Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1178/2023 01.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası; X1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 20 manat dəyərində ceynamazın, 320 manat dəyərində galaksi qaşıq dəstinin, 150 manat dəyərində bıçaq-çömçə dəstinin, 550 manat dəyərində servislərin (yemək, çay və qəhvə dəsti), 200 manat dəyərində servisin (yemək dəsti 25 parçalıq), 390 manat dəyərində qazan dəstinin (nikel), 230 manat dəyərində qazan dəstinin (gümüşü), 320 manat dəyərində qazan dəstinin (güllü), 220 manat dəyərində qazanın (buxarlı), 230 manat dəyərində tavanın (səkkizli), 220 manat dəyərində tavanın (üçlü), 210 manat dəyərində “BOSCH” markalı sokçəkənin, 320 manat dəyərində Primer ətçəkənin, 260 manat dəyərində samovarun (Aksel 5 litrlik), 140 manat dəyərində çaynik-çaydanın (nikel), 230 manat dəyərində balıq tavasının (Lovesmile), 310 manat dəyərində tozsovuranın (sulu Galaksi), 170 manat dəyərində tək tavanın (nikel Primer), 440 manat dəyərində xalçanın (qalın Galaksi), 240 manat dəyərində ütünün (Arzum), 140 manat dəyərində yorğanın (sırınma 1 nəfərlik (2 sayda), 170 manat dəyərində yorğanın (zoğalı rəng Galaksi), 170 manat dəyərində yorğanın (güllü yastıqlı Galaksi), 90 manat dəyərində yataq örtüyünün (qəhvəyi qoşa odeyal), 90 manat dəyərində yataq örtüyünün (ürəkli qoşa odeyal), 180 manat dəyərində taxtüstü örtüyün (pərdəli pakrıval), 40 manat dəyərində yastığın (75x75 2 ədəd), 150 manat dəyərində ağ qoşa yataq dəstinin (pastel), 80 manat dəyərində ağ qoşa yataq dəstinin (pastel), 60 manat dəyərində sarı qoşa yataq dəstinin, 30 manat dəyərində döşəkçənin (hörməli 2 ədəd), 150 manat dəyərində qoşa yataq dəstinin (Atlas sarı), 80 manat dəyərində ağ yatağın (1 nəfərlik 2 sayda), 110 manat dəyərində 12 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd çay dəsmalının, 50 manat dəyərində 10 ədəd üz məhrəbasının, 30 manat dəyərində al rəngli qətfənin, 30 manat dəyərində al rəngli qətfənin, 30 manat dəyərində sarı rəngli qətfənin, 25 manat dəyərində qətfənin (məhrabalı dəst), 55 manat dəyərində 2 ədəd qətfə məhrəbanın, 220 manat dəyərində dəridən olan masa örtüyünün, 130 manat dəyərində işləməli masa örtüyünün, 75 manat dəyərində jurnal masa örtüyünün, 105 manat dəyərində sarı masa örtüyünün, 70 manat dəyərində jurnal sarı masa örtüyünün, 100 manat dəyərində ağ güllü masa örtüyünün, 85 manat dəyərində sarı masa örtüyünün, 150 manat dəyərində qutuda dəst masa örtüyünün, 20 manat dəyərində jurnal sarı masa örtüyünün, 15 manat dəyərində 2 ədəd sini altlığının, 240 manat dəyərində dolablı ütü stolunun, 60 manat dəyərində 5 şamlı çilçırağın, 250 manat dəyərində çay dəstinin (servis 24 parça), 130 manat dəyərində qaşlı meyvə qabının (gümüşü rəngli), 160 manat dəyərində 12 ədəd xrustal stəkanın, 150 manat dəyərində 6 ədəd rəngli bakalın, 30 manat dəyərində servis çay dəstinin, 100 manat dəyərində servisin (qutuda), 80 manat dəyərində 6 ədəd xrustal bakalın, 100 manat dəyərində xrustal meyvə qabının, 140 manat dəyərində xrustal gül qabının, 75 manat dəyərində 2 ədəd yaşıl meyvə qabının, 75 manat dəyərində 2 ədəd yaşıl qənd qabının, 50 manat dəyərində qəhvəyi tort qabının (7 parça), 50 manat dəyərində qırmızı tort qabının (7 parça), 30 manat dəyərində boşqablı qəpə qabının, 25 manat dəyərində salat doğrayanın, 40 manat dəyərində 12 ədəd gündəlik xrustal stəkanın, 20 manat dəyərində soğan doğrayanın, 30 manat dəyərində 12 ədəd gündəlik nəlbəkinin, 15 manat dəyərində 6 ədəd çiyid qabının, 30 manat dəyərində rəngli su stəkanının, 20 manat dəyərində 2 ədəd şüşədə balıq qabının, 30 manat dəyərində 2 ədəd peçenye qabının, 60 manat dəyərində 6 ədəd qənd qabının, 35 manat dəyərində 1 ədəd ləpəçəkənin, 20 manat dəyərində 2 ədəd dəmir keks qabının, 50 manat dəyərində 5 ədəd istiot (duz) qabının, 25 manat dəyərində meyvə qabının, 50 manat dəyərində 2 ədəd qənd qabının, 40 manat dəyərində 3 dənəlik kiçik şirəli qazanın, 550 manat dəyərində pərdənin (tül ağı ilə), 60 manat dəyərində 1 nəfərlik 12 kq-lık yun döşəyin, 30 manat dəyərində döşək üzünün, 1350 manat dəyərində mebel yataq dəstinin (qoşa çarpayı, paltar dolabı, güzgülü komod, 2 tumba), 20 manat dəyərində 6 ədəd nəlbəkinin, 50 manat dəyərində 2 ədəd xrustal ləpə qabının, 300 manat dəyərində samovarın (kömür), 40 manat dəyərində 2 ədəd şirəli vedrənin, 20 manat dəyərində paltar setkasının, 10 manat dəyərində göy taxtasının, 18 manat dəyərində şotka dəstinin, 2 manat dəyərində çaynik altlığının, 28 manat dəyərində qab setkasının, 15 manat dəyərində çörək qabının, 15 manat dəyərində 2 ədəd şotka dəstinin, 20 manat dəyərində süpürgə dəstinin, 4 manat dəyərində sap qabının, 50 manat dəyərində 9 ədəd plastik süzgəc ləyənin, 10 manat dəyərində yağ qabının, 8 manat dəyərində pendir qabının, 7 manat dəyərində şpilka qabının, 5 manat dəyərində şpilkanın, 15 manat dəyərində hamam üçün asqının, 5 manat dəyərində suvenir çaynikin, 8 manat dəyərində mələk suvenirin, 10 manat dəyərində mələk suvenirin, 18 manat dəyərində çəngəli limon dəstinin, 6 manat dəyərində sabun qabının, 5 manat dəyərində ürəkli suvenirin, 30 manat dəyərində qırmızı ayıcığın, 30 manat dəyərində qırmızı (ağlı) ayıcığın, 40 manat dəyərində ağ it oyuncağın, 15 manat dəyərində qar dənəcəyi suvenirin, 50 manat dəyərində qırmızı donun, 80 manat dəyərində qəhvəyi donun, 60 manat dəyərində cins gödəkçənin, özləri mövcud olmadığı təqdirdə isə onların dəyərlərinin və ödənilmiş 132 manat dəvlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 4600 manat pulun və 66 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin evində 10 gün gəlin olmuşdur. Nikahları rəsmiləşdirilməmişdir. Qanunvericiliyə əsasən ailə münasibəti yaranmamışdır. Cavabdeh Murad başqa qadınla münasibət qurduğu üçün və həmin qadını evə gətirdiyinə görə Muraddan ayrılmış və 08 iyun 2022-ci ildə cavabdehlərə məxsus evdən çıxıb, heç bir əşyasını götürmədən Gəncə şəhərinə anasının evinə getmişdir. Əşyaları cavabdehlərə məxsus Masallı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən evdə qalmışdır. Tələb etməsinə baxmayaraq, əşyalarını təhvil vermək istəmirlər. Cavabdehlər ona qarşı pul tələbi irəli sürürlər. Lakin tələbləri əsassızdır, əsassız tələbə görə onun əmlaklarını saxlamaqları qanunsuzdur və qanunamüvafiq qaydada məsuliyyət daşıyırlar. Ailə münasibətləri rəsmiləşmədiyinə görə münasibətləri ailə münasibətlərinə aid edilə bilməz. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel və may aylarında bir neçə dəfə İddiaçı ilə Gəncə şəhərində oğlu Muradla görüşmüşdülər. Söhbət zamanı oğlunun nişanlısı Beyzanur ona bildirmişdir ki, valideynlərinin və özünün maddi imkanı yoxdur ki, təhsil aldığı Tibb Kollecinin pulunu ödəsinlər, bu işdə onlara köməklik etməsini ondan xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, təhsilini yaxın zamanlarda bitirəcəkdir, sahəsi üzrə işləyəcək və az müddət ərzində ona verilmiş pulu qaytaracaqdır. Bununla bağlı şifahi razılığa gəlmişdilər. Onun kartına 2022-ci ilin aprel, may və iyun aylarında “Milliön” aparatı vasitəsilə 3500 manat pul köçürmüşdür. Sonradan Beyzanur yenidən Gəncə şəhərindən ona zəng vurmuşdur ki, 1000-1500 manat pula ehtiyacı var. Daha doğrusu imtahanlardan kəsiri olduğunu bildirib, yenə də əlavə borc pul göndərməsini xahiş etmişdir. O, oğlu İzzət Orucovdan 500 manat bir, sonradan da 600 manat alıb digər oğlu Cavabdeh2 vasitəsi ilə Beyzanura göndərmişdir. Beyzanur da öz növbəsində dəfələrlə ona bildirmişdir ki, narahat olma pulunu tez bir zamanda qaytaracaqdır. Lakin cavabdeh pulu qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Cavabdeh2 ilə nişanlı olmuşdur. Onların qız toyu 2022-ci ilin may ayının 22-də, oğlan toyu isə 27 may 2022-ci ildə olmuşdur. Ona plastik kart vasitəsi ilə 2008 manat, nağd qaydada isə Murad 400 manat pul vermişdir. Verilmiş pullar borca verilməmişdir. Nişanlı olduğu üçün təhsili ilə bağlı, həmçinin toy adətlərinə uyğun (gəlinlik paltarı, maşın, gəlinin bəzədilməsi və sair xərclər) könüllü şəkildə verilmişdir. Hətta pullardan bəziləri Murad ilə bir yerdə olanda ehtiyacları olduğu üçün Murad qardaşına zəng vuraraq, pul istəmiş və oda göndərmişdir. Məsələn, onun plastik kartına xx.xx.2022ci ildə göndərilmiş 36 manat, xx.xx.2022-ci ildə göndərilmiş 85 manat pulları Muradla birlikdə olan zaman sonuncu qardaşından istəmiş və qardaşı da göndərmişdir. Sonda İddiaçı ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul etmədiyini, İddiaçı izahatında göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(050)-28/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilən 300 manat dəyərində samovar (kömür) gəlini tərəfindən cehiz əmlak olaraq gətirlmiş, lakin samovar oğurlanmışdır. Onun verilməsində problem yoxdur. Pul veriləndə pulundan çıxılar. Bundan başqa, aktda göstərilən 140 manat dəyərində çaynikçaydan (nikel) də mövcuddur. İddiaçının işə əlavə etdiyi fotoşəkildəki çaynik-çaydan (nikel) həmin əşyadır. İddiaçının cehiz əşyalarının qaytarılmasında problem yoxdur. Lakin qarşı tərəf pulu qaytarsın. Sonda Cavabdeh1 qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçıya plastik kart vasitəsi ilə 2008 manat, nağd qaydada isə 500 manat pul vermişdir. Pul ailənin pulu olub. İddiaçının plastik kartına xx.xx.2022-ci ildə göndərilmiş 36 manat, xx.xx.2022-ci ildə göndərilmiş 85 manat pulları İddiaçı ilə birlikdə olan zaman ehtiyacı olduğu üçün qardaşından istəmiş və qardaşı da göndərmişdir. İddiaçının cehiz əşyalarının qaytarılmasında problem yoxdur. Lakin qarşı tərəf pulu qaytarsın. Sonda Cavabdeh2 qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Vəkil məhkəmə iclasında bildirdi ki, cehiz əmlaklar yerindədir. Cehiz əşyaların qaytarılmasında problem yoxdur. Lakin qarşı tərəf pulu qaytarsın. Sonda Vəkil qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 bildirmişdir ki, cehiz əmlaklar yerindədir. Cehiz əşyaların qaytarılmasında problem yoxdur. Lakin qarşı tərəf pulu qaytarsın. Sonda Cavabdeh3 qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarından olan: Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(050)-28/2023 saylı qərardadı ilə ünvan 1 cavabdehlərin yaşadıqları evdə ərizəçi İddiaçı məxsus müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd olunmuş əmlakların siyahıya alınaraq onların üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə bağlı həmin qərardad, icra vərəqəsi və müvəqqəti təminat tədbiri barədə ərizə icra orqanına təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(050)-28/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “...ünvan 1 ünvanda olduq. Tələbkara məxsus əmlaklardan - tava səkkizli 230 manat, çaynik-çaydan nikel 140 manat, tək tava nikel Primer 170 manat, atlas sarı qoşa yataq dəsti 150 manat, qətfə al rəngli 30 manat, qətfə sarı rəngli 30 manat, qətfə məhrəba 2 ədəd 55 manat, sini altlığı 2 ədəd 15 manat, servis qutuda 100 manat, soğan doğrayan 20 manat, çiyid qabı 6 ədəd 15 manat, ləpə çəkən 1 ədəd 35 manat, istiot (duz) qabı 5 ədəd 50 manat, şirəli qazan 3 dənəlik kiçik 40 manat, samovar (kömür) 300 manat, şirəli vedrə 2 ədəd 40 manat dəyərində olan əmlaklar istisna olmaqla qalan icra vərəqəsində göstərilən tələbkara məxsus əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur.” Plastik kart hesabından çıxarışdan görünür ki, İddiaçı 4098********6056 kart hesabına MilliÖn və eManat ödəniş terminalları vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 202 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 302 manat, xx.xx.2022-ci il tarixdə 301 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 301 manat, xx.xx.2022-ci ildə 150 manat, xx.xx.2022-ci il tarixdə 221 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 36 manat, xx.xx.2022-ci il tarixdə 85 manat, cəmi 2008 manat pul köçürülmüşdür. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. Bu halı Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(050)-28/2023 saylı qərardadının icrası ilə əlaqədar görülmüş icra tədbirləri də təsdiq edir. Belə ki, qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “...ünvan 1 ünvanda olduq. Tələbkara məxsus əmlaklardan - tava səkkizli 230 manat, çaynik-çaydan nikel 140 manat, tək tava nikel Primer 170 manat, atlas sarı qoşa yataq dəsti 150 manat, qətfə al rəngli 30 manat, qətfə sarı rəngli 30 manat, qətfə məhrəba 2 ədəd 55 manat, sini altlığı 2 ədəd 15 manat, servis qutuda 100 manat, soğan doğrayan 20 manat, çiyid qabı 6 ədəd 15 manat, ləpə çəkən 1 ədəd 35 manat, istiot (duz) qabı 5 ədəd 50 manat, şirəli qazan 3 dənəlik kiçik 40 manat, samovar (kömür) 300 manat, şirəli vedrə 2 ədəd 40 manat dəyərində olan əmlaklar istisna olmaqla qalan icra vərəqəsində göstərilən tələbkara məxsus əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur.” Masallı Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 16(050)-28/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda mövcud olmayan əmlak kimi göstərilmiş - 140 manat dəyərində çaynik-çaydana (nikel) və 300 manat dəyərində samovara (kömür) münasibətdə məhkəmə bildirir ki, həmin əmlakların cehiz əmlaklar olaraq gətirilməsi işin araşdırılması zamanı işdə olan fotoşəkillər əsasında, həmçinin cavabdehin etirafedici izahatı ilə sübut edilmişdir. Qəradadın icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda mövcud olmayan əmlak kimi göstərilmiş digər əmlakların isə gətirilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş və işin araşdırılması zamanı sübuta yetirilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilən səbəblərdən ilkin iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə bildirir ki, ilkin iddia üzrə iddiaçı verilmiş pulların borca verilmədiyini, nişanlı olduğu üçün təhsili ilə bağlı, həmçinin toy adətlərinə uyğun (gəlinlik paltarı, maşın, gəlinin bəzədilməsi və sair xərclər) könüllü şəkildə verildiyini, hətta pullardan bəzilərinin Murad ilə bir yerdə olanda ehtiyacları olduğu üçün Muradın qardaşından istəməsini bildirmişdir. Qarşı tərəf isə pulun borc olaraq verilməsini iddia edir. İddiaçı 2022-ci ilin aprel, may və iyun aylarında “Milliön” aparatı vasitəsilə 3500 manat, sonradan oğlu Cavabdeh2 vasitəsi ilə 1100 manat, cəmi 4600 manat pulun qarşılıqlı iddia üzrə cavabdehə verildiyini bildirsədə, oğlu Murad məhkəmə iclasında verdiyi izahatında iddiaçıya plastik kart vasitəsi ilə 2008 manat, nağd qaydada isə 500 manat pul verdiyini, İddiaçı isə ona plastik kart vasitəsi ilə 2008 manat, nağd qaydada isə Muradın 400 manat pul verdiyini bildirir. Plastik kart hesabından çıxarışdan görünür ki, İddiaçı 4098********6056 kart hesabına MilliÖn və eManat ödəniş terminalları vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 202 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 302 manat, xx.xx.2022-ci il tarixdə 301 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 301 manat, xx.xx.2022-ci ildə 150 manat, xx.xx.2022-ci il tarixdə 221 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 36 manat, xx.xx.2022-ci il tarixdə 85 manat, cəmi 2008 manat pul köçürülmüşdür. Belə vəziyyətdə məhkəmə hesab edir ki, İddiaçı plastik kart hesabına köçürülməklə 2008 manat, nağd qaydada 400 manat (Murad 500 manat verməsini sübut etmədiyi üçün), cəmi 2408 manat pul verilməsi qəbul edilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi baxımından qarşılıqlı iddia üzrə iddiaçı vermiş olduğu pulun borca verilməsini və beləlilklə tərəflər arasında borc hüquq münasibətlərinin yaranmasını sübut etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı verilmiş pulun borca verilməsini sübut etməmişdir. Hətta, onun pulun borca verilməsi barədə mövqeyi məhkəmə iclasında izahat vermiş iş üzrə cavabdehlərdən olan oğlu Cavabdeh2 izahatı ilə də təkzib edilir. Belə ki, məhkəmə iclasında izahat vermiş Cavabdeh2 izahatında göstərmişdir ki, “...İddiaçının plastik kartına xx.xx.2022-ci ildə göndərilmiş 36 manat, xx.xx.2022-ci ildə göndərilmiş 85 manat pulları İddiaçı ilə birlikdə olan zaman ehtiyacı olduğu üçün qardaşından istəmiş və qardaşı da göndərmişdir.” “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “...Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, pul verilərkən niyyət bağışlamaq olmuşdur. Bunu yuxarıda göstərilənlər təsdiq edir. Həmçinin, pulun tələb edilməməsi, sonradan iddiaçı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra qarşı tərəfindən də hazırki tələblə məhkəməyə müraciət etməsi nəzərə alınmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, verilmiş pul hədiyyə olaraq verilmişdir. Mülki Məcəlləyə müvafiq olaraq bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1). Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər (666.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərilir ki, “...MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. İddiaçı ilə Cavabdeh2 arasında müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan nikah yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ilkin iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 13100 manat təşkil etdiyinə görə 129,3 manat dövlət rüsumu ödənilməli, 980 manat qiymətində iddia təmin edilmədiyindən) 119,62 manat pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İlk ddia qismən təmin edilsin. İddiaçı məxsus - 20 manat dəyərində ceynamaz, 320 manat dəyərində galaksi qaşıq dəsti, 150 manat dəyərində bıçaq-çömçə dəsti, 550 manat dəyərində servislər (yemək, çay və qəhvə dəsti), 200 manat dəyərində servis (yemək dəsti 25 parçalıq), 390 manat dəyərində qazan dəsti (nikel), 230 manat dəyərində qazan dəsti (gümüşü), 320 manat dəyərində qazan dəsti (güllü), 220 manat dəyərində qazan (buxarlı), 220 manat dəyərində tava (üçlü), 210 manat dəyərində “BOSCH” markalı sokçəkən, 320 manat dəyərində Primer ətçəkən, 260 manat dəyərində samovar (Aksel 5 litrlik), 230 manat dəyərində balıq tavası (Lovesmile), 310 manat dəyərində tozsovuran (sulu Galaksi), 440 manat dəyərində xalça (qalın Galaksi), 240 manat dəyərində ütü (Arzum), 140 manat dəyərində yorğan (sırınma 1 nəfərlik (2 sayda), 170 manat dəyərində yorğan (zoğalı rəng Galaksi), 170 manat dəyərində yorğan (güllü yastıqlı Galaksi), 90 manat dəyərində yataq örtüyü (qəhvəyi qoşa odeyal), 90 manat dəyərində yataq örtüyü (ürəkli qoşa odeyal), 180 manat dəyərində taxtüstü örtük (pərdəli pakrıval), 40 manat dəyərində yastıq (75x75 2 ədəd), 150 manat dəyərində ağ qoşa yataq dəsti (pastel), 80 manat dəyərində ağ qoşa yataq dəsti (pastel), 60 manat dəyərində sarı qoşa yataq dəsti, 30 manat dəyərində döşəkçən (hörməli 2 ədəd), 80 manat dəyərində ağ yataq (1 nəfərlik 2 sayda), 110 manat dəyərində 12 ədəd çay dəsmalı, 6 manat dəyərində 2 ədəd çay dəsmalı, 50 manat dəyərində 10 ədəd üz məhrəbası, 30 manat dəyərində al rəngli qətfə, 25 manat dəyərində qətfə (məhrabalı dəst), 220 manat dəyərində dəridən olan masa örtüyü, 130 manat dəyərində işləməli masa örtüyü, 75 manat dəyərində jurnal masa örtüyü, 105 manat dəyərində sarı masa örtüyü, 70 manat dəyərində jurnal sarı masa örtüyü, 100 manat dəyərində ağ güllü masa örtüyü, 85 manat dəyərində sarı masa örtüyü, 150 manat dəyərində qutuda dəst masa örtüyü, 20 manat dəyərində jurnal sarı masa örtüyü, 240 manat dəyərində dolablı ütü stolu, 60 manat dəyərində 5 şamlı çilçıraq, 250 manat dəyərində çay dəsti (servis 24 parça), 130 manat dəyərində qaşlı meyvə qabı (gümüşü rəngli), 160 manat dəyərində 12 ədəd xrustal stəkan, 150 manat dəyərində 6 ədəd rəngli bakal, 30 manat dəyərində servis çay dəsti, 100 manat dəyərində servis (qutuda), 80 manat dəyərində 6 ədəd xrustal bakal, 100 manat dəyərində xrustal meyvə qabı, 140 manat dəyərində xrustal gül qabı, 75 manat dəyərində 2 ədəd yaşıl meyvə qabı, 75 manat dəyərində 2 ədəd yaşıl qənd qabı, 50 manat dəyərində qəhvəyi tort qabı (7 parça), 50 manat dəyərində qırmızı tort qabı (7 parça), 30 manat dəyərində boşqablı qəpə qabı, 25 manat dəyərində salat doğrayan, 40 manat dəyərində 12 ədəd gündəlik xrustal stəkan, 30 manat dəyərində 12 ədəd gündəlik nəlbəki, 30 manat dəyərində rəngli su stəkanı, 20 manat dəyərində 2 ədəd şüşədə balıq qabı, 30 manat dəyərində 2 ədəd peçenye qabı, 60 manat dəyərində 6 ədəd qənd qabı, 20 manat dəyərində 2 ədəd dəmir keks qabı, 25 manat dəyərində meyvə qabı, 50 manat dəyərində 2 ədəd qənd qabı, 550 manat dəyərində pərdə (tül ağı ilə), 60 manat dəyərində 1 nəfərlik 12 kq-lık yun döşək, 30 manat dəyərində döşək üzü, 1350 manat dəyərində mebel yataq dəsti (qoşa çarpayı, paltar dolabı, güzgülü komod, 2 tumba), 20 manat dəyərində 6 ədəd nəlbəki, 50 manat dəyərində 2 ədəd xrustal ləpə qabı, 300 manat dəyərində samovar (kömür), 20 manat dəyərində paltar setkası, 10 manat dəyərində göy taxtası, 18 manat dəyərində şotka dəsti, 2 manat dəyərində çaynik altlığı, 28 manat dəyərində qab setkası, 15 manat dəyərində çörək qabı, 15 manat dəyərində 2 ədəd şotka dəsti, 20 manat dəyərində süpürgə dəstin, 4 manat dəyərində sap qabı, 50 manat dəyərində 9 ədəd plastik süzgəc ləyən, 10 manat dəyərində yağ qabı, 8 manat dəyərində pendir qabı, 7 manat dəyərində şpilka qabı, 5 manat dəyərində şpilka, 15 manat dəyərində hamam üçün asqı, 5 manat dəyərində suvenir çaynik, 8 manat dəyərində mələk suvenir, 10 manat dəyərində mələk suvenir, 18 manat dəyərində çəngəli limon dəsti, 6 manat dəyərində sabun qabı, 5 manat dəyərində ürəkli suvenir, 30 manat dəyərində qırmızı ayıcıq, 30 manat dəyərində qırmızı (ağlı) ayıcıq, 40 manat dəyərində ağ it oyuncaq, 15 manat dəyərində qar dənəcəyi suvenir, 50 manat dəyərində qırmızı don, 80 manat dəyərində qəhvəyi don, 60 manat dəyərində cins gödəkçə və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 119,62 manat pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı 4600 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev