Məhkəmə qərarları › İş №2(049)-62/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-62/2023

26.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-62/2023 26.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin nümayəndəsi X11 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakı ilə, iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 qarşı «qanunsuz zəbt edilən ümumi istifadədə olan yolun zəbtdən azad olunması və həmin yolun başlanğıcında qoyulmuş asar və tor çəpərlərin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 tərəfindən qanunsuz zəbt edilmiş Lənkəran rayonu, Separadi kəndində yerləşən Lənkaran rayon Separadi bələdiyyəsinə maxsus olan paybəli torpaq sahalərə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun zəbtdən azad olunması va həmin yolun başlanğıcında tor va daş çəpərlərin cavabdehlərin hesabına söküİməsi, həmçinin cavabdehlər tərəfindən yaradılan maneəlarin aradan qaldırılmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Separedi kend sakinləri X18 oglu və X5 tərəflerindən şifahi və ərizələrlə dəfələrlə Lənkəran rayon Sepradi kend bələdiyyəsinə müraciət etmiş və Lənkəran rayon icra Başcisinın qəbulunda olmuşdur. Belə ki, Lənkəran rayon Separadi kend sakinlər cavabdehlər Cavabdeh1 oglu, X15 oglu, Cavabdeh3 oglu, X13 oglu, X21 oglu, X23 oglu və X19 10 ildən çoxdur ki, X18 oglu və X3 verilmiş paybəlli torpaqlarına gediş-gəliş yollarını zəbt etmiş və həmin-yolda mişar daşi ilə çəpər tikmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində vətandaşlar həmin yoldan istifadə eda bilmirlər. Həmin orqanlar yolun ümumi istifadədə olan yol olduğunu qeyd etsələr də və bu barədə cavabdehə desələr də cavabdeh bunların heç birinə mahal qoymamışdir. Həmin yol Separadi kənd bələdiyyəsinin mülkiyyətindədir. Məhz bu səbəbdən cavabdehlərin qanunsuz va özbaşnaliq hərəkətlərindən məhkəməyə müraciət etmak məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin sədri Ceyhun Cəfərov və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 bələdiyyə tərəfindən verilmiş iddianı müdafiə edib, iddiada göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0006 KOD 80220018 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayonu Separadi kəndində yerləşən yaşayış məntəqələrinin altı təyinatlı 0,21 ha torpaq sahəsi X16 və X2 ümumi birgə mülkiyyətindədir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq üçün tərəflərin və məhkəmənin nümayəndəsinin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alındı, kameral şəraitdə baza məlumatları əsasında araşdırılma aparılaraq mütəxəssis rəyi tərtib edildi. Mülki iş qərardadına və tədqiqat obyektinə baxış zamanı mülki işdə üçüncü şəxslər qismində olan X7 və X2 mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə faktiki olaraq gediş-gəliş yolunun mövcud olmaması və buna görə də iddiaçı Lənkəran rayonu, Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi müəyyən olundu. Araşdırma zamanı üçüncü şəxs X6 və ailə üzvlərinin adına Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-0006, KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və digər üçüncü şəxs Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun adına Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinə dair JN-0008, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» sənədlərinin işlənilməsi müəyyən olundu. Qeyd olunan «Torpağa mülkiyyət hüququna dair Dövlət Akt»ları əsasında verilmiş həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin gediş-gəliş yolunu müəyyənləşdirməkdən ötrü araşdırma aparıldı və Lənkəran rayonunun Separadi kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı sözügedən torpaq sahələrinin üç tərəfdən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, yalnız bir tərəfdən hal-hazırda iddia edilən yerdən gediş-gəliş yerləri ilə sərhəd olması müəyyən olundu. Mövcud və arxiv baza məlumatlarına əsasən araşdırma nəticəsində müəyyən olundu ki, mübahisəli ərazidə əvvəllər kanal və yol mövcud olmuş, lakin faktiki vəziyyətdə isə həmin kanal və yol mövcud deyildir. Baza məlumatlarına əsasən həyətyanı torpaq sahələri ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələri arasında sərhəd (kanal və yol) öz əksini tapmış, lakin faktiki vəziyyətdə isə həyətyanı torpaq sahələri ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bitişik olaraq yerləşməsi müəyyən olundu. Araşdırma zamanı mövcud və arxiv baza məlumatlarında öz əksini tapan həmin kanal və yolun məkan göstəriciləri (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olundu. Belə ki, həm layihədə qeyd olunan yol və kanalın naturaya uyğun gəlməməsi və ya naturada faktiki olaraq mövcud olmaması, həm də mübahisəli ərazidə faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə həyətyanı torpaq sahələrin bitişik olaraq yerləşməsi və həmçinin iddia edilən torpaq sahəsinin iddiaçı tərəfindən dəqiq sərhədlərinin göstərilməməsi və s. səbəblərdən yol kimi iddia olunan torpaq sahəsinin cavabdehlər tərəfindən konkret olaraq istifadə edilib-edilməməsini, yaxud da cavabdehlər tərəfindən hansı məqsədli təyinatda (cavabdehlərin bir qismi həyətyanı, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçiləri və ya istifadəçiləridir), hansı ölçü və hansı istiqamətlərdə istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1157 №-li, 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 542/2023 saylı mütəxəssis rəyinə əsasən, mövcud və arxiv baza əlumatları ilə naturada arasında mövcud olan uyğunsuzluq səbəbindən yol kimi iddia olunan torpaq sahəsinin cavabdehlər tərəfindən konkret olaraq istifadə edilib edilməməsini, yaxud da cavabdehlər tərəfindən hansı məqsədli təyinatda (cavabdehlərin bir qismi həyətyanı, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçiləri və ya istifadəçiləridir), hansı ölçü və hansı istiqamətlərdə istifadə edilib edilməməsini müəyyən ləşdirmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli 09 №-li qərarına əsasən Lənkəran rayonu Separadi kəndində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 və X2 ümumi birgə mülkiyyətinə verilmiş, X12 və X1 bələdiyyəsinə müraciət edərək, onlara verilmiş torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun açılmasını xahiş etmiş, Separadi Bələdiyyəsi də öz növbəsində eyni iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehlərdən yolun zəbtdən azad olunması və yolun başlanğıcında qoyulmuş daş çəpərlərin cavabdehlərin hesabına sökülməsi və yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını tələb etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzası, 47-ci maddəsinin 3-cü bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndinin birinci abzasında qeyd olunur ki, ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid torpaqlar hesab olunur. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndində göstərilir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur:

1. Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – bələdiyyənin ümumi istifadədə yolların üzərinə mülkiyyət hüququnun olması qanunla müəyyən olunur (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci bəndi və 47-ci maddəsinin 3-cü bəndi)

2. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli - Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə görə Lənkəran rayonunun Separadi kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı sözügedən torpaq sahələrinin üç tərəfdən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, yalnız bir tərəfdən hal-hazırda iddia edilən yerdən gediş-gəliş yerləri ilə sərhəd olması müəyyən olundu. Mövcud və arxiv baza məlumatlarına əsasən araşdırma nəticəsində müəyyən olundu ki, mübahisəli ərazidə əvvəllər kanal və yol mövcud olmuş, lakin faktiki vəziyyətdə isə həmin kanal və yol mövcud deyildir.

3. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli – Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən həyətyanı torpaq sahələri ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələri arasında sərhəd (kanal və yol) öz əksini tapmış, lakin faktiki vəziyyətdə isə həyətyanı torpaq sahələri ilə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bitişik olaraq yerləşməsi müəyyən olundu. Araşdırma zamanı mövcud və arxiv baza məlumatlarında öz əksini tapan həmin kanal və yolun məkan göstəriciləri (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olundu. Belə ki, həm layihədə qeyd olunan yol və kanalın naturaya uyğun gəlməməsi və ya naturada faktiki olaraq mövcud olmaması, həm də mübahisəli ərazidə faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə həyətyanı torpaq sahələrin bitişik olaraq yerləşməsi və həmçinin iddia edilən torpaq sahəsinin iddiaçı tərəfindən dəqiq sərhədlərinin göstərilməməsi və s. səbəblərdən yol kimi iddia olunan torpaq sahəsinin cavabdehlər tərəfindən konkret olaraq istifadə edilib-edilməməsini, yaxud da cavabdehlər tərəfindən hansı məqsədli təyinatda (cavabdehlərin bir qismi həyətyanı, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçiləri və ya istifadəçiləridir), hansı ölçü və hansı istiqamətlərdə istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

4. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – cavabdehlərin qanunla bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yolun qanuni əsaslarla istifadə etməsini təsdiq edən hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, cavabdehlərin qanunla bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan yolun üzərində qanunsuz sahibliyi həyata keçirir.

5. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

6. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

7. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan, qanunla iddiaçıya aid edilən yolun cavabdehlərin qanunsuz istifadəsində olması və həmin yolun zəbtdən azad olunması, yolun başlanğıcında quraşdırılmış tor və daş hasarın cavabdehlərin hesabına sökülməsi hissəsində əsaslıdır. Məhkəmə eyni zamanda Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin «Araşdırma zamanı mövcud və arxiv baza məlumatlarında öz əksini tapan həmin kanal və yolun məkan göstəriciləri (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olundu. Belə ki, həm layihədə qeyd olunan yol və kanalın naturaya uyğun gəlməməsi və ya naturada faktiki olaraq mövcud olmaması, həm də mübahisəli ərazidə faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə həyətyanı torpaq sahələrin bitişik olaraq yerləşməsi və həmçinin iddia edilən torpaq sahəsinin iddiaçı tərəfindən dəqiq sərhədlərinin göstərilməməsi və s. səbəblərdən yol kimi iddia olunan torpaq sahəsinin cavabdehlər tərəfindən konkret olaraq istifadə edilib-edilməməsini, yaxud da cavabdehlər tərəfindən hansı məqsədli təyinatda (cavabdehlərin bir qismi həyətyanı, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçiləri və ya istifadəçiləridir), hansı ölçü və hansı istiqamətlərdə istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır.» hissəsinə qiymət verərək hesab edir ki, həmin hallar iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, eyni mütəxəsis rəyindən müəyyən olunur ki, JN-0006, KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X16 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayonu Separadi kəndində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, habelə JN-0008, KOD 80220018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun mülkiyyətinə verilmiş 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üç tərəfdən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə, yalnız bir tərəfdən halhazırda iddia edilən yerdən gediş-gəliş yerləri ilə sərhəd olması müəyyən olundu. Mövcud və arxiv baza məlumatlarına əsasən araşdırma nəticəsində müəyyən olundu ki, mübahisəli ərazidə əvvəllər kanal və yol mövcud olmuş, lakin faktiki vəziyyətdə isə həmin kanal və yol mövcud deyildir. Qeyd olunan yolun faktiki olaraq mövcud olmaması səbəbindən üçüncü şəxslər X6 və Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun torpaq islahatı nəticəsində onlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməkdən məhrumdurlar ki, belə halın davam etməsi onların həmin torpaq sahəsinə olan marağının itməsinə səbəb olmaqla yanaşı dövlət tərəfindən keçirilmiş torpaq islahatının məqsədinə uyğun deyildir. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd edilir ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayonu Separadi kəndində yerləşən JN-0006, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən X16 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0,21 ha və JN-0008, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun mülkiyyətinə verilmiş 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən qanunla Lənkaran rayon Separadi Bələdiyyəsinin mülkiyyətində umumi istifadədə olan yol cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 qanunsuz istifadəsindən azad edilməli, həmin yolun başlanğıcında quraşdırılmış tor va daş hasar cavabdehlərin hesabına söküİməli, həmin yoldan digər şəxslərin istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Lənkəran rayonu Separadi kəndində yerləşən JN-0006, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən X16 və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0,21 ha və JN-0008, KOD 80220018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»na əsasən Məmmədov (Quliyev) Ağalar Ramazan oğlunun mülkiyyətinə verilmiş 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən qanunla Lənkaran rayon Separadi Bələdiyyəsinin mülkiyyətində umumi istifadədə olan yol cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 qanunsuz istifadəsindən azad edilsin. Həmin yolun başlanğıcında quraşdırılmış tor va daş hasar cavabdehlərin hesabına söküİsün və yoldan digər şəxslərin istifadə etməsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fəzail oğlu, Cavabdeh3, Cavabdeh4 Ziğamuşa oğlu, X14, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar