Məhkəmə qərarları › İş №2(050)-1098/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1098/2025

07.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1098/2025 07.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2024-00955 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat aliment pulunun və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək Maraqlı şəxs onun üçün 80 (səksən) manat əlavə xərc pulun alınıb ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Zərdabi qəsəbə sakini Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını xx.xx.2021-ci il tarixdə 773 nömrə ilə Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı bir uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən bir neçə dəfə ayrılmalı olsalar da, ağsaqqalların təkidi ilə barışmalı olmuşlar. Sonuncu, 2024-cü ilin sonlarında aralarında olan mübahisə nəticəsində Masallı 1 saylı Mediasiya Təşkilatına nikahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2024-00955 saylı Barışıq Sazişi imzalmışlar. Sözügedən barışıq sazişinə əsasən, birgə nikahlarından olan xx.xx.2023-cü il təvəllüdlü X2 onun yanında qalmaqla, himayəsinə verilərək, yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü ilin dekabr ayından başlayaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək Maraqlı şəxs 80 (səksən) manat məbləğində əlavə xərc kimi ona verilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Maraqlı şəxs bügünkü günə qədər imzaladığı barışıq sazişinə əsasən götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2024-00955 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat və xx.xx.2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə xərc kimi 80 (səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 27 yanvar 2023-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. 02 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00955 saylı barışıq sazişində görünür ki, 27 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment müəyyən edilir. 27 yanvar 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq gələn hər növbəti ayın 02-dək 220 manat məbləğində alimenti Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. 27 yanvar 2023-cü il təvəllüdlü X2 3 yaşına çaranadək Maraqlı şəxs 80 manat məbləğində əlavə xərc Ərizəçi poçt vasitəsi ilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin ayından başalayaraq gələn hər növbəti ayın 02-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 26 fevral 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 02 dekabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00955 saylı barışıq sazişi aliment və əlavə xərc hissəsində təsdiq edilsin. 02 dekabr 2024-cü ildən başlayaraq Maraqlı şəxs 27 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. 02 dekabr 2024-cü ildən başlayaraq 27 yanvar 2023-cü il təvəllüdlü X2 3 yaşına çaranadək Maraqlı şəxs 80 manat məbləğində əlavə xərc tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar