Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1091/2023 16.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Məhəmməd oğlu ilə aralarında bağlanmış olan xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023- 00389 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013cü il təvəllüdlü X1 üçün hər ay yetkinlik yaşına çatana kimi hər birinə 100 (bir yüz) manat olmaqla, iki uşağa görə 200 (iki yüz) manat aliment pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Məhəmməd oğlu ilə faktiki ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqları dövürdə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Onun Zamiqlə arasında yerli-yersiz mübahisəllər olduğundan artıq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun, yəni Ərizəçi yanında saxlamlmışdır. O, Maraqlı şəxs Məhəmməd oğlu ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-00389 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs Məhəmməd oğlu iki nəfər uşağın saxlanılması üçün hər ay xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X6 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birisinə 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 ( i k i yüz) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. Mediasiya prosesində MŞL/MT 014/2023-00389 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi ilə arasında barışıq sazişi bağlanmış olsa da imkanı olmadığından ödəyə bilməmişdir, hazırda barışıq sazişinin təsdiq edilməsinə etirazı yoxdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 19 yanvar 2012-ci ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 07 dekabr 2013-cü ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 19 yanvar 2012-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmiş və xx.xx.2023cü ildə 120 nömrə ilə qeydə alınmışdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 07 dekabr 2013-cü il tarixdə Ərizəçi doğulmuş X4 atası hesab edilmiş və xx.xx.2023cü ildə 119 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-00389 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə 200 manat müalicə xərcini birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 15 fevral 2023-cü il tarixli, MŞL/MT 014/2023-00389 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2023-cü ildən başlayaraq Maraqlı şəxs 19 yanvar 2012-ci il təvəllüdlü X5 və 07 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1091/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1091/2023
16.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver