Məhkəmə qərarları › İş №2(049)-829/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-829/2025

12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-829/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il tarixdə anadan olmuş X3 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasının mərhum bibisi olan X6 10 oktyabr 1938-ci il tarixdə Lerik rayonu, Anburdərə kəndində anadan olmuşdur. 24 avqust 2021-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş (Reyestr 2v-01-734) vəsiyyətnaməyə əsasən Lənkəran rayonu, Girdəni kəndində yaşayan vəsiyyət edən X6, özünə məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət edən X6 20 noyabr 2022-ci il tarixdə ev şəraitində beyin qansızması nəticəsində vəfat etmişdir. Mərhum 20 noyabr 2022-ci il tarixdə də Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimini mərhumun yaşadığı Lənkəran şəhəri, M.S.ünvan 1 ünvanında təkbaşına o , keçirmişdir. Mərhumun dəfni ilə bağlı bütün xərcləri o, qarşılamışdır. Ölüm haqqında şəhadətnamə üçün isə vaxtında müraciət etməmişdir. Sonra ona bəlli olmuşdur ki, ölümün qeydə alınması üçün həkim arayışı olmalı və vaxtında müraciət edilməlidir. Ona görə də, hazırda vəsiyyət edənin ölümü ilə əlaqədar vərəsəlik şəhadətnaməsini almağı üçün Lənkəran rayon 1 saylı notariat kontoruna müraciət edib. Lakin vəsiyyət edən X3 ölüm haqqında şəhadətnaməsi olmadığından imtina edilmişdir. Aidiyyəti üzrə Lənkəran Rayon Mərkəzi X8 Şəxsinə müraciət edib. Hüquqi savadsızlığından vaxtında müraciət etmədiyi üçün, X3 ölümü ilə bağlı hər hansı sənəd verilməmişdir. Həmçinin, Maraqlı şəxsnə ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün müraciət edib. Maraqlı şəxs isə müraciətinə cavab olaraq imtina etmiş, həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Ölüm faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə təmsil etiyi iddiaçının ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlava olaraq bildirmişdir ki, məhrum X6 onun özünün bibisi olub, heç kəslə ailə qurmayıb və övladı olmamışdır. Bibisi Rəhiməyə ölən gününə qədər o, özü və oğlu Miryusif qulluq göstərmiş və onun bütün ehtiyaclarını ödəmişlər. Mərhum Lənkəran şəhərində el arasında “Sardaxıl” adlanan qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Mərhumun ölüm faktını məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AZE-İİ № 03178661 saylı şəxsiyyət vəsiqəsin surətindən görünür ki, X6 10 oktyabr 1938-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1938-ci il təvəllüdlü Lənkəran rayonu Girdəni kəndində yaşamış X3 “Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsdə hər-hansı bir xəstəliklə bağlı müraciəti qeydə alınmamışdır. Lənkəran rayon 1 saylı notariat konturunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, (Reyestr № 2v-01-734) vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamə əsasında Lənkəran rayonu, Girdəni kəndində yaşayan vəsiyyət edən X6, ona məxsus olan bütün əmlakını Lənkəran şəhəri Ş.Zahid küçəsi D2 ev 24 qeydiyyatda olan qardaşı nəvəsi Ərizəçi vəsiyyət tmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, həmin abidədə X1 doğum tarixi: xx.xx.1338-ci il, vəfat etdiyi tarix: xx.xx.2022-ci il kimi qeyd edilmişdir. Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X3 xx.xx.2022-ci ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Həmin məktubda həmçinin ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə əlaqadar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərzəci Ərizəçi tanıyır və onun atası ilə bir sinifdə oxumuşlar. X4 da tanımışdır. O, Miryusifin atası Kazımın bibisi olmuşdur. Rəhimə ailəli olmamışdır və onun övladı olmamışdır. Rəhimə 2022-ci ildə noyabr ayının 22-də Lənkəran şəhərində yaşadığı evdə vəfat etmişdir. O, Lənkəran şəhərində yerləşən Sardaxıl qəbiristanlığında dəfn edilmişdir. O, özü də digər qohumlar kimi Rəhimənin dəfn və yas mərasimlərində iştirak etmişdir. Rəhimənin yas mərasimlərini Miryusif təşkil etmişdir. Rəhimə sakit təbiətli bir insan olmuşdur və onun heç kəslə düşmənçilik, ədavəti olmamışdır. Məhkəmə iclasında şahidlər X7 və X5 da ifadələrində şahid Kazımov Telman oğlunun ifadəsində göstərdiklərinə uyğun eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X3 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 10 oktyabr 1938-ci il tarixdə Lerik rayonu, Anburdərə kəndində doğulmuş X3 20 noyabr 2022-ci il il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 oktyabr 1938-ci il tarixdə Lerik rayonu, Anburdərə kəndində doğulmuş X3 20 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar