Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-962/2024 28.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı 401,20 manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 401,20 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Bakı Şəhər Maliyyə idarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) saat müddətinə ictimai işlər növündə cəzaya məhkum edilməsi barədə Bakı Hərbi Məhkəməsinin 1-1 (093)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü, hökmün icra olunması barədə xx.xx.2022-ci il tarixli göstərişi İddiaçı icraatına xx.xx.2022-cı il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilməklə qeydiyyata götürülmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı icra məmuru V.Əliyeva tərəfindən məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla 1 ədəd **********17267 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd nəzarət qurğusu, 1 ədəd həmin qurğunun enerji adapteri) hazırki iş üzrə Cavabdeh işlək və yararlı vəziyyətdə tətbiq edilərək təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə addi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ictimai işlər növündə tənbehi tam yerinə yetirdiyi üçün xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Lakin, Cavabdeh ona təhvil verilmiş elektron nəzarət qurğusu komplektini gətirib İdarəyə təhvil verməmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı Bakı Şəhər robasiya İdarəsinin ərisi vəzifəsini icra edən Elşad Əbdülrəhimzadə tərəfindən məhkəməyə məktub ünvanlanaraq hazırki mülki işə onların iştirak olmadan baxılması və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul edir. Belə ki, iddia tələbində qeyd edilən elektron nəzarət vasitəsi icra məmuru tərəfindən ona təhvil verilmişdir. Hazırda Bakı Hərbi Məhkəməsinin 1-1 (093)-95/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 300 saat ictimai işlər cəzasını çəkib qurtarmışdır. Lakin elektron nəzarət vasitəsini itirdiyi üçün ona Bakı Şəhər Probasiya Şöbəsinə qaytara bilməmişdir. Həmin elektron nəzarət vasitəsini avtobusda gedərkən itirmişdir. Hazırda iddia tələbində qeyd edilən elektron nəzarət vasitəsinin dəyəri olan 401,20 manat vəsaiti ödəməyə hazırdır. Lakin bu məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur və iş tapıb işləyəndən sonra hissə-hissə ödəmək istəyir. İddia tələbi ilə əlaqadar qərar qəbul edilməsini məhkəmənin mükahizəsinə buraxdı. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Bakı Hərbi Məhkəməsinin 1-1 (093)-95/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) saat müddətinə ictimai işlər növündə cəzaya məhkum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1 (093)-95/2022 saylı xx.xx.2022-ci il tarixli göstərişindən və ştampdan görünür ki, 1-1 (093)-95/2022 saylı xx.xx.2022-ci il tarixli hökm xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixli 21-1/158498 saylı göndərişdən görünür ki, həmin göndərişdə Cavabdeh təqdim edilən elektron nəzarət vasitəsinin ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımalı, istifadə etməli olduğu, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyi, bu əməllərin hüquqi nəticələri, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsıç, vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir və həmin göndəriş Cavabdeh tərəfindən də imzalanmışdır. Bakı şəhər Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 066 saylı xx.xx.2022-ci il tarixli əmri ilə Cavabdeh Bakı Hərbi Məhkəməsinin 1-1(093)-95/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 333.3-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) saat müddətə ictimai işlər növündə tənbeh edilərək, hər gün 4 (dörd) saat işləməklə xx.xx.2022-ci il tarixdən əmək fəaliyyətinə cəlb edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri qəsdən yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini itirməklə 401,20 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də bu faktı etiraf etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 401,20 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 401,20 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələbin məbləği nəzərə alınmaqla cavabdehdən 30,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 401,20 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Bakı Şəhər Maliyyə idarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-962/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-962/2024
28.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver