Məhkəmə qərarları › İş №2(050)-1193/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1193/2023

27.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1193/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü ildə mediasıya prosesində MŞL/MT 014/2023-00440 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il təvəllüdlü övladı X1 üçün hər ay yetkinlik yaşına çatana kimi 120 (bir yüz iyirmi) manat aliment pulunu ona verilməsi və övladının X3 onun yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Elsəvər oğlu ilə 593 saylı 08 avqust 2019-cu il tarixli nikah bağlamış ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqları dövrdə 24 avqust 2020-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Əvəllər mehriban yaşamışlar. Lakin son vaxtlar xasiyyətləri uyğun onun yanında saxlanılır. O, yəni Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023- 00440 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü övladı X2 üçün hər ay yetkinlik yaşına çatana kimi 120 (bir yüz iyirmi) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüş və övladları Jasminin onun, yəni anası Ərizəçi yanında saxlamlmasına razılıq vermişdir. Onunla Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-00440 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxanlmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X9 arasında 26 avqust 2019-cu il tarixdə Masallı regional ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 593 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 08 iyul 2020-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 07 mart 2023-cü il tarixli, MŞL/MT 014/2023-00440 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatana kimi 120 (bir yüz iyirmi) manat aliment pulunun ödəməsinə öhtəlik götürmüşdür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra X11 Hüsniyyə Salim qızının cer-cehiz əmlakının evdən çıxarılma tələbi ilə razılaşmışlar. Cehizlərin evdən çıxarılması bir ay ərzində baş tutacaqdır. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birinci tərəf yəni Ərizəçi qızıl zinət əşyalarını 18 ay ərzində qaytaracaqına öhdəlik götürmüşdür. Birinci Tərəf Ərizəçi bu sazişi imzaladıqdan sonra ikinci tərəf yəni Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X5 həftənin şənbə və bazaar günləri saat 14.00 dan 17.00 kimi görməsinə və vaxt keçirməsinə razılıq vermişdir. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2020-ci il təvəllüdlü X6 anası yəni birinci tərəf Ərizəçi yanında saxlanılmasına icazə vermişdir. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 16 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin, barşıq sazişində qeyd edilmiş azyaşlının ananın himayəsinə verilməsi hissədində təmin edilməməlidir. Belə ki, uşağın kimin yanında saxlanılması nikah pozulması predmenti olduğundan və iş materaillarında tərəflər arasında uşağın kimin yanında qalmasına dair mübahisə olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 07 mart 2023-cü il tarixli, MŞL/MT 014/2023-00440 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 aprel 2023-cü ildən başlayaraq Maraqlı şəxs 08 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar