Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1132/2023 17.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya orqanı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun yanında yaşayır. Cavabdehlə uzun müddət birgə yaşamışlar. Lakin sonradan xasiyyətləri uyğun gəlməmiş və ayrılmalı olmuşlar. Cavabdehlə aralarında medaisiya prosesində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və sazişə əsasən cavabdeh hər uşaq üçün 80 manat, cəmi 240 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin öhdəliyini icra etməmiş, aliment borcunu ödəməmişdir. O, uşaqları təkbaşına saxlaya bilmir, uşaqların tələbatını qarşılaya bilmir. Uşaqlar məktəblidir və hazırda xərcləri çoxdur. Cavabdeh valideynlik borcunu yerinə yetirmir və öhdəliyini icra etmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 24 aprel 2020ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 27 mart 2021ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 30 dekabr 2022-ci il tarixdə anadan olmuşdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 27 mart 2021-ci il tarixdə Ərizəçi doğulmuş X7 atası hesab edilmiş və xx.xx.2022-ci ildə 218 nömrə ilə qeydə alınmışdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 24 aprel 2020-ci il tarixdə Ərizəçi doğulmuş X3 atası hesab edilmiş və xx.xx.2022-ci ildə 217 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00287 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. Tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2022-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 anası Ərizəçi yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 manat, üç uşağa görə 240 manat müalicə xərcini birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 09 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 06 fevral 2023-cü il tarixli, MŞL/MT104/2023-MŞL-00287 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2023-cü ildən başlayaraq Maraqlı şəxs 24 aprel 2020-ci il təvəllüdlü X1, 27 mart 2021-ci il təvəllüdlü X4 və 30 dekabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1132/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1132/2023
17.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver