Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-747/2024 22.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı X2 posesində bağlanmış MŞL/MT014/2023MŞL-02781 saylı barışıq sazişinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Lənkəran 1 saylı X2 prosesi zamanı xx.xx.2023-cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT014/2023/MŞL-02781 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə ikinci tərəf, yəni Maraqlı şəxs bu saziş imzaladıqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2016-cu il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər bir uşağa görə 200 manat iki uşaqlara görə cəmi 400 manat aliment ödəməsinə öhdəlik götürdü. Alimentin hesablanması 2023-cü ilin noyabr ayının 25-dən başlamaqla, hər ayın 25-də gün ərzində nağd qaydada, köçürülmə yolu ilə, poçt və ya bank vasitəsilə ödəməsini öhdəsinə götürmüşdür. Bundan əlavə əmlakın geri qaytarılmasına razılıq verilməsini göstərmişdir. Lakin, barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəsinə götürdüyü öhdəliyi icra etmədi və hazırda da icra etməməkdə davam edir. Odur ki, xx.xx.2023-cü ildə Lənkəran 1 saylı X2 prosesi zamanı bağlanmış MŞL/MT014/2023/MŞL-02781 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Bayrəməli qızı izahatında ərizədə göstərdiklərini təsdiq edib ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və və vaxtı barədə Maraqlı şəxs rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02781 saylı Barışıq Sazişindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X7 və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa uşağa görə 200 manat, cəmi 400 manat aliment pulunun Ərizəçi ödəyəcəyini maraqlı tərəf Maraqlı şəxs öhdəlik götürmüşdür. Aylıq müəyyən edilmiş aliment məbləğini hər ayın 25dən nağd, poçt və ya bank köçürməsi yolu ilə ödəyəcəyini öhdəsinə götürmüşdür.Eyni zamanda Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi əmlakın geri qaytarılmasına razılıq vermişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cu il tarixdə doğulmuş X7 tarixdə Lənkəran rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası X3r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 rayonunda doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddianın verilməsi üçün dövlət rüsumu kimi 100 manat ödəniş etmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat alimentin Maraqlı şəxs alınıb Ərizəçi Bayrməli qızına verilməsi haqqında Maraqlı şəxs ilə Ərizəçi Bayrməli qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02781 saylı barışıq sazişi təsdiq edilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi 100 manat ödənilmiş dövlət rüsumu maraqlı tərəf Maraqlı şəxs alınıb Ərizəçi Bayrməli qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-747/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-747/2024
22.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver