Məhkəmə qərarları › İş №2(050)-1030/2025

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(050)-1030/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1030/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 585 əyyarlı sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət 17 qram olan qızıl dəstinin və ya onların dəyəri olan 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 21 iyun 2022-ci il tarixadə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Nikahları Masallı rayon Qeydiyyat Şöbəsində 21 iyun 2022-ci il tarixdə bağlanmış, AZ İİ 451761 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə Əli adında övladları doğulmuşdur. Xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında Masallı rayon Qeydiyyat Şöbəsində 22 iyun 2022-ci il tarixdə, 39 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 onun yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh2 Cavabdeh1 anası keçmiş qaynanası, Cavabdeh3 isə Cavabdeh1 bacısı keçmiş baldızıdır. Cavabdeh1lə nikaha daxil olduğu zaman ona 585 əyyarlı sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət 2500 manat dəyərində qızıl komplekt ona hədiyyə edilmişdir. Bununla bağlı fotoşəkillərdə mövcuddur. Toydan sonra Məhəmmədlə yaşamaq üçün xarici ölkəyə getdiyikləri zaman həmin qızılı cavabdeh olan Cavabdeh3 saxlaması üçün vermiş və Azərbaycana qayıdacağı zaman ondan alacağını bildirmişdir. Ölkəyə qayıtdığı zaman Cavabdeh3 qızıllarını qaytarmağı tələb etsə də o, qızılları qaytarmamışdır. Dəfələrlə müraciət etsə də hər dəfə fərqli fikirlər söylənilmişdir. Cavabdeh2 qızılların Məryəmdə deyil onda olduğunu bildirmişdir. Amma hər üç cavabdeh tərəfindən qızılın kimdə olması bildirilməmiş amma qızılın onlarda olmasını da inkar etməmişlər. Cavabdehlər qızılı qaytarmaqdan imtina etmişlər. Hazırki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə mediasiva təşkilatına müraciət edilmiş, Saiyan 1 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışına əsasən cavabdehin iştirak etməməsi səbəbi ilə barışıq əldə olunmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 585 əyyarlı sırğa, boyunbağı (sep klonlu), qolbaq və üzükdən ibarət 17 qram olan qızıl dəstinin və ya onların dəyəri olan 1700 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 37 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 585 əyyarlı sırğa, boyunbağı, qolbaq və üzükdən ibarət 17 qram olan qızıl dəstinin və ya onların dəyəri olan 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 45 manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını tələb etmişdir. Hazırda mütəxəssis rəyi əldə etmişlər. Həmin mütəxəssis rəyində qızılların ümumi dəyərinin 1700 manat olması qeyd edilmişdir. Bu səbəbdən iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılığını yazılı formada bildirdiyindən, məhkəmə Mülki Prosessual Məcəllənin 238.4 və 238.5-ci maddələrinə əsaslanaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxartmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Salyan Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(057)-1932/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1 ilə cavabdeh X5 arasında Masallı rayon Qeydiyyat Şöbəsində 22 iyun 2022-ci il tarixdə, 39 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 anası X1 yanında saxlanılması, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh1 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 25 oktyabr 2024-cü il tarixdən tutularaq cavabdeh X2 ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qızıl-zinət əşyalarının indiki orta bazar qiymətinə uyğun qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, 1 ədəd, 585 əyyarlı, 7 qram çəkidə olan kulonlu sepin dəyəri 700 manat, 1 ədəd, 585 əyyarlı, 3 qram çəkidə olan qolbağın dəyəri 300 manat və 1 ədəd, 585 əyyarlı, 7 qram çəkidə olan üzük və 1 cüt sırğa komplektinin dəyəri 700 manat təşkil edir. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında tələb edilən qızıl-zinət əşyalarının alınması, həmin əşyaların iddiaçıya gəlin olaraq toyda hədiyyə edilməsi iş materialları ilə sübuta yetir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş və tələb edilən 37 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, işin araşdırılması ilə müəyyən edildi ki, İddiaçı tələb etdiyi əmlakları mövcüd olmuş və ona toy hədiyyəsi kimi bağışlanmışdır. Cavabdehlər iddiaya dair münasibət bildirmədiklərindən iş üzrə qiyabi qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 700 manat dəyərində 1 ədəd, 585 əyyarlı, 7 qram çəkidə olan kulonlu sep, 300 manat dəyərində 1 ədəd, 585 əyyarlı, 3 qram çəkidə qolbağ və 700 manat dəyərində 1 ədəd, 585 əyyarlı, 7 qram çəkidə olan üzük və 1 cüt sırğa komplekti və ya onların dəyəri olan 1700 manat pul və 37 manat dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar