Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-61/2023 29.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdeh2 MMC-nin nümayəndəsi X3, cavabdeh X6 hüquqi varislərindən Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 180.252,72 manat – bundan 129.264,94 manat əsas, 8.177,03 manat faiz, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.810,75 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun Cavabdeh2 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 Şahi qızının vərəsələri Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 istfadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 18 noyabr 2011-ci il tarixli, KT/KR-58 saylı kredit müqaviləsi üzrə borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 MMC-dən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kreditor İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 7 % dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 24 noyabr 2011-ci il tarixli KT/İP-79 saylı sonrakı ipoteka müqaviləsinə əsasən X8 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası DƏDRXnin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli, MH № ******* seriyalı Çıxarışa müvafiq olaraq ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməldir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğdə dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər mələğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borclana kreditdən istifdaətə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə oalraq göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-61/2023 saylı, xx.xx.2023 tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və X6 vərəsələrinin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 630.000 manat, likvid qiyməti 598.500 manat təşkil edir. Məhkəmə Ekpertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə razı deyillər. Ekspert rəyi natamam və düzgün deyildir. Belə ki, rəydə təqdiqat obyektinə baxış keçirildiyi qeyd edilsə də, qiymətləndirilən əmlakın şəkilləri rəyə əlavə edilməmiş, ümumi məlumat verilmişdir. Bu da ekspertin qiymətləndirilən əmlakı digər əmlaklarla müqayisəsinin düzgün aparılıb-aparılmaması şübhə doğurur. Belə ki, müqayisə üçün nəzərə alınan əmlakların təmiri yüksək keyfiyyətli və yeni inşa edilmiş tikililər olduğu görsənir, lakin mübahisələndirilən əmlakın təmiri və tikintisi 15 il bundan qabaq aparıldığı nəzərə alınmamışdır. Ekspert rəyinin sadəcə nəticə hissəsində əmlakın dəyəri qeyd edilmiş, əsaslandırıcı hissəsində torpaq sahəsinin, tikintidə istifadə edilmiş materialların, çoxillik əkmələrin qiymətləri qeyd edilməmiş, həmçinin daşınmaz əmlakın köhnəlməyə məruz qalması, əmlakın istismar müddəti və s. məsələlərinə toxunulub qiymət verilməmişdir. Həmçinin tikinti-təmir sahəsində daha keyfiyyətli və daha funksional materialların istehsal edilməsi və yeni tikililərdə müasir tikinti və təmir üsullarından istifadə edilməsi də nəzərə alınmalıdır. Ekspert rəyində uyğun satışların müqayisəsi yanaşması metodunu tətbiq etmişdir, bu metoda əsasən sövdələşmə qiymətləri məlum olan analoji obyektlə qiymətləndirmə obyektinin müqayisəsinə əsaslanaraq qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirilməsi məcmusudur. Belə ki, müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin yerləşdiyi yaxın ərazilərdə analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı məbləğlərdə müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). 300 kv.metr -12 sotda- 450.000 manat 480 kv.metr-11 sotda- 950 000 manat 260 kv.metr -12 sotda- 490 000 manat Əmlakın orta bazar qiymətərinə uyğun ümumi dəyərini müəyyən etmək üçün yuxarıda qeyd edilmiş 3 əmlakın qiyməti toplanılaraq, 3-ə bölünmüşdür. Bildirmək istərdik ki, tədqiqat obyekti olan əmlak 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.metr yaşayış, 156.6 kv.metr köməkçi sahədən ibarətdir. Əvvəla müqayisə obyekti olan əmlaklar eyni həcmli torpaq sahəsində yerləşsə də, mənzillərin sahələrində fərqlər vardır. Belə ki, ekspertin rəy verdiyi metoda əsaslanıb qeyd edə bilərik ki, ortalama 346.7 kv.metr əmlak üçün rəy vermişdir.(300+480+260):3=346.7 kv.metr. Tədqiqat obyekti olan əmlakda isə köməkçi sahələr də nəzərə alınmaqla, ümumilikdə 230.8 kv.metrdir. Necə ola bilər ki, orta bazar dəyəri hesablanan mənzil-sahəsi 230.8 kv.metr olan tədqiqat obyekti 300 kv.metr və 260 kv.metr olan müqayisə üçün əlavə edilmiş əmlaklardan daha baha olur!? Başqa üsulu nəzərə alsaq, hər kv.metri üçün qiymət müəyyən etsək, Hər bir əmlakın kv.metrini müəyyən etmək üçün 450 000:300=1500 manat, 950000:480=1979 manat, 490000:260=1885 manat Hər kv.metr üçün ortalama bazar dəyəri (1500+1979+1885):3=1788 manat. Qiymətləndirilməli əmlakın ortalama dəyəri 1788*230.8=412 670.4 manat təşkil edir. Odur ki, vəsatətimizdə qeyd etdiyimiz dəlillər nəzərə alınmalı, obyektiv nəticənin əldə edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmalı və qiymətləndirilmənin keçirilməsi başqa ekspertə həvalə edilməlidir. 2. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023 tarixli ekspert rəyində xx.xx.2016-ci il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5% ilə faiz borcu hesablanmış, bankın xx.xx.2023 tarixli iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi və maliyyə cədvəli nəzərə alınmamışdır. Bu səbəbdən ekspert rəyi ilə bankın tələbi arasında fərqlər yaranır. xx.xx.2023 tarixə bank tərəfindən təqdim edilmiş maliyyə arayışında müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanmış faiz borcu- 18 865,45 manat təşkil etdiyi halda, eyni dövr üçün ekspert rəyi 19 238.73 manat təşkil edir. Odur ki, müqavilə müddəti bitdikdən xx.xx.2023-cü il tarixinədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın xx.xx.2023-cü il tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, əks halda əlavə mühasibatlıq ekspertizası təyin edilməlidir. AR MPM-nin 97.1-ci maddəsinə əsasən, İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. AR MPM-nin 102.2-ci maddəsinə əsasən, Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Cavabdeh4, X7, Cavabdeh6 və Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli, xx.xx.2023-cü il tarixinədək olan müddət üçün illik 5 % ilə hesablanmış faiz borcu ilə bankın xx.xx.2023-cü il tarixli iddia tələbi üzrə borcunun nəzərə alınmasını, əks halda həmin dövr üçün illik 5 % ilə hesablanmış faiz borcunun müəyyənləşdirmək üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edəsiniz. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X3, habelə cavabdeh X6 hüquqi varislərindən Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, bildirmişlər ki, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində əsas, faiz və cərimə borcunu həddən artıq şişirtməklə bilərəkdən və ya bilməyərəkdən (əslində həmin Fond hüquqi şəxsdir, kifayət qədər hüquqşünası və mühasibi vardır, yəni bilməmələri inandırıcı deyil) borc məbləğini düzgün hesablamamışdır. Belə ki, 2011-ci ildə bankdan 200000 manat kredit götürüləndən sonra Cavabdeh2 MMC-nin direktoru olmuş X9 həmin puldan 100000 manatını Kazımov Sabir adlı şəxsə vermiş olduğundan 2020-ci ilin yanvar-fevral aylarında Kazımov Sabir 20000 və 2000 manat olmağla ümumilikdə 22000 (iyirmi iki min) manat pulu ləğv prosesində olan "xxxx" ASC-yə ödəmişdir. Lakin ödənilən məbləğin cərimə məbləğindən silinməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan tərəfimizdən mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi barədə vəsatət verilmiş və həmin vəsatət təmin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı Lənkəran rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(049)-61/2023 saylı qərardadı qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/5210 saylı rəyində göstərilir ki, "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə "xxxx" MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə banka olan borcu 143.407 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 133.964,94 manat və faiz borcu üzrə 9442,11 manat, xx.xx.2016-cı il tarixdən iddia ərizəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5% ilə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4700,0 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə "xxxx" MMC-nin banka olan borcu 157.945.78 manat məbləğində müəyyən olunur. O cümlədən, əsas borc üzrə 129.264,94 manat, faiz borcu üzrə 9442,11 manat, 5% ilə faiz borcu 19.238,73 manat, Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,7 manatı isə cərimə borcu üzrə silinmişdir”. Bununla əlaqədar olaraq qeyd edirəm ki, cərimənin olması artıq mübahisənin olması deməkdir. Mülkiprosessual qanunvericilik nəinki məhkəmədən kənar, hətta məhkəmə prosesinin gedişatında belə cərimə məbləğini mübahisəli tələb hesab etdiyindən bankın məhkəmədən kənar ödənilən 22000 manat pulun 18.793,7 manatını cərimə məbləğindən silməsini heç bir halda qanuni hesab etmək olmaz. Göründüyü kimi, mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı vəsatətdə qeyd etdiyimiz hallar böyük hissədə təsdiqini tapmışdır. Belə ki. Cavabdeh2 MMC ümumilikdə 22.000 manat ödəniş etmiş, həmin pulun 18.793,7 manatı isə əsassız və qanunsuz olaraq borclunun annuitet (əsas və faiz) borcundan deyil, cərimə borcundan silinmişdir. Bu, açıq-aşkar iddiaçının hüquqdan sui-istifadə etməsidir. Qeyd olunanlar nəzərə alınmaqla 18.793,7 manat pulun hansı hissədə əsas və hansı hissədə faiz borcundan silinməli olması xüsusi bilik tələb edən haldır. Ona görə də hesab edirəm ki, bu xüsusatın aydınlaşdırılması ilə bağlı əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan başqa Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1372/2022 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmişdir. Həmin qərardada əsasən verilmiş "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X4 (əslində mübahisəli ev Cavabdeh1 mülkiyyətində olmuşdur) mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti - 940000 (doqquz yüz qırx min) manat, likvid qiyməti - 860000 (səkkiz yüz altmış min) manat olmaqla qiymətləndirilmişdir. Həmin rəydən həmçinin görünür ki, fərdi yaşayış evinin: nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti - yaxşı, tələbat yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı olaraq dəyərləndirilmişdir. Qeyd olunan rəydən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət etdi və həmin vəsatət məhkəmə tərəfindən təmin olundu. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(049)-61/2023 saylı qərardadı ilə təyin edilmiş ekspertiza ilə bağlı 23 oktyabr 2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, X4 (əslində mübahisəli ev Cavabdeh1 mülkiyyətində olmuşdur) mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74.2 kv.m yaşayış, 156.6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti - 630000 (altı yüz otuz min) manat, likvid qiyməti - 598500 (beş yüz doxsan səkkiz min beş yüz) manat olmaqla qiymətləndirilmişdir. Həmin rəydən həmçinin görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Dənizkənarı, Bağlar küçəsində 0.12 ha torpaq sahəsində yerləşən bağ evinin yerləşdiyi yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti təqribən aşağıdakı məbləğlərdə müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). 300 kv.metr (12 sotda) 450000 manat, 480 kv.metr (11 sotda) 950.000 manat, 260 kv.metr (12 sotda) 490000 manat, cəmi (450000+950000+490000):3 = 630 000 manat. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-mühasibatlıq ekspertizası rəy verərkən yalnız analoji fərdi yaşayış evlərinin hazırda mövcud olan orta bazar qiyməti (internet saytlarından götürülmüş elanlar üzrə) nəzərə alınmaqla fərdi yaşayış evinin bazar qiymətini müəyyən etmişdir. Lakin fərdi yaşayış evinin aşağıdakı göstəriciləri hesab edirəm ki, nəzərə alınmamışdır. Nəqliyyat cəhətdən əlverişliliyi - orta, sosial infrastruktura malik obyektlər ilə təmin olunması - orta, bazar satışının aktivliyi - yaxşı, alıcılıq qabiliyyəti - yaxşı, tələbat yaxşı, ümumi tendensiya dəyəri - yaxşı, yerləşdiyi yer - yaxşı, infrastrukturanın inkişafı yaxşı, ekoloji vəziyyət - yaxşı, yaxşılaşması - yaxşı. Həmçinin qeyd edirəm ki, ekspertizası aparılan fərdi yaşayış evinə sərf edilmiş materiallar xüsusi keyfiyyətli və qiymətli materiallar olmuşdur. Məsələn: evin xaricdən örtüyü bahalı fasaddan olmuşdur, örtüyün üzərində xüsusi işləmələr olmuşdur, evin balkonlarından Xəzər dənizi birbaşa görünür. Ekspertiza zamanı analoji evlərin giymətləri üzrə orta bazar qiyməti çıxarılmışdır. Hansı ki, orada olan anoloji evlərdən 3.000.000 manat giymətləndirilən ev də olmuşdur, lakin həmin ev bilərəkdən və ya bilməyərəkdən mügayisəli tədgigat üçün anoloji evlərin siyahısına daxil edilməmişdir. Siyahıya daxil edilən evlərdən birinin giyməti 950.000 manat olarag göstərilmişdir. Hansı ki, həmin evlə ekspertizada mübahisələndirilən evin arasında yalnız kvadratura fərgi olmuşdur. Eyni zamanda giymətləndirilmə aparılarkən mübahisəli evin arxitektura tələblərinə tam cavab verməsi də nəzərə alınmamışdır. İnternet resurslarından əldə etdiyimiz çıxarışa görə mübahisəli evin yerləşdiyi ərazi üzrə ümumi sahəsi 550 m2 olan analoji ev 2.000.000 manat olarag giymətləndirilmişdir (həmin çıxarış vəsatətə əlavə edilir). Bu cür neçə-neçə evləri sadalamaq mümkündür. Hansı ki, həm geyd etdiyi ev, həm də hazırda mübahisələndirilən ev ağ lay örtüklü olmuşdur. Məhkəmənin nəzərinə çatdırıram ki, "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə 23 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıg ekspertizasının rəyi arasında kifayət gədər böyük fərgin olması hazırda təkrar ekspertizanın keçirilməsini zəruri edən ən əhəmiyyətli xüsusatdır. Belə ki, 1-ci rəydə evin orta bazar qiyməti 940.000 manat, likvid dəyəri 860.000 manat, 2-ci rəydə isə orta bazar qiyməti 630.000 manat, likvid dəyəri isə 598.500 manat müəyyən edilmişdir. Buradan aydın olur ki, rəylər arasında orta bazar qiyməti ilə bağlı fərq 310.000 manat, likvid qiyməti il® bağlı fərq isə 261.500 manat təşkil edir. Hesab edir ki, qeyd olunan fərqlər mütəxəssis və ekspertin verdiyi rəylər arasında kifayət qədər böyük ziddiyyətin olmasını göstərir. Ona görə də təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Son olaraq qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilən zaman Cavabdeh2 MMC-nin təsisçisi X1 iştirakı təmin edilməmişdir. Hansı ki, ekspert tərəfindən Cavabdeh2 MMC-nin təsisçisi X2 xahişi üzrə onun iştirakının təmin ediləcəyi bildirilsə də, sonda edilməmişdir. Bildirirəm ki, təkrar ekspertiza keçirilən zaman Cavabdeh2 MMC-nin təsisçisi X1 iştirakının təmin edilməsi zəruridir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər X5 vərəsələri Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh2 MMC-yə 24 ay güzəşt müddəti tətbiq edilməklə hər rüb ödənilmək və ümumilikdə 5 il müddətinə geri qaytarmaq şərtilə 200.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ipoteka qoyan Cavabdeh2 MMC ilə bank arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin bank qarşısında öhdəliyinin icrasını təmin etmək üçün X8 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonuncu maliyyə Arayışlarından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 129.264,94 manat əsas, 8.177,03 manat faiz və müqavilə müddətindən sonra illik 5% dərəcəsilə hesablanmış 42.810,45 manat faiz, cəmi 180.252,72 manat İddiaçı ASC-yə borcu vardır. Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişdən, ərizədən və elektron portal qeydindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2018-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi cavabdehlərə təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 30 maant dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 940.000, likvid qiyməti 860.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh2 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2011-ci il tarixli KT/KR-58 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə, banka olan borcu 143.407,05 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat. xx.xx.2016-cı il tarixdən iddia ərzəsində borcun hesablandığı xx.xx.2019-cu il tarixədək illik 5 faizlə hesablanmış faiz borcu 19.238,73 manat təşkil edir. Qeyd edilən dövrdə Borcalan tərəfindən ümumilikdə 4.700 manat məbləğində ödəniş aparılmışdır. Həmin ödənişlər əsas borcdan silinmişdir. xx.xx.2019-cu il tarixə, Cavabdeh2 MMC-nin banka olan borcu 157.945,78 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, 5 faizlə faiz borcu 19.238,73 manat. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq həyata keçirilmiş 20.000 və 2.000 manat məbləğində ödənişlərdən Bank tərəfindən 3.206,27 manatı vaxtı keçmiş faiz borcu üzrə, 18.793,73 manatı isə cərimə borcu üzrə silinmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin mübahisələndirilməyən hallarından müəyyən edilir ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh2 MMC-yə 24 ay güzəşt müddəti tətbiq edilməklə hər rüb ödənilmək və ümumilikdə 5 il müddətinə geri qaytarmaq şərtilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredir müqaviləsinin icrasını təmin etmək üçün X8 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin mübahisələndirilən hallarından biri tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun məbləği ilə əlaqədardır. Qeyd olunan mübahisə ilə bağlı obyektiv qərarın qəbul edilməsi naminə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və təqdim edilmiş ekspert rəyinə əsasən Cavabdeh2 MMC-nin iddiaçıya olan borcu əsas borc üzrə 133.964,94 manat, faiz borcu üzrə 9.442,11 manat, illik 5 faizlə faiz borcu 19.238,73 manat təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh2 MMC-dən kredit müqavilə üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla yaranmış 42.810,75 manat faiz borcu tələb edir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə münasibatlıq ekspertizasının rəyində tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin iddiaçıya olan əsas borcunun 133.964,94 manat, faiz borcunun üzrə 9.442,11 manat olduğu qeyd edilsə də, iddiaçı tələbində Cavabdeh2 MMCdən bağlanmış kredit müqaviləsi üzrə 129.264,94 manat əsas və 8.177,03 manat faiz borcu tələb etdiyindən və məhkəmə də MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından iddia tələbindən kənara çıxa bilmədiyindən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcu hissəsində əsaslıdır və Cavabdeh2 MMC-dən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas və 8.177,03 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının illik 5 %-lə hesablanmaqla yaranmış 42.810,75 manat faiz borcu tələbi qiymət verərək, həmin hissədə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini sübut növü kimi qəbul edir və hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdən sonra iddiaçının illik 5 %-lə hesablanmaqla yaranmış faiz borcu üzrə 19.238,73 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməldir. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının cavabdeh tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 22.000 manat pul məbləğinin cərimə borcundan çıxılmalı olmaması ilə bağlı dəlillərinə qiymət verərək, hesab edir ki, iddiaya qarşı etirazın qeyd edilən dəlilləri əsassızdır və iddianın məbləğinin azaldılması üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın «kredit borcunun Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması barədə» hissəsi qismən əsaslıdır. Məhkəmə bildirir ki, iddia tələbinə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319-cu maddəsinə görə; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd edilən maddi hüququ normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, müzakirə olan hissədə iddia əsaslıdır və iddiaçı Bankın tələbi üzrə tutma ipoteka predmeti olan və cavabdeh mərhum X6 mülkiyyətində olan Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin mənzil açıq hərracdan satışa çıxarılmalıdır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka ilə yüklü edilmiş Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 istfadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldil İpoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədar qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan iddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatla müəyyən edilmiş likvid qiymətlə razılaşmadığından məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspetizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 598.500,00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə razılaşmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, qeyd olunan ekspertiza rəyinin əsassızlığını təsdiq edən hər hansı hal müəyyən edilmədiyindən cavabdehin nümayəndəsinin etirazının dəlilləri bu hissədə əsassızdır. Buna görə də ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuş likvid qiymətlə, yəni 598.500,00 manat məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla yaranmış 19.238,73 faiz borcu olmaqla, cəmi 156.680,7 manat, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş mərhum X6 mülkiyyətində olmuş və hazırda onun vərəsələri Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılmalı, əmlakın ilkin satış qiyməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən likvid dəyəri olan 598.500,00 manat məbləğində müəyyən edilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış 129.264,94 manat əsas, 8.177,03 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmaqla 19.238,73 faiz borcu olmaqla, cəmi 156.680,7 manat, iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş mərhum X6 mülkiyyətində olmuş və hazırda onun vərəsələri Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 istifadələrində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES dəniz kənarı, Bağlar küçəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 74,2 kv.m yaşayış, 156,6 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracdan satışa çıxarılsın və ipoteka redmeti olan qeyd edilən əmlakın ilkin satış qiyməti 598.500,00 manat məbləğində müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-61/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-61/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver