Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1156/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində bağlanmış MŞL/MT014/ 2023-02016 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə görə xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-da 18:00-dək ünsiyyət saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikah 18 yanvar 2019-cu il tarixdə bağlanmışdır. Həmin nikahdan 05 sentyabr 2019-cu ildə Zəhra adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşmişdir. Aralarında olan nikah məhkəmənin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşağın saxlanılması üçün aliment ödəyir. Mediasiya prosesində X4 ilə aralarında MŞL/MT014/ 2023-02016 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-da 18:00-dək ünsiyyət saxlamalıdır, lakin Rüqayyə Şükürova buna mane olur. Odur ki, həmin barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞL/MT014/ 2023-02016 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və X3 MŞL/MT014/ 2023-02016 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə görə Ərizəçi xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-da 18:00-dək ünsiyyət saxlamalıdır Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. Uşağın atası Ərizəçi, anası X2r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızı və X6 arasında bağlanmış MŞL/MT014/ 2023-02016 saylı, xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyun olaraq Ərizəçi xx.xx.2019-cu ildə anadan olmuş X5 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-da 18:00-dək ünsiyyət saxlasın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1156/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1156/2024
11.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver