Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-867/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlaklarının evdən çıxarılması tələbinə» dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 3 dəst bağema, Çay-obed-kofe servizi, 24 ədəd xrustal komplekt, .2 ədəd bağema meyvə qabı, 1 karopka xrustal stəkan, 1 karopka masqur-nəlbəki, 6 ədəd çaşqa-serviz, 62 ədəd stəkan, 24 ədəd xrustal stəkan suqabı, 2 ədəd xrustal külqabı, 2 ədəd suvenir-dəvə-at, 6 ədəd çeşid xrustal dəsti, 3 ədəd çaydan, 1 dəst serviz-ağ və göy çaynik, 1 ədəd Yorğan, 1 ədəd tava dəsti, 1 ədəd aftava dəsti, 1 ədəd samovar, 2 ədəd aş süzən, 2 ədəd xəmir vuran, 5 ədəd ləyən, 6 ədəd şiş, 1 ədəd podnis dəsti, 1 ədəd qab qoyan, 6 ədəd çömçə, 6 ədəd odeyal, 1 ədəd karopka qaşıq dəsti, 14 ədəd balış, 8 ədəd nalça, 5 dəst yorğan, 4 ədəd xalça, 1 ədəd ütü mızı, 1 ədəd obedni lak miz, 1 dəst divan- kreslo, 1 ədəd televizor altlığı, 1 ədəd jurnalnıy stol, 1 ədəd qonaq dəsti, 1 ədəd güldan, 7 ədəd çörək qabı, 2 ədəd meyvə qabı, 4 ədəd xrustal qənd qabı, 32 ədəd duzqabı, 6 ədəd sok stəkanı, 1 ədəd lak kastorka, Nikel kastorka dəsti, 2 ədəd tefal kastorka dəsti, Samovar-çaynik dəsti, 12 ədəd su stəkanı, 2 ədəd kruşka, 12 ədəd kampot qabı, 3 ədəd balaca şirəli kasorka, 4 ədəd çaynik, Qaşıq dəsti, Ət çəkən maşın, Tefal dəsti, 2 karopka nimçə dəsti, Əl ət çəkən, 1 ədəd kəfkir, 1 ədəd tava, 2 ədəd çörək qabı, 2 ədəd duz qabı, 2 ədəd çiyələk qabı, 6 ədəd göy çay servizi, Böyük meyvə qabı, 12 ədəd göy serviz, Kofe serviz dəsti, 12 ədəd serviz, 1 ədəd zibil qabı, 1 karopka nimçə, 6 ədəd göy meyvə qabı, 2 ədəd kül qabı, 2 ədəd çərəz qabı, Bozbaş qabı naboru, 2 ədəd karopka nimçə naboru, 2 ədəd lüstr, 1 ədəd soyuducu, Mətbəxt mebeli, 1 ədəd tozsovuran, 1 ədəd teşt, 1 ədəd gecə lampası cehiz əmlaklarının onun mülkiyyətində olan Lənkəran rayonu, Osaküçə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iş üzrə cavabdeh olan Cavabdeh iddiaçının bacısı oğlu X6 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Onlar evləndikdən bir müddət sonra yaşamağa yerləri olmadığına görə iddiaçı onların müvvəqəti yaşaması üçün evimndə yer vermişdir. Onlar evə müvəqqəti olaraq köçərkən cavabdeh özünə məxsus cehizləri də müvəqqəti olaraq iddiaçıya məxsus evdə yerləşdirmiş və bildirmişdir ki, tezliklə ev tapıb, gedərk və cehizləri apararlar. Onlar iddiaçıya məxsus evdə cəmi 2-3 ay yaşamışlar, lakin buna baxmayaarq cavabdeh özünə məxsus cehizləri iddiaçıya məxsus evdən çıxartmamışdır. 2019-cu ildə isə iddiaçının bacısı oğlu Cavabdeh ayrılmışdır. Cavabdeh artıq 3 ildən çox bir müddətdir ki, ddiaçının evini tərk etmişdir. Lakin buna baxmayaraq cavabdeh özünə məxsus cehiz əmlakları evdən çıxarıb, aparmır. Cavabdeh evi tərk edəndən sonra dəfələrlə ona özünə məxsus cehizləri evdən aparsın demişdir. Lakin cavabdeh özünə məxsus cehizləri evdən aparmamışdır. Cavabdehin əmlaklarının iddiaçının evində qalmasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Onun əmlakları evdə darısqallıq yaradır. Çünki, iddiaçı şəhid ailəsidir, şəhid olmuş oğlunu ziyarət etmək üçün camaat gəlib-gedir, lakin cavabdehin əmlakları evdə olduğu üçün yuxarıda qeyd etdiyi kimi evdə darısqallıq edir. Məhz bu səbəbdən cavabdehə məxsus iddiaçının evində hazırda yerləşən əmlakların çıxarılması barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddia tələbini təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, iddiaçının övladı İİ Qarabağ Müharibəsində şəhid olmuşdur, bununla bağlı onların evinə çox sayda ziyarət edən olur, onun evində iddia ərizəsində qeyd olunan əmlaklar olduğundan evinə gələn ziyarətçiləri normal qarşılaya bilmir. Dəfələrlə cavabdehə cehiz əmlakı çıxarmaq haqqında təklif etsə də, cavabdeh boyun qaçırmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun cehiz əmlakları tam göstərilməyib, iddiada göstərilən əmlaklart onun cehiz əmlaklarıdır və həmin əmlaklar hazırda da iddiaçıya məxsus evdədir, lakin əlavə olaraq cehiz əmlakları da var, həmin əmlaklar da siyahıya əlavə edilsə cehiz əmlakını çıxara bilər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-241/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh qız ilə X6 arasında nikah aktı qeydi pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-819/2021 saylı qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-551/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X4 və X3 qarşı və evə köçürmə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması barədə iddiasının rədd edilməsinə dair qətnaməsi qüvvədə saxlamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, ünvan 1 ünvanı İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Füzuli rayon qeydiyyat şöbəsinin verdiy xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2021-ci il tarixdə 004770 nömrəli vəsiqəsindən görünür ki İddiaçı şəhid ailəsinin üzvü hesab edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. MM-nin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının bacısı oğlu X6 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər və həmin müddətdən İddiaçı məxsus Lənkəran rayonu, Osaküçə kəndində yerləşən evdə yaşamışlar, olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(049)-241/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 boşanmış, həmin tarixdə cavabdeh iddiaçının evindən çıxsa da, cehiz əmlakları həmin evdə qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Osaküçə kəndində yerləşən evdə olması məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından, iddia ərizəsi tam təmin edilərək, qeyd edilən əşyalar mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, beynəlxalq hüquqda (İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin Vİİİ hissəsində məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması təsbit edilmişdir. MPM-nin 222.1-ci maddəsinə əsasən-məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus 3 dəst bağema, Çay-obed-kofe servizi, 24 ədəd xrustal komplekt, 2 ədəd bağema meyvə qabı, 1 karopka xrustal stəkan, 1 karopka masqur-nəlbəki, 6 ədəd çaşqa-serviz, 62 ədəd stəkan, 24 ədəd xrustal stəkan suqabı, 2 ədəd xrustal külqabı, 2 ədəd suvenir-dəvə-at, 6 ədəd çeşid xrustal dəsti, 3 ədəd çaydan, 1 dəst serviz-ağ və göy çaynik, 1 ədəd Yorğan, 1 ədəd tava dəsti, 1 ədəd aftava dəsti, 1 ədəd samovar, 2 ədəd aş süzən, 2 ədəd xəmir vuran, 5 ədəd ləyən, 6 ədəd şiş, 1 ədəd podnis dəsti, 1 ədəd qab qoyan, 6 ədəd çömçə, 6 ədəd odeyal, 1 ədəd karopka qaşıq dəsti, 14 ədəd balış, 8 ədəd nalça, 5 dəst yorğan, 4 ədəd xalça, 1 ədəd ütü mızı, 1 ədəd obedni lak miz, 1 dəst divankreslo, 1 ədəd televizor altlığı, 1 ədəd jurnalnıy stol, 1 ədəd qonaq dəsti, 1 ədəd güldan, 7 ədəd çörək qabı, 2 ədəd meyvə qabı, 4 ədəd xrustal qənd qabı, 32 ədəd duzqabı, 6 ədəd sok stəkanı, 1 ədəd lak kastorka, Nikel kastorka dəsti, 2 ədəd tefal kastorka dəsti, Samovar-çaynik dəsti, 12 ədəd su stəkanı, 2 ədəd kruşka, 12 ədəd kampot qabı, 3 ədəd balaca şirəli kasorka, 4 ədəd çaynik, Qaşıq dəsti, Ət çəkən maşın, Tefal dəsti, 2 karopka nimçə dəsti, Əl ət çəkən, 1 ədəd kəfkir, 1 ədəd tava, 2 ədəd çörək qabı, 2 ədəd duz qabı, 2 ədəd çiyələk qabı, 6 ədəd göy çay servizi, Böyük meyvə qabı, 12 ədəd göy serviz, Kofe serviz dəsti, 12 ədəd serviz, 1 ədəd zibil qabı, 1 karopka nimçə, 6 ədəd göy meyvə qabı, 2 ədəd kül qabı, 2 ədəd çərəz qabı, Bozbaş qabı naboru, 2 ədəd karopka nimçə naboru, 2 ədəd lüstr, 1 ədəd soyuducu, Mətbəxt mebeli, 1 ədəd tozsovuran, 1 ədəd teşt, 1 ədəd gecə lampası cehiz əmlakları İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Osaküçə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-867/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-867/2023
16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver