Məhkəmə qərarları › İş №2(049)-771/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-771/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-771/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1905-ci il tarixində anadan olmuş mərhum nənəsi X9 xx.xx.1954-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1905-ci il təvəllüdlü nənəsi X9 xx.xx.1954-cü il tarixində Lənkəran rayonunun Kənarmeşə kəndində vəfat etmişdir. Onlar qohumlarıyla birgə onu Lənkəran rayonu Kənarmeşə kənd qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşməklə qəbirüstü abidəsi də var. X2 xx.xx.1949-cu ildə vəfat etmişdir. Onların bir vərəsədi var. O da atası X4r. X21 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat edərkən qanunun tələbini başa düşmədiklərindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etməmişlər. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum nənəsi X5 ölüm şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək nənəsi X5 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 06 dekabr 2022-ci il tarixli, 1255 nömrəli məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Maraqlı şəxs xx.xx.2021-ci il tarixli AZ-İİ 209604 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Lənkəran ŞİHB-nın Xolmili kənd ərazi vahidində nümayəndəsinin xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, X6 anası X7 məxsus Kənarmeşə kəndində təsərrüfat başına kitabın 1954-1956-ci illərin 3 saylı kitabın 389 saylı təsərüfatında 0,25 ha torpaq sahəsi və evin altında 0,01 ha olmaqla, cəmi 0,26 ha həyətyanı torpaq sahəsi olmuşdur. Lənkəran ŞİHB-nın Xolmili kənd ərazi vahidində nümayəndəsindən təqdim edilmiş 1954-1956-cı illərə dair təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, 1905-cı il təvəllüdlü X14 ölmüşdür. Nikah haqqında Arayışdan görünür ki, X15 və X9 xx.xx.1939-cu il tarixdə rəsmi nikaha girmiş, ərə Nəzərova, arvada isə Nəzərova Soyadı verilmişdir. Ölüm haqqında Arayışdan görünür ki, X12 xx.xx.1949-cu il tarixdə ölmüşdür. Gülçöhrə Əliyevanın notariat qaydada təqdiq olunmuş ərizəsindən görünür ki, X14 onun yaxın qohumu olmuş, onu yaxından tanıyır. Həqiqətəndə o, Lənkəran rayonu Kənarmeşə kəndində yaşamış və xx.xx.1954-cü ildə vəfat etmişdir. Ölüm faktı ona məlumdur. X3 notariat qaydada təqdiq olunmuş ərizəsindən görünür ki, X14 onun yaxın qohumu olmuş, Onu yaxından tanıyır. Həqiqətəndə o Lənkəran rayonu Kənarmeşə kəndində yaşayıb və xx.xx.1954-cü ildə vəfat etmişdir. Ölüm faktı ona məlumdur. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, o Ərizəçi doğma qardaşıdır. X8 nənəsidir. Onda olan məlumata görə X1 rayonu Kənarmeşə kəndində yaşayıb və xx.xx.1954-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, o Ərizəçi doğma qardaşıdır. Mirzə Nəzərov onun atasıdır. Atası 2021-ci ildə vəfat etmişdir. X8 nənəsidir. X26 Nəzərovanın yeganə vərəsəsi olmuş, Mirzədən başqa övladı olmamışdır. Onda olan məlumata görə X1 rayonu Kənarmeşə kəndində yaşayıb və xx.xx.1954-cü ildə vəfat etmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X5 1954-cü il avqust ayının 22-də Lənkəran rayonu Kənarmeşə kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 1905-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş Nəzərova (Hüseynova) Səkinə Əlif qızının 22 avqust 1954-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1905-ci il təvəllüldü, Lənkəran rayonuda doğulmuş Nəzərova (Hüseynova) Səkinə Əlif qızının 22 avqust 1954-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar