Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1184/2025 14.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Eynalov Babək Eynal oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 23 noyabr 2024-cu ildə mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs uzun müddətdir ki, tanıyır. Birlikdə müəllim işləmişlər. Maraqlı şəxs pul lazım olduğundan ondan 5300 manat məbləğində borca pul almışdır. Pulu tez bir zamandan qaytaracağına söz versə də, sözünə əməl etməmişdir. Vediyi pulu ondan dəfələrlə istəməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Maraqlı şəxs evinə dəfələrlə gedərək oğlanlarından borc verdiyi pulunu istəmiş, sonda Cəsarət onunla barışıq sazişini bağlayaraq borcdan 200 manat məbləğində pul ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Ödənişin vaxtı hər ayın 15-dən 25-nə kimi olmadı idi, lakin Maraqlı şəxs təkrar verdiyi sözə əməl etməyərək ona ödəniş etməmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, barışıq sazişini tam olmasa da, qismən icra etmişdir. Belə ki, fevral ayında 150 manat ödəniş etmişdir. Lakin mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 noyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00977 nömrəli barışıq sazişindən müəyyən edilir ki, 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi 5300 (beş min üç yüz) manat məbləğində olan borcunu 27 (iyirmi yeddi) ay müddətində 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs qarşıdan gələn ilk iki ay müdətində, yəni 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayının 15-dən 25-dək ümumi borcdan hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində borcu 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs ümumi borcdan qalan 5000 (beş min) manat məbləğində borcu isə 2025-ci ilin fevral ayından başlayaraq, hər ay 200 (iki yüz) manat olmaqla, 25 (iyirmi beş) ay müddətində və hər ayın 15-dən 25dək 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs 5300 (beş min üç yüz) manat məbləğində borcu ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində pulun ödənilməsi öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 noyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00977 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi 5300 (beş min üç yüz) manat məbləğində olan borcunu 27 (iyirmi yeddi) ay müddətində 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs qarşıdan gələn ilk iki ay müdətində, yəni 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayının 15-dən 25-dək ümumi borcdan hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində borcu 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs ümumi borcdan qalan 5000 (beş min) manat məbləğində borcu isə 2025-ci ilin fevral ayından başlayaraq, hər ay 200 (iki yüz) manat olmaqla, 25 (iyirmi beş) ay müddətində və hər ayın 15-dən 25dək 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 23 noyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00977 nömrəli barışıq aşağıdakı məzmunda təsdiq edilsin: “2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi 5300 (beş min üç yüz) manat məbləğində olan borcunu 27 (iyirmi yeddi) ay müddətində 1-ci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs qarşıdan gələn ilk iki ay müdətində, yəni 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayının 15-dən 25-dək ümumi borcdan hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində borcu 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; 2-ci tərəf Maraqlı şəxs ümumi borcdan qalan 5000 (beş min) manat məbləğində borcu isə 2025-ci ilin fevral ayından başlayaraq, hər ay 200 (iki yüz) manat olmaqla, 25 (iyirmi beş) ay müddətində və hər ayın 15-dən 25dək 1-ci tərəf Ərizəçi poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür.” Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-1184/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1184/2025
14.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver