Məhkəmə qərarları › İş №2(050)-1116/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1116/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1116/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl zinət əşyaları tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz və qızıl zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 11068 manat dəyərində cehiz əmlaklarının və 3515 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin və 134 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Masallı rayonu Təklə kənd sakini Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Lakin aralarında rəsmi nikahları olmamışdır. 19 avqust 2020-ci ildə X1 adlı uşaqları dünyaya gəlmişdir. 27 may 2023-cü ildə qaynı Nemət Hüseynov onu evdən qovmuş və o, evdən qovulduğu zaman heç bir əşyasını götürə bilməmişdir. Dəfələrlə qızıl-zinət əşyalarını və cehiz əmlaklarını tələb etməyinə baxmayaraq hal-hazıra kimi ona verilməmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Cehiz əmlakları yataq mebeli dəsti 1000 manat, künc divan 800 manat, stol dəsti 500 manat, soyuducu 800 manat, paltaryuyan 700 manat, televizor - 2500 manat, uşaq kravatı 350 manat, tək kravat 100 manat, 4 dəst yorğan döşək - 500 manat, duxovka 150 manat, ət maşını - 150 manat, mikser - 50 manat, lüstr 100 manat, ütü masası - 70 manat, 4 dəst kasturka naboru 860 manat, saat 30 manat, asılqan 30 manat, yüz ədəd nimçə 150 manat, 4 ədəd xalça 400 manat, tozsoran 180 manat, kompyuter 500 manat, qaz peçi - 200 manat, stəkan 24 - nəlbəki 24-48 manat, 6 dəst çxol dəsti 200 manat, pərdə 200 manat, 10 ədəd təlis 20 manat, qaşıq naboru - 180 manat, vaz 6 ədəd 50 manat, vedrə 3 ədəd - 30 manat, termoz-70 manat, taxt üstlüyü 150 manat. Qızıl-zinət əşyaları komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı, 22.6 qram 2370 manat, nişan üzüyü 585 əyarlı, 3 qram 315 manat, kulon aypara şəkilli 583 əyarlı, 6 qram 630 manat, yarpaq üzük 585 əyarlı, 2 qram 200 manat təşkil edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 2019-cu ildə Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur, aralarında rəsmi nikahları olmamışdır. 19 avqust 2020-ci ildə X1 adlı uşaqları dünyaya gəlmişdir. Evləndikdən sonra köçüb Bakıda yaşamışlar, sonra Masallıya qayıtmışlar, cehiz əmlaklarını Bakıdan gələndə gətirmişdir, 27 may 2023-cü ildə qaynı Nemət onu evdən qovmuş və o, evdən qovulduğu zaman heç bir əşyasını götürə bilməmişdir. Dəfələrlə qızıl-zinət əşyalarını və cehiz əmlaklarını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməsinə baxmayaraq hal-hazıra kimi ona verilməmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Cehiz əmlakları yataq mebeli dəsti 1000 manat, künc divan 800 manat, stol dəsti 500 manat, soyuducu 800 manat, paltaryuyan 700 manat, televizor - 2500 manat, uşaq kravatı 350 manat, tək kravat 100 manat, 4 dəst yorğan döşək - 500 manat, duxovka 150 manat, ət maşını - 150 manat, mikser - 50 manat, lüstr 100 manat, ütü masası - 70 manat, 4 dəst kasturka naboru 860 manat, saat 30 manat, asılqan 30 manat, yüz ədəd nimçə 150 manat, 4 ədəd xalça 400 manat, tozsoran 180 manat, kompyuter 500 manat, qaz peçi - 200 manat, stəkan 24 - nəlbəki 24-48 manat, 6 dəst çxol dəsti 200 manat, pərdə 200 manat, 10 ədəd təlis 20 manat, qaşıq naboru - 180 manat, vaz 6 ədəd 50 manat, vedrə 3 ədəd - 30 manat, termoz-70 manat, taxt üstlüyü 150 manat təşkil edir. Qızıl-zinət əşyaları komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı, 22.6 qram 2370 manat, nişan üzüyü 585 əyarlı, 3 qram 315 manat, kulon aypara şəkilli 583 əyarlı, 6 qram 630 manat, yarpaq üzük 585 əyarlı, 2 qram 200 manat təşkil edir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Həmdə izahatında bildirdi ki, cavabdehlər əri Mirəziz və qaynanası Zabitədən dəfələrlə qızıllarını tələb etməsinə baxmayaraq ona verməmişlər, ona görə də hər ikisindən cehizlərini və qızıllarını tələb edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə ünvanalnmış ərizələrdə qeyd edilmişdir ki, iddiaçının onlardan tələb etdiyi cehiz əşyaları onların evindədir, lakin qızıl zinət əşyalarından xəbərləri yoxdur, İddiaçı ərizəsində qızıl əmlakların konkret kimdə olması, həmin əmlakları necə əldə etməsi və evdən gedəndə həmin əmlakları aparıb aparmamasını ərizəsində əsaslandırmamışdır. Ona görə də onlara qarşı olan qızıl-zinət əşyaları barədə tələbin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınar Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair Mütəxəssis rəyindən görünür ki, 1 ədəd 22.6 qram çəkidə, 585 əyarlı qarnitur (qızıl dəsti) dəyəri-2370 manat, 1 ədəd 3 qram çəkidə, 585 əyarlı üzük nişan dəyəri-315 manat, 1 ədəd 6 qram çəkidə, 583 əyarlı kulon (ay para) dəyəri-630 manat olmaqla, cəmi dəyərləri 3315 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, əmlak və qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş və iddiaçı tərəfindən tələb olunan əşyaların mövcud olması qismən təsdiqini tapmışdır. Belə ki, Masallı rayonu Təklə kəndində yerləşən cavabdehlərin yaşadığı evdə tələb olunan əmlaklar mövcuddur. Masallı rayonu Təklə kəndində yerləşən evdə hazırda olan əşyalar- yataq mebeli dəsti və ya dəyəri 1000 manat, künc divan və ya dəyəri 800 manat, stol dəsti və ya dəyəri 500 manat, soyuducu və ya dəyəri 800 manat, paltaryuyan və ya dəyəri 700 manat, televizor və ya dəyəri 2500 manat, uşaq kravatı və ya dəyəri 350 manat, tək kravat və ya dəyəri 100 manat, 4 dəst yorğan döşək və ya dəyəri 500 manat, duxovka və ya dəyəri 150 manat, ət maşını və ya dəyəri 150 manat, mikser və ya dəyəri 50 manat, lüstr və ya dəyəri 100 manat, ütü masası və ya dəyəri 70 manat, 4 dəst kasturka naboru və ya dəyəri 860 manat, saat və ya dəyəri 30 manat, asılqan və ya dəyəri 30 manat, yüz ədəd nimçə və ya dəyəri 150 manat, 4 ədəd xalça və ya dəyəri 400 manat, tozsoran və ya dəyəri 180 manat, kompyuter və ya dəyəri 500 manat, qaz peçi və ya dəyəri 200 manat, stakan 24 və ya dəyəri nəlbəki 24 ədəd və ya dəyəri 48 manat, 6 dest çxol dəsti və ya dəyəri 200 manat, pərdə və ya dəyəri 200 manat, 10 ədəd təlis və ya dəyəri 20 manat, qaşıq naboru və ya dəyəri 180 manat, vaz 6 ədəd və ya dəyəri 50 manat, vedrə 3 ədəd və ya dəyəri 30 manat, termoz və ya dəyəri 70 manat, taxt üstlüyü və ya dəyəri 150 manat olması və həmin əşyaların həqiqətən də iddiaçıya məxsus olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin əşyaların iddiaçıya məxsus olması və cavabdehlərin evində olması cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Həmin əşyalara münasibətdə iddia təmin edilməli və həmin əşyalar, onlar olmadığı təqdirdə onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddiaçının cavabdehlərdən qızıl əşyalar tələbinə münasibətdə qeyd edir ki, komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı 22.6 qram və ya dəyəri 2370 manat, nişan üzüyü 585 əyarlı 3 qram və ya dəyəri 315 manat, yarpaq üzük 585 əyarlı 2 qram və ya dəyəri 200 manat olan qızıl zinət əşyaları hissəsində təmin edilməlidir. Belə ki, qeyd edilən qızılların mövcudluğu və hal hazırda cavabdehlərdə olması öz təsdiqini tapmış və mövcudluğu tam sübuta yetirilmişdir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları iş materillarında olan fotoşəkillər və CD diskinə baxışla mövcud olması onların iddiaçıya məxsus olması müəyyən edilmişdir. Lakin iddia kulon aypara şəkilli 583 əyarlı, 6 qram və ya dəyəri 630 manat hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən kulonun ona məxsus olmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia kulon aypara şəkilli 583 əyarlı, 6 qram və ya dəyəri 630 manat hissəsində təmin edilməməlidir. İş materillarında olan fotoşəkillərdən görünür ki, iddiaçının tələb etdiyi komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı 22.6 qram, nişan üzüyü 585 əyarlı 3 qram, yarpaq üzük 585 əyarlı 2 qram iddiaçının istifadəsində və üzərində olmaqla ona məxsus olması, aypara şəkilli kulon qaynanası Cavabdeh2 üzərində olmaqla onun istifadəsində və ona məxsus olması müəyyən edilir. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı qeyd etdiklərini sübut etməlidir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etmir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yataq mebeli dəsti və ya dəyəri 1000 manat, künc divanı və ya dəyəri 800 manat, stol dəsti və ya dəyəri 500 manat, soyuducu və ya dəyəri 800 manat, paltaryuyan və ya dəyəri 700 manat, televizor və ya dəyəri 2500 manat, uşaq çarpayısı və ya dəyəri 350 manat, tək çarpayı və ya dəyəri 100 manat, 4 dəst yorğan döşək və ya dəyəri 500 manat, duxovka və ya dəyəri 150 manat, ət çəkən maşın və ya dəyəri 150 manat, mikser və ya dəyəri 50 manat, lüstr və ya dəyəri 100 manat, ütü masası və ya dəyəri 70 manat, 4 dəst kasturka naboru və ya dəyəri 860 manat, saat və ya dəyəri 30 manat, asılqan və ya dəyəri 30 manat, yüz ədəd nimçə və ya dəyəri 150 manat, 4 dəst xalça və ya dəyəri 400 manat, tozsovuran və ya dəyəri 180 manat, kompyuter və ya dəyəri 500 manat, qaz peçi və ya dəyəri 200 manat, stəkan 24 ədəd nəlbəki 24 ədəd və ya dəyəri 48 manat, 6 dəst çexol və ya dəyəri 200 manat, pərdə və ya dəyəri 200 manat, 10 ədəd təlis və ya dəyəri 20 manat, qaşıq naboru və ya dəyəri 180 manat, vaz 6 ədəd və ya dəyəri 50 manat, vedrə 3 ədəd və ya dəyəri 30 manat, termoz və ya dəyəri 70 manat, taxt üstlüyü və ya dəyəri 150 manat alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada komplekt (qarnitur) qızıl dəsti 585 əyarlı 22.6 qram və ya dəyəri 2370 manat, nişan üzüyü 585 əyarlı 3 qram və ya dəyəri 315 manat, yarpaq üzük 585 əyarlı 2 qram və ya dəyəri 200 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar