Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1152/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Ərizəçi (Maraqlı şəxs qeyd edilmiş) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 90 manat, üç uşağa görə cəmi 270 manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsinin yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, ərizəçi 04 mart 2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində xx.xx.2025-ci il tarixdə bağladığı barışıq sazişinə əsasən alimentin hesablanmasına 05 fevral 2025-ci il tarixdən hesablanmağa başlanmaqla, hər növbəti ayın 5-də bank və ya poçta köçürmə qaydasında Maraqlı şəxs uşaqların saxlanması üçün hər bir uşağa görə 90 manat olmaqla 270 manat aliment ödənilməsini öz üzərinə öhdəlik kimi götürdüyünü, lakin öhdəliyi könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icra etmədiyini qeyd etmişdir. Barışıq sazişinin şərtindən məlum olur ki, Maraqlı şəxs 05 mart 2025-vci il tarixdə aliment öhdəliyini icra etməli idi. Lakin, ərizəçi 04 mart 2025-ci il tarixdə, yəni öhdəliyin icrasının vaxtı çatmadan barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs aylıq icra edilməli olan öhdəlik üzrə mart ayının 5-də alimenti ödəməsi vəzifəsi yaranmış, həmin vaxt başa çatmadan məhkəməyə müraciət edildiyindən barışıq sazişinin icrasından imtina edilmə halı yaranmamışdır. Göründüyü kimi ərizəçinin icra müddətini gözləməyərək “barışıq sazişinin könüllü şəkildə icra edilməməsi səbəbi” ilə məhkəməyə müraciət etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 355-24-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd edilən normanın tələbi əsas götürülməklə, iddia ərizəsinin yolverilməzliyinə dair normaları tətbiq etməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə eyni zamanda izah edir ki, barışıq sazişinin şərtləri, həmin şərtlərin hansı qaydada icra edilməsi ilə bağlı dəqiqləşdirmələrin aparılması üçün barışıq sazişinin bağlandığı mediasiya qurumuna müraciət edilə bilər. Məhkəmə eyni zamanda izah edir ki, gələcəkdə barışıq sazişinin nəzərdə tutulmuş müddətdə icra edilmədiyi müəyyən edilərsə, barışıq sazişinin təsdiqi üçün yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Ərizəçi (Maraqlı şəxs qeyd edilmiş) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1152/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1152/2025
05.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver