3434/2023 saylı iki ayrıca qərardadları ilə iş üzrə ayrı-ayrılıqda məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, hər iki ekspertiza rəyi məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli mühasibatlıq ekspertizasının xərci 200 manat, xx.xx.2024-cü il tarixli əmtəşşünaslıq ekspertizasının xərci isə 100 manat təşkil etmişdir. Məhkəmə iş üzrə icraatı təzələyərək mülki işin məhkəmə baxış iclasını bu gün, 08 may 2024-cü il tarixə, saat 09:00a təyin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Anar Cabbarov məhkəməyə ərizə göndərərək, cavabdeh tərəfindən borcun ödənildiyini və iddia ərizəsini, ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini geri qaytarılmasını xahiş etməsini, eləcə də cavabdehlərin məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və dövlət rüsumu qaytarılmaqla baxılmamış saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat iddiaçıya aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, X1 qarşı «borc tələbi və ipoteka predmetinə yönəldilmə» tələbinə dair mülki iş iddia ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı “Dəmirbank» ASC tərəfindən iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyərləri olan cəmi 300 manat iddiaçı Ləğv prosessində olan “Dəmirbank» ASC –nə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar