Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-984/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X11, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 1975-ci il tarixdə doğulmuş qardaşı X8 13 may 2002-ci il tarixdə Lənkəran rayonu, Bala Şürük kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1973-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur və hazırda ailə üzvləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır. Valideynləri nikah münasibətinə daxil olaraq ailə qurublar. Onun atası X15 anası X4 olmuşdur. Valideyinlərindən atası vəfat edib. Mərhum qardaşı X16 13 may 2002-ci il tarixdə Lənkəran rayon Bala Şürük kəndində vəfat etmiş və Lənkəran rayon Bala Şürük kəndində qəbristanlığda dəfn olunmuşdur. Qardaşı vəfat edərkən onlar hüzr mərasiminə keçirdikləri üçün və hüquqi savadı olmadığından onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər. Hazırda o, vərəsəlik məsələsini həll etməkdən ötrü müvafiq sənədləri toplayandan sonra, qardaşı X8 ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində qardaşı X16 barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış vermişlər. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. Ona görə də o, qardaşı X8 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi ərinin əmisi qızıdır, mərhum isə onun ərinin əmisi oğludur. X16 xx.xx.2002-ci il tarixdə epilepsiya tutmasından vəfat etmişdir. Mərhum Lənkəran rayonu Bala Şürük kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun baldızıdır. X16 xx.xx.2002-ci il tarixdə epilepsiya tutmasından vəfat etmişdir. Mərhum Lənkəran rayonu Bala Şürük kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 309496 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il tarixdə X3 rayonu Bala Şürük kəndində doğulmuşdur. X1, atası X12r. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon Bala Şürük kənd Tibb Məntəqəsinin verdiyi arayışdan görünür ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X16 xx.xx.2002-ci ildə Epileptik tutmadan vəfat etmişdir və Lənkəran rayon Bala Şürük kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 07 fevral 2025-ci il tarixli, 123/2025 nömrəli məktubundan görünür ki, X8 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 07 fevral 2025-ci il tarixli, 24 nömrəli Lənkəran rayon Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışından görünür ki, Lənkəran rayon Bala Şürük kənd sakini xx.xx.1975-ci il trixdə doğulmuş X16 xx.xx.2002-ci ildə Epileptik tutmadan vəfat etmişdir və Lənkəran rayon Bala Şürük kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi mərhum X10 mülkiyyətinə verilmişdir. İş materiallarına mərhum X8 qəbrinin fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, X8 xx.xx.2002-ci ildə vəfat etməsi və dəfn edilməsi şahid ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X8 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.2002-ci il tarixdə Lənkəran rayonun Bala Şürük kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 sentyabr 1975-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X8 13 may 2002-ci il tarixdə Lənkəran rayonu Bala Şürük kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-984/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-984/2025
13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver