Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1038/2023 10.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT104/2023-cü il/MŞL-00494 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxslə 2019-cu ilin iyul ayının 1-də el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2020-ci il təvəllüdlü Zəhra və xx.xx.2021-ci il təvəllüdlü Hüseyn adlı iki uşaqları olmuşdur. Həmin uşaqlarla bağlı atalıq faktı birgə ərizələri əsasında müəyyən edilmişdir. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmışdır. Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxslə 27 fevral 2023-cü ildə mediasiya prosesində MŞL/MT104/ 2023-cü il/ MŞL- 00494 sayh barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barşıq sazişini fevral ayının 27-da imzalamaqla, cari ayın 1-də aliment ödəməli olduğu halda, bunu etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT104/ 2023-cü il/ MŞL-00494 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maralı şəxs Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, hazırda işləmədiyindən barışıq sazişi üzrə alimenti ödəməkdə çətinlik çəkir. Lakin barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 09 aprel 2020-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 01 iyul 2021-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 09 aprel 2020-ci il tarixdə Ərizəçi doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 56 nömrə ilə qeydə alınmışdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 01 iyul 2021-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmiş və xx.xx.2023-cü ildə 57 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00494 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Ərizəçi ilə birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqların atası olmasını etiraf etmişdir. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat, iki uşağa görə 160 manat müalicə xərcini birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Birinci tərəfin aliment tələb etmək hüququ uşaqların atalığı Qeydiyyat şöbəsində qeydə alındıqdan sonra başlamışdır. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 20 fevral 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 27 fevral 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00494 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2023-cü ildən başlayaraq Maraqlı şəxs 09 aprel 2020-ci il təvəllüdlü X2 və 01 iyul 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1038/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1038/2023
10.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver