Məhkəmə qərarları › İş №2(049)-822/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-822/2023

01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-822/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 13 noyabr 2009-cu il tarixdə, anası X1 08 sentyabr 2018-ci il tarixdə ölmələri faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəni müdafiə edərək bildirmişdir ki, xx xxxx 1987-cü ildə Lənkəran şəhərində doğulmuşdur. Atası 1952-ci il təvəllüdlü X5, anası 1960ci il təvəllüdlü X4 olmuşdur. Onlar rəsmi nikahda olmuşlar. Uşaq vaxtlarında valideynləri ilə birlikdə Lənkəran şəhərində kirayədə yaşamışlar. Sonradan Bakı şəhərinə köçmüşlər və Bakı şəhəri Sabunçu rayonunda kirayədə yaşamışlar. X10 zavodda işləmişdir və o, sağlığında ciyərlərində olan xəstəlikdən əziyyət çəkirdi. Atası həmin xəstəliklə ara həkimlərdə müalicə olunmuşdur. X10 13 noyabr 2009-cu il tarixdə vəfat etmişdir və qohumların, tanışların iştirakı ilə doğulduğu Lənkəran şəhərində yerləşən “kiçik bazar” qəbiristanlığında dəfn olunmuşdur. Atasının vəfatından sonra anası X4 ilə Bakı şəhərində yaşamışlar. Anası da sağlığında ürək, təzyiqi xəstəliyindən əziyyət çəkmişdir və o, 08 sentyabr 2018-ci il tarixdə təzyiqinin qəflətən qalxması səbəbindən vəfat etmişdir. X8 də qohumların, tanışların iştirakı ilə doğulduğu Lənkəran şəhərində yerləşən “kiçik bazar” qəbiristanlığında dəfn olunmuşdur. Anası və atası vəfat edərkən savadsız adam olduğundan və başı yas mərasimlərinə qarışdığından onlar üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda həmin şəhadətnamələr şəxsi sənədlərini, yəni hərbi biletini və şəxsiyyət vəsiqəsini almaqdan ötrü lazımdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmişdir, hərbi bileti olmadan da ona şəxsiyyət vəsiqəsi verilmir. Maraqlı şəxsnə müraciət etmişdir, lakin həmin şöbədən ona bu barədə imtina məktubu təqdim edilmişdir və hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qohumudur və onlar uşaqlıqdan dost olmuşlar. Elnurun atası X5, anası X4 olmuşdur. Elnur uşaq vaxtlarında valideynləri ilə birlikdə Lənkəran şəhərində yaşamışdır. Lakin sonradan valideynləri ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Elnurun atası və anası vəfat etdikdən sonra doğulduqları Lənkəran şəhərində yerləşən “kiçik bazar” qəbiristanlığında dəfn olunmuşlar. Elnurun X10 13 noyabr 2009-cu il tarixdə, anası X4 isə 08 sentyabr 2018-ci il tarixdə vəfat etmişlər. O, özü də şəxsən Elnurun atasının və anasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi atası X5, anası X2r. Ərizəyə əlavə edilmiş “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki X5 xx.xx.1952ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Ərizəyə əlavə edilmiş “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki X4 xx.xx.1960cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Ərizəyə əlavə edilmiş Lənkəran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 174/1 nömrəli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2009-cu il tarixdə Lənkəran şəhəri “kiçik bazar” qəbirstanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə edilmiş Lənkəran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 173/1 nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhəri “kiçik bazar” qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına həmçinin mərhumların qəbrinin fotoşəkilləri əlavə olunub. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». İş materiallarından görünür ki, ərizəçi müvafiq faktları təsdiq edən sənədləri məhkəmədən kənar qaydada əldə etmək üçün cəhdlər göstərmiş, lakin bu cəhdləri nəticə verməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 25 mart 1952-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X3 13 noyabr 2009-cu il tarixdə Lənkəran şəhərində və 22 sentyabr 1960-cı il tarixdə Lənkəran şəhərində doğulmuş X1 08 sentyabr 2018-ci il tarixdə Lənkəran şəhərində ölmələri faktı müyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar