Məhkəmə qərarları › İş №2(050)-1108/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1108/2025

07.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1108/2025 07.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Maraqlı şəxs ilə 26 fevral 2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-01840 saylı barışıq sazişinin təsdiq edilməsi, 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancımn və digər gəlirlərinin 1/2 hissəsində, 13 avqust 2024-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 13 avqust 2024-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi yox, 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını 21 iyul 2020-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxslə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Nicat uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxsla 27 dekabr 2024-cü ildə mediasiya prosesində MŞL/MTO14/2024-01840 saylı barışıq sazişi imzalamışlar, daha sonra razılşaraq 26 fevral 2025-ci ildə sazişə əlavə müqavilə bağlamışlar. Maraqlı şəxs işlədikcə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxtı razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay qazancının və gəlirinin 1/2 hissəsində ona aliment ödəyəcək. Eyni zamanda 13 avqust 2024-cü il təvəllüdlü X1 3 yaşına kimi saxlanılması üçün əlavə 100 manat aliment ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin Nicat barışıq sazişi imzaladıqdan sonar alimenti ödəməkdən yayınır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, aliment qazancının və gəlirinin 1/2 hissəsində əmək haqqından tutulmalıdır. Buna görə də, barışıq sazişini icra edə bilmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 fevral 2025-ci il tarixli, MŞL/MT014/2024-01840 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər bu sazişi imzalamaqla Ərizəçi və Maraqlı şəxs 21 iyul 2020-ci il tarixli nikahın davam etdirilməsinə razı olmadılar, tərəflər nikahın pozulmasına razılaşdılar; tərəflər 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqları anası Ərizəçi yanında saxlanılmasına razılaşdılar; ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/2 hissəsində aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür; ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür; alimentin hesablanılması 2024-cü ilin dekabr ayının 01-dən başlamaqla, hər ayın 01-də gün ərzində poçt və ya bank köçürülməsi yolu vasitəsi ilə birinci tərəfə Ərizəçi qızma ödəyəcəyinə öhdəsinə götürür; birinci tərəf Ərizəçi bu sazişi imzalamaqla birgə yaşadıqları müddətdə anadan olmuş 01 aprel 2021-ci il təvəllüdlü X2 və 24 sentyabr 2022-ci il təvəllüdlü X3 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək, 13 avqust 2024-cü təvəllüdlü X4 ilə isə ayda iki dəfə bazar günü saat 14:00-dan 17:00-dək ünsiyyət hüququ verir; saziş bağlanıldığı gündən qüvvəyə minmişdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/2 hissəsində alimenti ödəməyi və Nilay adlı uşaq üçün əlavə 3 yaşına çatana kimi 100 manat aliment ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 fevral 2025-ci il tarixli, MŞL/MT014/2024-01840 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/2 hissəsində aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür; ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 26 fevral 2025-ci il tarixli, MŞL/MT014/2024-01840 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “ikinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş 01 aprel 2021-ci il təvəllüdlü X2, 24 sentyabr 2022-ci il təvəllüdlü X3 və 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və digər gəlirlərinin 1/2 hissəsində aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür; ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla 13 avqust 2024-cü təvəllüdlü X4 adlı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment pulunu anaları birinci tərəf Ərizəçi qızma ödəyəcəyini öhdəlik götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar