Məhkəmə qərarları › İş №2(049)-706/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-706/2024

01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-706/2024 01.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X12 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə ölüm faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu, X2 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X7 xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı evdə olarkən özünü asaraq intihar etmişdir. X4yıtdıqdan sonra travmlar yaşamış və öldükdən sonra Lənkəran rayonu, Havzava kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlu vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışını almamış və buna görə də oğlunun ölüm şəhadətnaməsini götürə bilməmişdir. Oğlunun intihar etməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir.Ölüm şəhadətnaməsini almaq üçün müraciət etdiyi Lənkəran Qeydiyyat şöbəsinin arxivində ölüm aktı aşkar edilməmiş və həmin faktın müəyyən edilmədiyi üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək ölümün qeyd edilmə faktı tələbinə dair fikir və mülahizələrində dəyişiklik olmadığını, həmçinin şöbədə iş yükünün çox olmasını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci tarxdə doğulmuş Ərizəçi Lənkəran rayonu, Havzava kəndində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə anadan olmuş və “Ata” qrafasında ” X3” qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X2 ölüm haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar eilməmişdir. İş materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin verdiyi arayışdan görünür ki, Lənkəran rayonu, Havzava kənd sakini 2001-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində evdə özünü asaraq intihar etmiş, ölüm haqqında şəhadətnamənin verilməsi üçün toplanmış sənədlər Səhiyyə Nazirliyinə təsdiq olunması üçün göndərilsə də, sonuncu səlahiyyətlərində olmadığı üçün intihar hadisəsini təsdiq etməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarxli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 xx.xx.2023-cü il tarixində, saat 19:35-də ölmüş vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin TTY şöbəsinə daxil olmuşdur. Məhkəmə iclasında şahidlər X5 və X6 ayrı-ayrılıqda Lənkəran rayonu, Havzava kəndində yaşayan Ərizəçi qardaşları olduğunu, Röyalın müharibədən qayıtdıqdan sonra əsəbi olduğunu, Havzava kəndində yaşadıqları evdə özünü asaraq intihar etdiyini və Havzava kənd qəbirstanlığında dəfn edildiyini təsdiq etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2001-ci ildə doğulmuş X7 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində özünü asmaqla ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni xx.xx.2001-ci ildə doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı məsələsinin həll edilməsi üçün zəruridir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə ölüm faktının müəyyən olunmasına dair ərizəsi təmin edilsin. xx.xx.2001-ci ildə Lənkəran rayonu, Havzava kəndində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Havzava kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar