Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1151/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: O, Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Birgə yaşadıqları müddət ərzində xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı 2 (iki) nəfər uşağı olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmış və hazırda ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşaqlara baxmadığı üçün məcbur olub nikahın pozulması və aliment tələbi ilə bağlı Mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən 2024-cü ilin sentyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində cavabdeh iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 400 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qurumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, lakin alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Həmişə olduğu kimi Maraqlı şəxs bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həm də münasib iş yoxdur. Vəziyyəti çox çətindir, iki nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Maraqlı şəxs bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarımı nəzərə alıb məhkəməyə müraciət edir. Ərizəçinin tələbi: Mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2024-00717 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilir: Tərəflər, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: Tərəflərin birgə uşaqları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilir. Uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşaq üçün 200 (iki yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, 2-ci Tərəf Maraqlı şəxs 2024-cü ilin sentyabr ayının 10-dan 25-dək və gələn hər növbəti ayın da 10-dan 25-dək olan müddət ərzində 400 (dörd yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2012-ci ildə, X3 xx.xx.2008-ci ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşağa 200 manat, cəmi 400 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2024-00717 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü ildən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1151/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1151/2025
14.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver