Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-90/2023 29.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «xüsusi mülkiyyətində olan evindən cavabdehə məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi verərək, o iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, qeydiyyat nömrəsi ********** saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan, X4 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi – 108.8 kv.m, köməkçi sahəsi – 68.7 kv.m olmaqla, ümumi sahəsi 177.5 kv.m, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində mərhum atası X2 tərəfindən 1974-cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlaklarını onun hesabına çıxarılması və evin boşaldılaraq o iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o iddiaçı - İddiaçı DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301 olan, inventar nömrəsi: 4556 saylı «Texniki Pasport»a əsasən, X4 küçəsi, ev 37A ünvanında yerləşən yaşayış sahəsi 108,8 kv.m, köməkçi sahəsi 68,7 kv.m olan cəmi ümumi sahəsi 177,5 kv.m (kvadratmetr), yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,04 ha torpaq sahəsi üzərində məhrum atası X2 tərəfindən 1974cü il tarixdə tikilmiş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh, oğlu X16 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin tarixdə o iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən həmin evinə cavabdeh, el adəti üzrə gəlin köçmüşdür. Onunla cavabdeh gəlin arasında evinin, yəni yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı haqqında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Lakin 2004-cü il tarixdə gəlin köçmüş Cavabdeh 72 yaşında olan o qaynatası İddiaçı və hələ sağlığında 64 yaşlı ağır dializ xəstəsi olan qaynanası X5 heç bir hörmət qoymayaraq «İnkir- minkir suyu içib bu qaynana ölən deyil» deməklə onları günlərlə təhqir etməkdə davam edirdi. Hələ bu azmış kimi üstəlik DİN 102 qaynar xəttinə zəng etməklə bu yaşlarında yaşadıqları evlərinə polis gətirməklə qonşu qohumlar arasında hörmətdən salır. Cavabdeh gəlinləri Cavabdeh ilə aparılan öyüd nəsihətlərin qanunvericiliydə mənzil məcəlləsində birgə yaşayış qaydalarına riayət etməsinə, dəvət olunmasına baxmayaraq heç bir nəticəsi olmamışdır. Atma sözləri, bərkdən onların eşidə biləcəyləri təqdirdə telefon danışıqları ilə nalayiq sözlərlə onları təhqir etməkdə günbəgün hal hazırda da davam edir. Bununla belə iddiaçı qismində hələ 2020-ci il tarixdə, cavabdeh gəlin Cavabdeh «Nikahın pozulması və sabit pul məbləğində aliment tələbi» barədə oğlu X10 qarşı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsi iddia tələbini № 2(049)-1721/2020 saylı mülki işi üzrə, icraata götürməklə 20 iyul 2020-ci tarixə, saat 17:45-də hazırlıq iclası keçirilmiş və sonrakı məhkəmə baxış iclasında isə işi baxılmamış saxlamışdır. Nəhayət Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(0491-645/2022 saylı qətnaməsi əsasında oğlu Hüseynov Elnur ilə cavabdeh arasındakı nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh keçmiş gəlini Cavabdeh, o 72 yaşlı iddiaçının xüsusi mülkiyyətində olan evində yaşamasına yenidən maneçilik yaratmağa başlamışdır. Belə ki, tez-tez nalayiq sözlərlə ailə üzvüləri olan oğlu X8, qızı X11 nikahı pozulsa da belə keçmiş əri X10 qarşı artıq əskik sözlərlə evdə əsəb gərginlik yaradan ifadələr işlətməkdə davam edir. Cavabdehə dəfələrlə bu barədə xahiş edib deyilsə də, atasına və DİN 102 xidmətinə zəng vurmaqla qonşular arasında bu yaşda o iddiaçını hörmətdən salmaqla sakit yaşamağına imkan vermir. Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat edərkən can üstündə ağır dializ xəstəsi olan həyat yoldaşı X9 heç bir hörmət göstərmədən ölüm ayağında onu dindirmədən, halallıq etmək üçün çağırışına gəlməyən, cavabdehin ona məxsus mənzildə yaşamağa haqqı yoxdur. O oğlu – X16, Cavabdeh ilə birgə nikahdan xx.xx.2005-ci il tarixdə X17 və xx.xx.2009-cu il tarixdə isə X12 adlı nəvələri dünyaya gəlmişdir. Cavabdehin təzyiq və tələbi ilə nəvələri ev adamları olan: bibisi- Aynuru, əmisi- Pərvizi və o iddiaçı- babası, həmçinin doğma atalarını dindirmir heç bir yaxınlıq göstərmirlər. Uşaqlar doğma adamlarına qarşı analarının qorxusundan yad düşmən ruhunda tərbiyə alıb böyüyürlər. Cavabdeh ilə baş verən mübahisə qarşı durmadan hər ayda bir neçə dəfə polisi evə çağırması ilə bir küm altında baş verən birgə yaşayışın nə dərəcədə ağır mümkünsüz olması başa düşüləndir. Cavabdeh gəlini ilə aparılan öyüd nəsihətlərin, danışıq məsləhətlərin qanunvericiliyin mənzil məcəlləsində göstərilən bir evdə birgə yaşayış qaydalarına riayət etməsinə dəvət olunmasına baxmayaraq onunla edilən söhbətlərin heç bir faydası və ya nəticəsi olmamışdır, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-645/2022 saylı qətnaməsi əsasında təyin edilmiş aliment, oğlu Hüseynov Elnur tərəfindən vaxtlı vaxtında cavadehə ödənilir. Ona görədə faktiki olaraq evində cavabdehin cehiz əmlakları ucbatından yaranan darısqallığa görə 72 yaşımda rahat yaşamaq mülkiyyətinə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmirəm. Yəni, xüsusi mülkiyyətində olan daşınmaz əmlakın ona məxsus olması faktı hüquqmüəyyənedici sənədlərlə sübut olunsa da belə, cavabdeh göstərilən ünvandakı evimdə faktiki olaraq cehiz əmlaklarını çıxarmamışdır. Bu səbəblərdən həyat yoldaşı X1 yəni 30 iyul 2020-ci il tarixində onun imzası ilə mülkiyyətilərində olan fərdi yaşayış evlərinin boşaldılması tələbi haqqında, “Xəstə mülkiyyətçiyə qarşı, gəlini tərəfindən edilən təhdid, şərəf və ləyaqətinin təhqir edilməsi, məxsus olduğu yaşayış sahəsində, şər böhtan ataraq tutdurub həbs etdirməsi ilə hədələməsi bir sözlə birgə yaşayış qaydalarının pozulmasına yönələn qanuna zidd hərəkətlərinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsindən ötrü,” Lənkəran ŞRPŞ şikayət ərizəsi ilə də müraciət ediblər. Lənkəran ŞRPŞ-i cavabında, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Lənkəran Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olmasını bildirildi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X18 iddianı qəbul etməyib, çıxışında iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Hüseynov X14 şəhəri, Mehmandarov küçəsi ev 37A ünvanında qeydiyyatdadır və oğlu X16, qızı X19 və oğlu X15 ilə birgə yaşayır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan və «Texniki Pasport»dan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177.5 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı və X3 ümumi birgə mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 və Cavabdeh nikahları xx.xx.2022-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 85 sayla ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 183/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X16, X15, X11 qarşı iddia ərizəsi ilə müraciət edərək, övladları ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, evdən istifadə hüququnun müəyyən edilməsi və həmin evdən istifadə hüququna edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(049)-2008/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh Lənkəran Rayon Məhkəməsinin həmin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki kollegiyasının 08 may 2023-cü il tarixli 2(102)-2085/2023 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-183/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən istifadəsində olan fərdi yaşayış evində cavabdehə məxsus iddia tələbində göstərilən əşyalar mövcuddur. İddiaçı həmin əşyaların onun sahibliyində olan fərdi yaşayış evindən çıxarılmasını, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, Mülkiyyətçinin mülkiyyətində olan əşyaları almaqla əlaqədar olmayan digər qəsdləri son qoyulmasını tələb etmək hüququ vardır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin cehiz əmlaklarının iddiaçının istifadəsində olan fərdi yaşayış evində saxlanması onun mülkiyyətçi kimi həmin fərdi yaşayış evindən istifadə hüquqlarını məhdudlaşdırır. Buna görə də qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı istifadə və sahiblik hüququ olmadığından, cavabdehə məxsus əşyaların həmin evdə saxlanılması iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə mane olduğundan iddia təmin edilməli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan X4 küçəsi, ev 37A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlakları onun hesabına çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan X4 küçəsi, ev 37A ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əmlakları onun hesabına çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-90/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-90/2023
29.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver