Məhkəmə qərarları › İş №2(049)-826/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-826/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-826/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” ilə əlaqədar iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi ona məxsus 32 adda, 3765 manat dəyərində əmlaklarının və ya onların dəyəri məbləğində pulun və dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından İbrahim və Ədələt adlı iki uşaqları oğulmuşdur. Cavabdeh ilə aiıə qurduqdan sonra bir müddət mehriban şəraitdə yaşasaq da, sonralar aramızda narazılıqlar yaranmağa başlamışdır. Artıq bir neçə müddətdir ki, iddiaçı uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehlərin evinə qəlin köçərkən valideynləri tərəfindən ona cehiz əşyaları hədiyyə edilmişdir. Hal-hazırda həmin əmlaklar cavabdehin evindədir. Əmlaklarını cavabdehlən tələb etsə də onlar könüllü surətdə heç bir səbəb olmadan ona məxsus olan əmlakları vərmək istəmirlər. Həmin əmlaklar aşağıdakılardan ibarətdir: Yataq dəsti - 1 dəst (çarpayı, şifoner, termo, televizor altıq tumba- 800 azn, Mətbəx mebeli-1 ədəd 400 azn, stul 100 azn, paltaryuyan 1 ədəd 300 azn , televizor 1 ədəd 120 azn, krosnu antenna 1 ədəd 50 azn, soyuducu 1 ədəd 300 azn , dördgözlü qaz 1 ədəd 150 azn, peçka 1 ədəd 80 azn, ətçəkən 1 ədəd 100 azn , şirə çəkən 1 ədəd 50 azn , mikser 1 ədəd 30 azn, simavar-çaydanla 1 ədəd 20 azn, kastorka naboru 3 ədəd 100 azn, kastorka (10 k.5k) 1 ədəd 30 azn, düz boşqab 1 ədəd 100 azn, dərin boşqab 3 parça 100 azn, boşqab naboru 4 ədəd 80 azn , xalça 6 ədəd 300 azn, lüstur 4 ədəd 80 azn, iki nəfərlik çarpayı 1 ədəd 80 azn, kafenni servis 1 dəst 100 azn, çərəz qabı 10 ədəd 70 azn, konfet qabı 10 ədəd 20 azn, külqabı 6 ədəd 10 azn, stakan 6 ədəd 20 azn, nəlbəki 6 parça 20 azn, konfet qabı 8 ədəd 40 azn, yorğan 3 ədəd, balış 4 əd, nalça 10 əd 100 azn, məcmə aşsüzən, yekə qaşıqlar 40 azn, çay dəsmalı 7 ədəd 5 azn, yataq dəsti 6 ədəd 20 azn, qarniz 8 ədəd 5 azn. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən əmlaklarının hamısı cavabdehin evindədir və həmin əmlakları müstəqil şəkildə gedib oradan götürə bilmir, cavabdeh buna imkan vermir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışında izahatında bildirmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi əmlakların hamısı onun evindədir. Lakin hər dəfə əmlakları aparmağa gəldikdə onların arasında mübahisə düşür. Əmakları iddiaçıya qaytarmağa etiraz etmir, amma bunun rəsmi məhkəmə qətnaməsi əsasında icra edilməsini istəyir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6.-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7.-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - Yataq dəsti - 1 dəst (çarpayı, şifoner, termo, televizor altıq tumba- 800 azn, Mətbəx mebeli-1 ədəd 400 azn, stul 100 azn, paltaryuyan 1 ədəd 300 azn , televizor 1 ədəd 120 azn, krosnu antenna 1 ədəd 50 azn, soyuducu 1 ədəd 300 azn , dördgözlü qaz 1 ədəd 150 azn, peçka 1 ədəd 80 azn, ətçəkən 1 ədəd 100 azn , şirə çəkən 1 ədəd 50 azn , mikser 1 ədəd 30 azn, simavar-çaydanla 1 ədəd 20 azn, kastorka naboru 3 ədəd 100 azn, kastorka (10 k.5k) 1 ədəd 30 azn, düz boşqab 1 ədəd 100 azn, dərin boşqab 3 parça 100 azn, boşqab naboru 4 ədəd 80 azn , xalça 6 ədəd 300 azn, lüstur 4 ədəd 80 azn, iki nəfərlik çarpayı 1 ədəd 80 azn, kafenni servis 1 dəst 100 azn, çərəz qabı 10 ədəd 70 azn, konfet qabı 10 ədəd 20 azn, külqabı 6 ədəd 10 azn, stakan 6 ədəd 20 azn, nəlbəki 6 parça 20 azn, konfet qabı 8 ədəd 40 azn, yorğan 3 ədəd, balış 4 əd, nalça 10 əd 100 azn, məcmə aşsüzən, yekə qaşıqlar 40 azn, çay dəsmalı 7 ədəd 5 azn, yataq dəsti 6 ədəd 20 azn, qarniz 8 ədəd 5 azn., naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 3.765 (üç min yeddi yüz altmış beş) manat məbləğində pul alınaraq iddiаçı İddiaçı verilsin. Ödənilmiş 120 (yüz iyirmi) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiаçı İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar