Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1045/2024 23.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X11 27 mart 1996-cı ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş 10 oktyabr 2007-ci il tarixdə «ürək qüsuru» xəstəliyindən vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1965-ci ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş və hal-hazırda həmin kənddə yaşayır. 01 dekabr 1989-cu il tarixdə Masallı rayonu Çaxırlı kənd sakini X9 ilə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.1990-cı il təvəllüdlü Gözəlova (Məmmədova) Tünzalə şəmsi qızı, xx.xx.1991ci il təvəllüdlü X8, xx.xx.1993-cü il təvəllüdlü X12, xx.xx.1996-cı il təvəllüdlü X11, xx.xx.1997-ci il təvəllüdlü X13 adlı 5 (beş) uşaqları olmuşdur. Uşaqlarının dördü sağsalamat yaşayırlar. Amma oğlu X11 27 mart 1996-cı ildə Çaxırlı kəndində doğulmuş, «ürək qüsuru» xəstəliyindən uzun müddət əziyyət çəkmiş və 10 oktyabr 2007-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Lakin meyid daxili müayinə edilmədiyindən ölümün səbəbinə dair həkim rəyi verilməmişdir. Elə bu səbəbdən də bu ölümün qeydə alınma faktı mümkün olmamışdır. Uşaq Çaxırlı kənd qəbiristanlığında babası X5 və böyük nənəsi X6 qəbirlərinin yanında dəfn edilmişdir. Mərhum oğlu X11 10 oktyabr 2007-ci ildə «ürək qüsuru» xəstəliyindən vəfat etsə də, meyid daxili müayinə olunmadığından, bu barədə müvafıq qeydiyyat aparılmamışdır ki, nəticədə mərhum oğlunun ölüm faktının qeydləri başqa yolla almaq mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktları yalnız məhkəmə həll edə bilər. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur. X11 10 oktyabr 2007-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Çaxırlı kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. X11 10 oktyabr 2007-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Çaxırlı kənd qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Ərizəçi arasında 01 dekabr 1989-cu il tarixdə Masallı rayon Çaxırlı kənd üzrə nümayəndəliyində 36 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Gözəlova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X11 27 mart 1996-cı ildə Masallı rayonu Çaxırlı kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/3-38/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, X11 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İş materiallarında olan Masallı RİHB-nin Çaxırlı kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1029 nömrəli arayışda qeyd olunmuşdur ki, X11 10 oktyabr 2007-ci il tarixdə Masallı rayonu Çaxırlı kəndində vəfat etmiş və Masallı rayonu Çaxırlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 3-16-5/8-245-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 10 oktyabr 2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 27 mart 1996-cı ildə Masallı rayonu Çaxırlı kəndində doğulmuş X7 10 oktyabr 2007ci ildə Masallı rayonu Çaxırlı kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1045/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1045/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver