Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1118/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş MŞL/MT014/2023-01786 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, sonradan nikahları pozulmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Bundan sonra cavabdeh uşaqların saxlanmasında köməklik göstərmədiyindən mediasiya şurasına müraciət etmiş və orada MŞL/MT014/2023- 01786 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişi imzalanmışdır. Sazişə əsasən cavabdeh üç uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Odur ki, həmin barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞL/MT014/2023-01786 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyə razılıq vermişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2017-ci ildə X6, xx.xx.2019-cu ildə X4 və xx.xx.2023-cü ildə X5 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay hər uşaq üçün 80 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 27 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2023-01786 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 manat, ümumilikdə 240 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1118/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1118/2024
06.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver