Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-958/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00916 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2008-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-ci il tarixdə anadan olmuş X8, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 az yaşlı uşaqlar anaları yəni İddiaçı yanında saxlanılması və xx.xx.2008-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-ci il tarixdə anadan olmuş X8, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2019cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa görə 70 manat, dörd nəfər uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment maraqlı şəxs Cavabdeh alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə nikah qeydinin pozulması və aliment tələbi ilə bağlı mediasiyaya müraciət edib. Ramin ilə xx.xx.2021-ci ildə mediasiya prosesində MŞL-00916 saylı barışıq sazişi imzaladılar. Barışıq sazişinə görə Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-ci il tarixdə anadan olmuş X8, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X9 anaları İddiaçı yanında saxlanılsın və hər ay hər bir uşağa görə 70 manat, dörd nəfər uşağa görə cəmi 280 manataliment pulunu birinci tərəf İddiaçı ödəməsinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh ilə barışıq sazişi imzaladığları vaxtda bu günə kimi həmin barışıq sazişin şərtlərini pozub əməl etmir yəni aliment ödəmir. Odur ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00916 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında göstərdi ki, o barışıq sazişi əsasında müəyyən edilmiş aliment məbləğini ödəyəcəkdir, lakin maddi imkanı olmadığından vaxtında alimenti ödəyə bilməmişdir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MŞL-00916 saylı barışıq sazişindən görünür ki, tərəflər İddiaçı və Cavabdeh bağlanılmış xx.xx.2009-cu il tarixli nikahın davam etdirilməsinə razı olmadılar. Tərəflər birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X9 anaları İddiaçı yanında saxlanılır. Bu saziş imzaladıqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşa görə 70 manat, dörd nəfər uşağa görə cəmi 280 manat aliment pulunu İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 27 iyul 2008-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X2, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 10 iyun 2010-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 30 may 2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 19 noyabr 2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Lənkəran ŞİHN-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əliyeva X4 rayonu Göyşaban kəndində yaşayır. Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesində bağlanmış Cavabdeh onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay bir uşağa görə 70 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment ödəməsi barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-958/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-958/2023
08.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver