Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-958/2024 01.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu ildə anadan olmuş X10 21 dekabr 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsi ərazisində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1966-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Mərhum X3 xx.xx.1939-cu il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. 21 dekabr 2023-ci il tarixdə vəfat etmiş və Lənkəran şəhər "Kiçik bazar" qəbristanlığda dəfn olunmuşdur. Atası vəfat edərkən başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, X3nun ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs arxivində X3 barədə ölüm akt qeydiyyatı aşkar olunmamışdır və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsindən həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də o, X3nun ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət edir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qardaşı vəfat etdikdən sonra o, atasının tənha yaşadığına görə onu özü ilə özünün yaşadığı Xırdalan şəhərində yerləşən evə aparmışdır. Atası onlarla birlikdə 5-6 ay həmin evdə yaşamışdır. 2023-cü ilin dekabr ayının 19-dan 20nə keçən gecə o, atası ilə bidlikdə evdə olmuşlar. Axşam saatlarında atası Tofiq oğlu Fəridlə birlikdə televizora baxdıqdan sonra yatmaq üçün öz otağına keçmişdir. Bir neçə saatdan sonra oğlu Fərid babasının otağına keçdikdən sonra onun vəfat etdiyini görmüşdür. Bundan sonra təcili tibbi yardıma müraciət etmişlər. Həkim gəldikdən sonra onlara atasının öldüyünü bildirmişdir və bu barədə onlara arayış vermişdir. Atası təzyiq xəstəliyindən əziyyət cəkirmiş və rəsmi xəstəxanada deyil, evdə müxtəlif həkimlər tərəfindən müalicə almışdır. Atasının sağlığında heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Atası Tofiq 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhər "Kiçik bazar" qəbristanlığda dəfn olunmuşdur. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirdi ki, X16 onun babası olmuşdur. Onlar Bakıda Xırdalan şəhərində yaşayırlar və babası Tofiq də 5-6 ay idi ki, onlarla birlikdə yaşamışdır. 2023-cü il dekabr ayının 19-dan 20-nə keçən gecə babası Tofiqlə birlikdə gecə saatlarına qədər televizorda futbola baxmışlar və sonradan babası yatmaq üçün öz otağına keçmişdir. Bir müddət sonra babasının səsinin gəlmədiyini gördükdə onun otağına keçmişdir və onun hərəkətsiz olduğunu görmüşdür. Dərhal anasına xəbər vermişdir və təcili tibbi yardım çağırmışlar. Həkim gəldikdən sonra onlara babasının öldüyünü bildirmişdir və bu barədə onlara arayış vermişdir. Babası sağlığında təzyiq xəstəliyindən əziyyət cəkmişdir və onun sağlığında heç kəslə düşmənçilik və ədavəti olmamışdır. Babası Tofiq 21 dekabr 2023-cü il tarixdə qohumların və qonşuların iştirakı ilə Lənkəran şəhər "Kiçik bazar" qəbristanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki məhrum X18 əhərində onun qonşusu olmuşdur. O, mülayim bir insan olmuşdur və heç kəslə ədavəti olmamışdır. Oğlu vəfat etdikdən sonra 5-6 ay idi ki, Xırdalan şəhərində qızı Şölənin yanında yaşayırdı. 20 dekabr 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Tofiq Xırdalanda vəfat etmişdir. O, 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhər "Kiçik bazar" qəbristanlığda dəfn olunmuşdur. Dəfndə o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 da ifadəsində şahid X1 məhkəmə iclasında qeyd etdiyi xüsusatları təsdiqlədi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı 3K3BKBF nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1939-cu il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1966-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, anası X2r. Nikah haqqında şəhadəətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.1988-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuşdur və nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. Lənkəran rayon Kiçik bazar bələdiyyəsinin 130/2 saylı xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1939-cı il təvəllüdlü X16 həqiqətən xx.xx.2023-cü il tarixdə Kiçik bazar qəbiristanlığında dəfn olunmuşdur. Tibbi Ərazi Bölmələrini X8 rayon X9 X22 Şəhər Ailə Sağlamlıq Mərkəzinin 16 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X5 2 ay müddətində Bakı şəhəri Xırdalan qəsəbəsində qızının evində yaşamış və orada xx.xx.2023-cü ildə vəfat etmişdir. Lənkəran şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən ölüm faktının qeydiyyatını aparmaq mümkün deyil. Abşeron rayon X13 və X6 Stansiyasının xx.xx.2023-cü il tarixli “xəbərdarlıq vərəqəsi”ndə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:54 radələrində ünvan 1 ünvanında xx.xx.1939-cu il təvəllüdlü X10 həkimədər ölməsi aşkar edilmişdir. Kişi cinsində meyit üzərində gözlə görülə biləcək zorakılıq əlamətləri yoxdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli nömrəli 3-16-5-10-117/2024-cü il tarixli məktubunda X4 ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 02 fevral tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X10 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş X10 20 dekabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Lənkəran şəhərində doğulmuş X10 20 dekabr 2023-cü il tarixdə Abşeron rayonu, Xirdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X28
Məhkəmə qərarları › İş №2(049)-958/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-958/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver