Məhkəmə qərarları › İş №2(050)-1066/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1066/2024

29.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1066/2024 29.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2023-00155 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 75 manat, cəmi 150 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuş, nikahlarını xx.xx.2014-cü ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞM/MT036/2023-00155 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat, cəmi 150 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 25-də icra etməli idi. Lakin cavabdeh barışıq sazişini icra etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2023-00155 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlandıqdan sonra qarşı tərəf ona iki ay aliment ödəmişdir. Ondan sonra ödəniş etməmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi, atası Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, MŞM/MT036/2023-00155 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 75 manat, cəmi 150 manat aliment pulunun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2023-cü ilin noyabr ayının 25-dən başlayaraq gələn hər ayın 25-ə qədər ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin noyabr ayının 25-dən başalayaraq hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞM/MT036/2023-00155 saylı barışıq sazişi təsdiq edilsin. 25 noyabr 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat, iki uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar