Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1127/2023 16.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-MŞL 00335 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat onun xeyrinə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxsla 2004-cü ildə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar. Nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı üç uşaqları olmuşdur. Əvvəllər mehriban yaşasalarda, sonradan ayrılmışlar. Maraqlı şəxs uşaqların saxlanmasına köməklik etmədiyindən bununla bağlı Mediasiya Şurasına müraciət etmiş və xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-MŞL 00335 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat aliment ödəməli, alimentin köçürülməsi hər ayın 20-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməlidir. Lakin cavabdeh barışıq sazişini fevral ayının 27-də imzalamaqla, cari ayın 1-də aliment ödəməli olduğu halda bunu etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-MŞL 00335 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək barışıq sazişinin təsdiq olunması barədə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 anası Ərizəçi, atası Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00335 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs saziş imzalandıqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 80 manat, cəmi 240 manat aliment pulunu Ərizəçi ödəməsi barədə öhdəlik götürür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2023-cü ilin mart ayının 01-dən başalayaraq hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00335 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1127/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1127/2023
16.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver