Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-892/2023 09.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı 28 dekabr 1962-ci ildə anadan olmuş X2 27 yanvar 2022-ci ildə Lənkəran rayonunun Vilvan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixində yaşadığı evin həyətində yerləşən istixananın tavanındakı dəmir dirəkdən özünü asaraq intihar etməklə vəfat etmişdir. Onlar qohumları ilə birgə onu Lənkəran rayonu Vilvan kənd qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşir. Həyat yoldaşı İdmanın ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. Həyat yoldaşının vəfat edərkən Qanunun tələbini başa düşmədiyimdən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişlər. Hazırda vərəsəlik hüquqlarımın həyata keçirilməsi ilə bağlı mərhum həyat yoldaşım X2 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X2 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək həyat yoldaşı X2 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də həyat yoldaşı 28 dekabr 1962-ci ildə anadan olmuş X2 27 yanvar 2022-ci ildə Lənkəran rayonunun Vilvan kəndində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərmişdir ki, mərhum İdman Lələyev onun qardaşı idi. İdman Lələyev fərdi təsərrüfatla məşğul olmuşdur. O, ailəsi ilə birlikdə Vilvan kəndində İdmanın yaşadığı fərdi yaşayış evindən təqribən 500 metr aralıda yaşayır. 27 yanvar 2022-ci ildə saat 21 radələrində Əntiqə onun mobil telefonuna zəng edərək İdmanı istixanada asılmış vəziyyətdə aşkar etdiyini bildirmişdir. O da qohumu Ramillə İdmanın evinə getmişdir. İdman İstixananın tavanında dəmirə bərkidilmiş kəndirdən asılı vəziyyətdə olmuş və ayaqları yerə dəyməmişdir. Raminin köməyi ilə İdmanı kəndirdən çıxarıb evə gətirmişlər. O, verdiyi ifadə ilə təsdiq edir ki, İdman Lələyev 27 yanvar 2022-ci il tarixdə özünü asaraq öldürmüşdür. Lənkəran rayonu Vilvan kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum İdman Lələyev onun qohumudur. 27 yanvar 2022-ci ildə saat 21 radələrində qohumu Rafiqlə İdmanın evinə getmişdir. İdman İstixananın tavanında dəmirə bərkidilmiş kəndirdən asılı vəziyyətdə olmuş və ayaqları yerə dəyməmişdir. Rafiqin köməyi ilə İdmanı kəndirdən çıxarıb evə gətirmişlər. O, verdiyi ifadə ilə təsdiq edir ki, İdman Lələyevin 27 yanvar 2022ci il tarixdə özünü asaraq öldürmüşdür. Lənkəran rayonu Vilvan kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, mərhum İdman Lələyev onun qaynatasıdır. O, verdiyi ifadə ilə təsdiq edir ki, İdman Lələyevin 27 yanvar 2022-ci il tarixdə özünü asaraq öldürmüşdür. Lənkəran rayonu Vilvan kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X11 göstərmişdir ki, mərhum İdman Lələyev onun atasıdır. O, verdiyi ifadə ilə təsdiq edir ki, İdman Lələyevin 27 yanvar 2022-ci il tarixdə özünü asaraq öldürmüşdür. Lənkəran rayonu Vilvan kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 89 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nm 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda,ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 05 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Lənkəran rayonu Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1962-ci il təvəllüdlü X7 yaşadığı evin həyətində yerləşən istixananın tavanındakı dəmir dirəkdən özünü asaraq intihar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş X5 dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin əri 28 dekabr 1962-ci ildə anadan olmuş X5 27 yanvar 2022-ci ildə Lənkəran rayonunun Vilvan kəndində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, 28 dekabr 1962-ci ildə anadan olmuş X2 27 yanvar 2022-ci ildə Lənkəran rayonunun Vilvan kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 28 dekabr 1962-ci ildə anadan olmuş X2 27 yanvar 2022-ci ildə Lənkəran rayonunun Vilvan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-892/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-892/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver