Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1126/2024 07.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediyasiya qurumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay bir uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manat aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri ilə el adəti üzrə toy etməklə ailə qurmuşdur. Nikahlarını 05 fevral 2014-cü ildə Abşeron rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və bu səbəbdən nikahın pozulması, uşaqların himayəsində saxlanması və aliment tələbi ilə bağlı mediyasiya qurumuna müraciət etmişdir. Mediyasiya prosesi zamanı Maraqlı şəxsla aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxsla aralarında bağlanmış nikahın pozulmasına, uşaqların onun himayəsində saxlanılmasına, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbiəğində 200 (iki yüz) manat aliment ödəməyə, alimentin ödənilməsinə 2023-cü ilin dekabr ayının 25-dən başlayaraq, gələn növbəti ayın 25-dək ödəməyi razılaşdırılmışdır. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhtəliyi yerinə yetirməyərək 25 dekabr 2023-cü il tarixdən bu günə kimi alimenti ödəməmişdir. Həmişə olduğu kimi cavabdeh bu dəfə də verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. Cavabdehin isə yaxşı imkanı vardır. Odur ki, mediyasiya qurumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 arasında 05 fevral 2014-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 69 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nəsirova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 25 aprel 2015-ci ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00284 nömrəli Barışıq Sazişindən görünür ki, X2 və X6 05 fevral 2014-cü ildə aralarında rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan xx.xx.2015-ci il tarixdə X5 adlı bir uşaq doğulmuşdur. Son dovrlərdə tərəflər arasındakı ailədaxili münasibətlər korlandığına görə Ərizəçi aralarında bağlanmış nikahın pozulması və aliment təyin edilməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası keçirilməsi üçii mediasiyaya müraciət etmişdir. 14 dekabr 2023cü il tarixdə Tərəflərlə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi və Tərəflər tələbləriııin həcmini artıraraq, uşağın ananın yanında saxlanılması və uşaqla ünsiyyətdə olmaq mübahisəsi üzrə də mediasiya prosesinin keçirilməsini tələb edərək, tam mediasiyaya keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı Tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşağın anannın yanında saxlanılması, aliment təyin edilməsi və uşaqla ünsiyyətdə olmaq mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəlmişlər. Tərəflərin birgə uşağı X5 anası Ərizəçi İslatn qızının yanında saxlanılacaqdır. X1 üçün 200 (iki yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment cari ilin dekabr ayının 25-dən başlayaraq, gələn növbəti hər aym 25dək Maraqlı şəxs tərəfindən Ərizəçi poçt və ya bank kartı vasitəsi ilə ödənilir. Nəsirzadə İİsmayıl Rəfail oğlu uşaqla ünsiyyətdə olmaq məqsədi ilə hər həftənin şənbə günü saat 10da X4 anası Ərizəçi təhvil alaraq özü ilə aparır və saat 16-00-da geri qaytararaq anasına təhvil verməsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 25-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 28 fevral 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 14 dekabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00284 nömrəli barışıq sazişi təsdiq edilsin. 25 dekabr 2023-cü ildən başlayaraq Maraqlı şəxs 25 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1126/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1126/2024
07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver