Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1133/2023 12.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Nümayəndə vəkili Vəkil iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə qarşı qızıl-zinət əşyaları və cehiz əmlakları tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı ona məxsus qızıl-zinət əşyaları və cehiz əmlakları tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə qurmuş və nikahlarını 19 mart 2011-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından 21 sentyabr 2011-ci il tarixdə X3, 19 dekabr 2012-ci il tarixdə X2 və 14 yanvar 2019-cu il tarixdə X4 adlı üç uşaqları olmuşdur. Cavabdeh1 evdə mütəmadi olaraq mübahisələr və narazılıqlar yaratmış, ailədə səmimi rəftar etməmiş, onunla yola getməmiş, ailəyə baxmamışdır. Ona görə də onlar boşanmaq qərarına gəlmiş və boşanmışlar. Masallı Rayon Məhkəməsinin 2(050)-161/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. O, gəlin köçdüyü vaxt ona müxtəlif cehizəmlak və toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Lakin ailə münasibətləri kəsildiyindən və ayrıldıqdan sonra o özünə aid olan cehiz-əmlak və toy hədiyyəsi kimi verilmiş qızıl-zinət əşyaları cavabdehin yaşadığı Masallı rayonu, Türkoba kəndində yerləşən evində qalmışdır. Özünə aid olan əmlakını tələb etsə də, bu günə kimi ona verilmiş cehiz-əmlak və toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Qızıllar 1 boyunbağı- 750 prob brilyant qaş, 1 sırğa- 750 prob brilyant qaş, 1 qolbağ- 750 prob brilyant qaş - 5000 manat, 1 nişan üzüyü- 750 prob brilyant qaş- 800 manat, 1 üzük- 585 prob türk qızılı ağ qaş tək- 200 manat, 1 üzük- 585 prob türk qızılı paxlava şəkilli- 200 manat, 1 üzük- 583 prob rus qızılı- 400 manat, 1 üzük- 583 prob rus qızılı- 300 manat, 1 saat- 583 prob rus qızılı- hədiyə- 800 manat təşkil edir. Mebellər- 4000 manat: yataq mebeli- 2 kamod (200 manat), taxt (500 manat), güzgülü termo (400 manat), şifoner (800 manat). qonaq dəsti- divan, kreslo (500 manat), 1 stol, 6 stul (300 manat), qorka (1000 manat), televizor altlığı (200 manat), yazı stolu (200 manat) təşkil edir. Məişət avadanlıqları: 1 televizor- “Hissense”- 800 manat, 1 soyuducu- “Nord”- 380 manat, 1 qaz sobası- 250 manat, 1 tozsoran- 70 manat, 1 ətçəkən- 50 manat, 1 çörək bişirən soba- 70 manat, 1 çörək bişirən-80 manat, 1 mikser-50 manat, 1 şirəçəkən-50 manat, 1 paltaryuyan-300 manat, 1 elektrikli çaydan-hədiyə-70 manat, 1 ütü- 30 manat təşkil edir. Qab-qacaqlar: 1 qazan dəsti güllü-tefal-160 manat-1 tava, 3 qazan, 1 çaydan-çaynik, 1 qazan dəsti alüminium- 3 ədədli, 1 qazan tək termoz materiallı- 40 manat, 1 qazan dəsti termoz materiallı- 50 manat, 1 ədəd çaydan-çaynik dəst güllü- 50 manat, 1 ədəd çaydançaynik dəst dəmir- 40 manat, 1 termoz- çay dəsti-12 manat, 1 sarı çuqun ləyən- 1 vedrə çuqun, 1 bak sarı çuqun- 160 manat, 1 aşsüzən ayaqlı-10 manat, xonçalar- 2 ədəd- dəmir- 28 manat, 1 əlavə- qulplu- 30 manat, 1 ələk- 5 manat, 1 çamadan qaşıq dəst- 40 manat, 1 qutu qaşıq dəsti asılqan-100 manat, 3 paketdə-18 ədəd boşqab dəsti-100 manat, 1 tort qabı dəsti- 25 manat, 3 qutu şirə bakalları-100 manat, 1 qutu kofe fincanı- 40 manat, 1 qutu qaşıq dəsti- 50 manat, 12 ədəd kasa- 40 manat, 60 ədəd boşqab balaca-18 manat, 1 qutu qapaq açmaq üçün dəst- 25 manat, 1 ləbləbi qabı böyük- 8 manat, 1 xırdalayıcı dəst qutu- 30 manat, 18 ədəd xrustal stəkan böyük- 3 paket- 60 manat, 12 ədəd armudu stəkan- 40 manat, 12 ədəd nəlbəki- madonna- 20 manat, 12 ədəd nəlbəki- armudu- 20 manat, 12 ədəd ağ xətli nəlbəki- 20 manat, 2 qutu mürəbbə nəlbəkisi-12 manat, 2 ədəd salfet qabı- göy rəng-10 manat, 4 ədəd duz qabı- göy rəng-10 manat, 1 qutu çaydançaynik dəsti güllü- 40 manat, 2 göy ləbləbi qabı- balaca dəmir qulplu- 20 manat, 2 ədəd ağ ləbləbi qabı- balaca dəmir qulplu - 20 manat, 2 ədəd ləbləbi qabı- 3 mərtəbəli- 20 manat, 2 ədəd güldan-xrustal- 30 manat, 2 ədəd çörəkqabı- 5 manat, 1 ədəd meyvə qabı- xrustal- 30 manat, 2 ədəd meyvə qabı- güllü lepkalı- 50 manat, 2 ədəd qəndqabı- qapaqlı xrustal- 30 manat, 2 mürəbbə qabı- qapaqlı göy- 20 manat, 1 dondurma qabı- 6 balaca dəst- 30 manat, 1 çaydan (səsli)- 20 manat, 12 ədəd güllü stəkan- 50 manat təşkil edir. Yemək dəsti- çay servizi-164 ədədli- 3 bulud boşqab- 300 manat, 6 ədəd- xallı stəkan- 20 manat, 12 ədəd- bakal- qara ayaqlı- 50 manat, 6 ədədli bogema dəsti- lepkalı mavi- 30 manat, 6 ədəd bakal xrustal- 40 manat, 1 qutu dəst rumkalar zərli- 50 manat, 1 ədəd dəmir balaca ləyən- çuqun, 2 ədəd plastmas-10 manat, 1 ədəd ləyənçə qapaqlı dəmir-10 manat, 1 saat balaca- 40 manat, 3 lüstr-150 manat. Yorğan-döşək: 1 ədəd yorğan- sintifon- 60 manat, 7 ədyal- 1 taxt üstü, 2- tək kravat, 1-maxer, 3 ədyal tək, 1 sintifon yorğan, 1 dəst pakraval pərdəli- 3 sintifon balış- 250 manat, lüstr- 3 ədəd-150 manat, 3 xalça- 2 böyük-1 balaca- 300 manat, divan üstü ədyal- 30 manat, 1 qutu dəsmal- 4 ədədli- 50 manat, 3 stolüstü süfrə-150 manat, 3-4 qutu çay dəsmalı 100 manat, 4 ədəd can dəsmalı- 60 manat, 5 ədəd əl dəsmalı- 50 manat, 1 paket döşək üzü- təzə parça-100 manat, 3 döşək-1 taxt- 2 tək, 3 yorğan-1 taxt- 2 tək, 6 yastıq- 2 taxt- 4 böyük-150 manat təşkil edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, gəlin köçdüyü vaxt ona müxtəlif cehiz-əmlak və toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Belə ki, iddia ərizəsində göstərilən cehiz əmlakları ona valideynləri tərəfindən hədiyyə olunmuşdur və hal-hazırda həmin əşyalar cavabdehlərin evindədir. Bundan başqa toy və nişan mərasimlərində komplekt brilyant qaşlı üzük, sırğa, qolbaq, boyunbağı komplekti, 650 manat dəyərində nişan üzüyü cavabdehlər tərəfindən, 1 ədəd 200 manat dəyərində Türkiyə istehsalı üzük sinif yoldaşları tərəfindən, 1 ədəd 200 manat dəyərində üzük anası tərəfindən, 1 ədəd 400 manat dəyərində üzük bibisi tərəfindən, 1 ədəd 300 manat dəyərində üzük baldızı Günay tərəfindən, 1 ədəd 800 manat dəyərində saat qayınanası tərəfindən ona hədiyyə edilmişdir. Qeyd etdiyi zinət əşyaları hamısı qızıl məmulatıdır, onların dəyərini və çəksini üzərlərində olan birkalara görə xatırlayır. Toyları olduqdan sonra qızıl-zinət əşyaları həmişə qayınanası Vaqiyyədə olmuşdur. Toy-nişanda istifadə üçün Vaqiyə vermiş, sonradan yenə almışdır. İddiaçı həmçinin bildirmişdir ki, 26 avqust 2019-cu ildə qardaşı onlara qonaq gəlmiş, həmin vaxt qardaşı ilə əri Natiq ilə aralarında mübahisə yaranmış, Natiq onu döymüş, bundan sonra qardaşı ilə ata evinə getmişdir. Bu barədə polis şöbəsinə də müraciət etmişlər. Bundan sonra barışmamışlar və nikahları pozulmuşdur. Bir neçə dəfə qızıl-zinət əşyalarını tələb etmiş, lakin cavabdehlər ona böhtan ataraq, gedərkən oğurlayıb aparmasını bildirmişlər. Halbuki, qızıllar həmişə qayınanası Vaqiyyədə olmuşdur. Toylarında çəkilmiş fotoşəkillərdə də qızıl-zinət əşyaları üzərindədir. Mətbəx mebeli xaric bütün mebelləri onların evindədir. O evdən çıxanda bütün əşyaları yerində idi. Qızılların çəkisini dəqiq bilmir. Qızıl-zinət əşyalarının qiymətini isə mütəxəssis rəyinə uyğun hesablamışdır. Qeyd etdiklərinə əsasən cehzilik və qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh1 nümayəndəsi, o cümlədən cavabdeh Nümayəndə izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Tələb olunan qızıl-zinət əşyalarından yalnız boyunbağı, qolbaq, sırğa, üzük komplekti və nişan üzüyü mövcud olmuş, digər qızıl-zinət əşyalarından heç bir məlumatı yoxdur. Komplekt və nişan üzüyü brilyant olmamışdır. Onlar da çoxdan alındığı üçün çəkilərini və dəyərlərini dəqiq bilmir. Həmin əşyaların qiymətini iddiaçı şişirtmişdir. Qızıl-zinət əşyaları hər zaman iddiaçının özündə olmuş, ondan həmin qızılları nə o, nə də oğlu Natiq almamışdır. Gülşən 2019-cu ilin avqust ayında getmiş, aralarında dava dalaş olmamış, söz mübahisəsi olmuşdur. Əşyalarının bir hissəsini evdən 2020-ci ilin fevral ayında aparmışdır. Həm evdən 2019-cu ilin avqust ayında gedərkən, həm də 2020ci ilin fevral ayında əşyalarının bir hissəsini apararkən qızıl-zinət əşyası ilə bağlı heç bir söz deməmişdir. Qızıl-zinət əşyaları hamısı Gülşənin özündə olmuş və gedərkən özü ilə aparmışdır. Cehiz əşyalarının bəziləri evdədir, digərlərini isə sonradan aparmışdır. Cavabdeh Nümayəndə izahatında qeyd etdiklərindən əlavə məhkəməyə etiraz ərizəsi təqdim etmiş, həmin etirazda göstərmişdir ki, tələb olunan qızılları özü almış, boyunbağını 300 manata, qolbağını 170 manata, sırğanı 120 manata, nişan üzüyünü 250 manata almışdır. İddiaçı 2020-ci ilin fevral ayında gəlib əşyalarının bir hissəsini aparmış, həmin vaxt da qızıl-zinət əşyaları ilə bağlı tələbi olmamışdır. Tələb olunan cehiz əşyalarından 4000 manat məbləğində mebellər, çörək bişirən, güllü tefal qazan dəsti, 1 tava, 3 qazan, 1 çaydan-çaynik, alüminium qazan dəsti, termoz materialı olan qazan, güllü çaydan-çaynik, dəmir çaydan-çaynik, termoz-çay dəsti, sarı çuqun ləyən, çuqun vedrə, sarı çuqun bak, ayaqlı aşsüzən, dəmir xonçalar, qulplu xonça, ələk, çamadan qaşıq dəsti, 3 paketdə 18 ədəd boşqab dəsti, 1 qutu qaşıq dəsti, 12 ədəd kasa, 60 ədəd balaca boşqab, 1 qutu qapaq açmaq üçün dəst, 1 böyük ləbləbi qabı, 3 pakektdə 18 ədəd böyük xrustal stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd madonna nəlbəki, 6 ədəd armudu nəlbəki, 2 qutu mürəbbə nəlbəkisi, 12 ədəd armudu nəlbəki, 1 ədəd salfet qabı, 1 qutu güllü çadan-çaynik dəsti, 2 göy ləbləbi qabı balaca dəmir qulplu, 1 ədəd ağ ləbləbi qabı balaca dəmir qulplu, 2 ədəd çörəkqabı, 2 ədəd xrustal qapaqlı qənd qabı, 1 ədəd qapaqlı mürəbbə qabı, 6 balaca dəst dondurma qabı, 12 ədəd güllü stəkan, yemək dəsti və çay servisi, 1 ədəd balaca dəmir ləyən, 2 ədəd plastmas, 1 ədəd qapaqlı dəmir ləyənçə, 2 ədəd sintifon yorğan, 1 maxer, 3 adyal, 1 sintifon yorğan, 1 dəst pərdəli pakrıval, 3 sintifon balış, 3 ədəd lüstur, 4 ədədli 1 qutu dəsmal, 3-4 qutu çay dəsmalı, 4 ədəd can dəsmalı, 5 ədəd əl dəsmalı, 1 paket döşək üzü yoxdur. Qeyd olunan cehiz əmlakları və qızıl-zinət əşyaları tələbi hissəsində iddianın rədd olunmasını xahiş etmişdir. Digər cehizlik əşyalar isə evindədir və həmin əşyaları aparmasına etiraz etmirlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Nümayəndə vəkili Vəkil onlarla eyni əsaslarla çıxış etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə AR MPM-nin 185.5.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X1 ifadəsində bildirdi ki, o, Vaqiyyənin qızıdır. İddiaçı tez-tez evdən getmişdir. Onu dəfələrlə xalaları və dayıları barışdırıb gətirmişlər. Sonra isə evdən qaçmış və qızllarla bağlı mübahisə olmamışdır. Hesab edir ki, qızıllar Gülşəndədir. Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd qarnitur 750 əyar, 2 karat-50 qram 6500 manat dəyərində, 1 ədəd nişan üzüyü 750 əyar, 0.70 karat-4 qram 650 manat dəyərində, 1 ədəd ağ qaşlı üzük 583 əyar–3.5 qram 315 manat dəyərində, 1 ədəd üzük 585 əyar–1.5 qram 135 manat dəyərində, saat və qolbaq 583 əyar - 16 qram 1400 manat dəyərində, cəmi 9000 manat dəyərindədir. Təqdim olunmuş fotoşəkillərdən diskdən də görünür ki, toy mərasimlərində İddiaçı qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Toy mərasimində olan fotoşəkillər tərəflərin iştirakı ilə tədqiq edilmiş, cavabdeh Nümayəndə boyunbağı, qolbağı, üzük və sırğa dəstinin, o cümlədən nişan üzüyünün hədiyyə olunmuş qızıllar olmasını təsdiq etmiş, digər qızıllardan məlumatı olmadığını bildirmişdir. İddiaçı isə fotoşəkillərdə üzərində olan qızıl üzüklərdən sinif yoldaşlarının, anasının, bibisinin hədiyyə üzüklərini göstərmiş, baldızı Günayın və qayınanası Vaqiyyənin hədiyyəsi kimi iddia etdiyi üzük və saatın mövcud olması isə müəyyən olunmamışdır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 164 manat dövlət rüsumu ödəmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1. və 34.2.-ci maddələrinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iddianın əsaslı hissəsində cehiz əmlakları, həmçinin iddiaçıya hədiyyə olunmuş qızıl-zınət əşyaları iddiaçının öz mülkiyyətinə aiddir. Həmin əşyaları tələb etmək onun mülkiyyət hüququndan irəli gələn subyektiv hüququdur. Cehizlik əşyaların Nümayəndə yaşadığı evdə olması işin halları ilə təsdiq olunur və ona görə də həmin əşyalar cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Cavabdeh tərəf çörək bişirən, güllü tefal qazan dəsti, 1 tava, 3 qazan, 1 çaydan-çaynik, alüminium qazan dəsti, termoz materialı olan qazan, güllü çaydan-çaynik, dəmir çaydan-çaynik, termoz-çay dəsti, sarı çuqun ləyən, çuqun vedrə, sarı çuqun bak, ayaqlı aşsüzən, dəmir xonçalar, qulplu xonça, ələk, çamadan qaşıq dəsti, 3 paketdə 18 ədəd boşqab dəsti, 1 qutu qaşıq dəsti, 12 ədəd kasa, 60 ədəd balaca boşqab, 1 qutu qapaq açmaq üçün dəst, 1 böyük ləbləbi qabı, 3 pakektdə 18 ədəd böyük xrustal stəkan, 12 ədəd armudu stəkan, 12 ədəd madonna nəlbəki, 6 ədəd armudu nəlbəki, 2 qutu mürəbbə nəlbəkisi, 12 ədəd armudu nəlbəki, 1 ədəd salfet qabı, 1 qutu güllü çadan-çaynik dəsti, 2 göy ləbləbi qabı balaca dəmir qulplu, 1 ədəd ağ ləbləbi qabı balaca dəmir qulplu, 2 ədəd çörəkqabı, 2 ədəd xrustal qapaqlı qənd qabı, 1 ədəd qapaqlı mürəbbə qabı, 6 balaca dəst dondurma qabı, 12 ədəd güllü stəkan, yemək dəsti və çay servisi, 1 ədəd balaca dəmir ləyən, 2 ədəd plastmas, 1 ədəd qapaqlı dəmir ləyənçə, 2 ədəd sintifon yorğan, 1 maxer, 3 adyal, 1 sintifon yorğan, 1 dəst pərdəli pakrıval, 3 sintifon balış, 3 ədəd lüstur, 4 ədədli 1 qutu dəsmal, 3-4 qutu çay dəsmalı, 4 ədəd can dəsmalı, 5 ədəd əl dəsmalı, 1 paket döşək üzünün olmadığını qeyd etsə də, həmin əşyaların sonradan iddiaçı tərəfindən aparılmasını cavabdehlər sübut edə bilməmişdir. Cavabdeh tərəf 4000 manat dəyərində mebelləri etiraf etməsə də, məhkəmə müəyyən etmişdir ki, 4000 manat dəyərində mebellərə iddia ərizəsində qeyd olunmuş 2 ədəd kamodu, taxtı,, güzgülü termonu, şifoner, divan, kreslo, 1 stol, 6 stul, qorka, televizor altlığı və yazı stolunun ümumi dəyərinə aiddir. Cavabdehlər 4000 manat mebelin ayrıca olmasını hesab edərək, onun olmadığını qeyd etmişlər. Məhkəmə qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, İddiaçı və Cavabdeh1 2019-cu ilin avqustuna ayına qədər olan ailə münasibətlərini, iddiaçının evdən getmə şəraitini, gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmaq imkanının olub-olmaması araşdırılmış və məlum olmuşdur ki, tərəflər əvvəllər normal ailə həyatı sürsələr də, sonradan ailədə teztez narazılıqlar yaranmışdır. Sonuncu dəfə belə hal 2019-cu ilin avqust ayında olmuş və iddiaçı döyüldüyü üçün qardaşı onu aparmışdır. Bu halı cavabdeh tərəf qəbul etməsə də, məhkəmə bu barədə iddiaçının izahatını ona görə inandırıcı hesab edir ki, cavabdeh tərəf qismən də olsa Gülşən evdən gedərkən mübahisələrinin olmasını təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin an mövcud şəraitdə iddiaçının qızılları özü ilə aparması ehtimalı inandırcı deyil. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin hədiyyə etdiyi boyunbağı, qolbağı, üzük və sırğa dəstinin, nişan üzüyünün, o cümlədən iddiaçının sinif yoldaşlarının, bibisinin və anasının hədiyyə etdiyi üzüklərin mövcud olmasını işin hallarına uyğun gələn izahatı ilə sübut etmişdir. Digər üzük və saatın baldızı Günay və qayınanası Vaqiyyə tərəfindən hədiyyə edilməsi sübuta yetmədiyindən, həmin qızıllara münasibətdə tələb əsassız hesab olunmalıdır. Məhkəmə qızılların dəyərini müzakirə edərək qeyd edir ki, bu barədə bazar qiymətinə uyğun mütəxəssis rəyi təqdim olunmuşdur, lakin komplekt dəstin və nişan üzüyünün məhz brilyant qaşlı və 750 əyarlı olması təsdiq olunmadığına görə məhkəmə onları sadə qaşlı zinət əşyası olaraq qəbul edir və yalnız qızılın çəkisinə uyğun dəyərini hesablayır. Belə ki, mütəxəssis rəyinə edilən əlavədən görünür ki, 585 əyarlı qızılın 1 qramının qiyməti 80 manat civarındadır. Belə olan halda 50 qram komplekt dəstin dəyəri 4000 manat, 4 qramlıq nişan üzüyü 320 manat, digər qızıllar iddia ərizəsinin həcminə görə anasının hədiyyə etdiyi üzük 200 manat, sinif yoldaşlarının hədiyyə etdiyi üzük 200 manat, bibisinin hədiyyə etdiyi üzük 400 manat dəyərində qiymətləndirilməlidir. Məhkəmə cavabdeh Nümayəndə etirazlarına qiymət verərək qeyd edir ki, onun əsasları və şahidinin vermiş olduğu ifadə işin hallarına uyğun deyil, şahid onun qızıdır, ona görə də sübut kimi mötəbər hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, tələb sübuta yetən hissədə, qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Nümayəndə yataq mebeli- 2 kamod (200 manat), taxt (500 manat), güzgülü termo (400 manat), şifoner (800 manat). qonaq dəsti- divan, kreslo (500 manat), 1 stol, 6 stul (300 manat), qorka (1000 manat), televizor altlığı (200 manat), yazı stolu (200 manat), 1 televizor- “Hissense”- 800 manat, 1 soyuducu- “Nord”- 380 manat, 1 qaz sobası- 250 manat, 1 tozsoran- 70 manat, 1 ətçəkən- 50 manat, 1 çörək bişirən soba- 70 manat, 1 çörək bişirən-80 manat, 1 mikser-50 manat, 1 şirəçəkən-50 manat, 1 paltaryuyan-300 manat, 1 elektrikli çaydan-hədiyə-70 manat, 1 ütü- 30 manat, 1 qazan dəsti güllü-tefal-160 manat-1 tava, 3 qazan, 1 çaydan-çaynik, 1 qazan dəsti alüminium- 3 ədədli, 1 qazan tək termoz materiallı- 40 manat, 1 qazan dəsti termoz materiallı- 50 manat, 1 ədəd çaydan-çaynik dəst güllü- 50 manat, 1 ədəd çaydan-çaynik dəst dəmir- 40 manat, 1 termoz- çay dəsti-12 manat, 1 sarı çuqun ləyən- 1 vedrə çuqun, 1 bak sarı çuqun- 160 manat, 1 aşsüzən ayaqlı-10 manat, xonçalar- 2 ədəd- dəmir- 28 manat, 1 əlavə- qulplu- 30 manat, 1 ələk- 5 manat, 1 çamadan qaşıq dəst- 40 manat, 1 qutu qaşıq dəsti asılqan-100 manat, 3 paketdə-18 ədəd boşqab dəsti-100 manat, 1 tort qabı dəsti- 25 manat, 3 qutu şirə bakalları-100 manat, 1 qutu kofe fincanı- 40 manat, 1 qutu qaşıq dəsti- 50 manat, 12 ədəd kasa- 40 manat, 60 ədəd boşqab balaca-18 manat, 1 qutu qapaq açmaq üçün dəst- 25 manat, 1 ləbləbi qabı böyük- 8 manat, 1 xırdalayıcı dəst qutu- 30 manat, 18 ədəd xrustal stəkan böyük- 3 paket- 60 manat, 12 ədəd armudu stəkan- 40 manat, 12 ədəd nəlbəki- madonna- 20 manat, 12 ədəd nəlbəki- armudu- 20 manat, 12 ədəd ağ xətli nəlbəki- 20 manat, 2 qutu mürəbbə nəlbəkisi-12 manat, 2 ədəd salfet qabı- göy rəng-10 manat, 4 ədəd duz qabı- göy rəng-10 manat, 1 qutu çaydançaynik dəsti güllü- 40 manat, 2 göy ləbləbi qabı- balaca dəmir qulplu- 20 manat, 2 ədəd ağ ləbləbi qabı- balaca dəmir qulplu - 20 manat, 2 ədəd ləbləbi qabı- 3 mərtəbəli- 20 manat, 2 ədəd güldan-xrustal- 30 manat, 2 ədəd çörəkqabı- 5 manat, 1 ədəd meyvə qabı- xrustal- 30 manat, 2 ədəd meyvə qabı- güllü lepkalı- 50 manat, 2 ədəd qəndqabı- qapaqlı xrustal- 30 manat, 2 mürəbbə qabı- qapaqlı göy- 20 manat, 1 dondurma qabı- 6 balaca dəst- 30 manat, 1 çaydan (səsli)- 20 manat, 12 ədəd güllü stəkan- 50 manat, yemək dəsti- çay servizi, 3 bulud boşqab- 300 manat, 6 ədəd- xallı stəkan- 20 manat, 12 ədəd- bakal- qara ayaqlı- 50 manat, 6 ədədli bogema dəsti- lepkalı mavi- 30 manat, 6 ədəd bakal xrustal- 40 manat, 1 qutu dəst rumkalar zərli- 50 manat, 1 ədəd dəmir balaca ləyən- çuqun, 2 ədəd plastmas-10 manat, 1 ədəd ləyənçə qapaqlı dəmir-10 manat, 1 saat balaca- 40 manat, 3 lüstr-150 manat, 1 ədəd yorğan- sintifon- 60 manat, 7 ədyal- 1 taxt üstü, 2- tək kravat, 1maxer, 3 ədyal tək, 1 sintifon yorğan, 1 dəst pakraval pərdəli- 3 sintifon balış- 250 manat, lüstr- 3 ədəd-150 manat, 3 xalça- 2 böyük-1 balaca- 300 manat, divan üstü ədyal- 30 manat, 1 qutu dəsmal- 4 ədədli- 50 manat, 3 stolüstü süfrə-150 manat, 3-4 qutu çay dəsmalı 100 manat, 4 ədəd can dəsmalı- 60 manat, 5 ədəd əl dəsmalı- 50 manat, 1 paket döşək üzü- təzə parça-100 manat, 3 döşək-1 taxt- 2 tək, 3 yorğan-1 taxt- 2 tək, 6 yastıq- 2 taxt- 4 böyük-150 manat, o cümlədən 50 qram komplekt dəsti-dəyəri 4000 manat, 4 qramlıq nişan üzüyü- dəyəri 320 manat, üzük- dəyəri 200 manat, üzük-dəyəri 200 manat, üzük dəyəri- 400 manat, yaxud olmayan əşyanın dəyəri, həmçinin dövlət rüsumuna görə 155,26 manat cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1133/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1133/2023
12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver