Məhkəmə qərarları › İş №2(049)-910/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-910/2024

08.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-910/2024 08.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə Lənkəran 1 saylı X1 prosesində bağlanmış MŞL/MT 014/2023-01406 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə Lənkəran 1 saylı X1 prosesi zamanı xx.xx.2023-cü il tarixdə qarşılıqlı razılığa gələrək MŞL/MT 014/2023-01406 saylı barışıq sazişi imzalamışdılar. Barışıq sazişinə görə ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X6 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyət hüququ verir və bayram günlərində səhər saat 10:00-dan 18:00-dək ünsiyyət hüququnun verilməsini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs öhdəsinə götürdüyü öhdəliyi icra etmədi və hazırda da icra etməməkdə davam edir. Odur ki, Maraqlı şəxs xx.xx.2023-cü ildə Lənkəran 1 saylı X1 prosesi zamanı bağlanmış MŞL/MTO 14/2023-01406 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X3 atası Ərizəçi ilə ünsiyyətdə olmasına qarşı çıxmadığını, ərizə ilə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçi X4 rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01406 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və bayram günlərinin 10:00-dan 18:00-dək ünsiyyət hüququna dair razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 3508 №-li arayışdan görünür ki, Ərizəçi ilə X2 nikahı 05 fevral 2015-ci il tarixdə Lənkəran rayonun Vilvan kənd icra nümayəndəliyində 03 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 3507 №-li arayışdan görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Lənkəran Lənkəran şəhərində doğulmuşdur. Onun atası Ərizəçi, anası Maraqlı şəxs kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, ərizəçi tərəfindən 50 manat məbləğində dövlət rüsumu, 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə işin hallarına dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunazidd hallar müəyyən olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-25-ci maddəsinin tələbinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış, Ərizəçi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il tarixdə doğulmuş X6 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək və bayram günlərinin 10:00-dan 18:00-dək ünsiyyət hüququ verilməsinə dair xx.xx.2023-cü tarixli, MŞL/MT014/2023-01406 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar