Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1191/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-00091 saylı barışıq sazişinin təsdiq edilməsi, uşaqları 14 dekabr 2020-ci il təvəllüdlü X2 ilə hər ayın şənbə günlərində saat 14:00-dan 19:00-dək və bazar günü 10:00-dan 15:00-dək ünsiyyət hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 14 dekabr 2020-ci il təvəllüdlü Harun adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşdiyindən ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-00091 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə uşaqları 14 dekabr 2020-ci il təvəllüdlü X2 ilə hər ayın şənbə günlərində saat 14:00-dan 19:00-dək və bazar günü 10:00-dan 15:00-dək ünsiyyət hüququnun verilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi uşaqlarla ünsiyyətinə imkan verməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-00091 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan nikahın pozulması haqqında arayışdan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah qeydi xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Doğum haqqında arayışdan görünür ki, X2 14 dekabr 2020-ci ildə doğulmuşdur. Uşağın atası Ərizəçi, anası Maraqlı şəxsdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2235/2022 saylı qətnaməsinin surətindən görünür ki, 24 may 2022-ci il tarixli, MŞL-00091 nömrəli barışıq sazişi təsdiq edilmiş, 01 iyun 2022-ci il tarixdən başlayaraq 14 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Ərizəçi alınaraq Maraqlı şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2021-MŞL-00091 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər 2020-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. 24 may 2022-ci il tarixdə Maraqlı şəxs nikahın pozulması və alimentin tutulması tələbi ilə mediasiyaya müraciət etmişdir. Sazişə əsasən tərəflərin hər ikisinin əlverişli hesab etdiyi vaxtlarda hər ayın şənbə günlərində saat 14:00-dan 19:00-dək və bazar günü 10:00-dan 15:00-dək ünsiyyət hüququnun verilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi uşaqlarla ünsiyyət üçün sazişin birinci tərəfinə şərait yaratmalı olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 13 yanvar 2022-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 24 may 2022-ci il tarixli, MŞL-00091 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə Ərizəçi uşaqları 14 dekabr 2020-ci il təvəllüdlü X2 ilə hər ayın şənbə günlərində saat 14:00-dan 19:00-dək və bazar günü 10:00-dan 15:00-dək ünsiyyət hüququ verilir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1191/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1191/2023
27.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver