Məhkəmə qərarları › İş №2(050)-1201/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1201/2025

17.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1201/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində imzaladıqları MŞM/MT036/2025-00182 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010cu il təvəllüdlü X4 himayəsində saxlanılmaqla Maraqlı şəxs həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat onun xeyrinə aliment tutulması, alimentin tutulmasının cari ilin fevral ayından hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2009-cu il tarixdə Masallı rayon İHB-nın Güllütəpə ərazi nümayəndəliyində rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il təvəllüdlü İsgəndərov Əli, xx.xx.2012-ci il təvəllüdlü İsgəndərova Zəhra, xx.xx.2013-cü il təvəllüdlü İsgəndərova Dəniz və xx.xx.2021-ci il təvəllüdlü İsgəndərov Uğur adlı dörd uşaqları olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş, uşaqlardan Əli İsgəndərov atasının, qalan uşaqlar isə onun yanında saxlanılmış, onun yanında qalan uşaqların saxlanılması üçün Şahin İsgjəndərovdan hər uşağa görə hər ay minimum əmək haqqım 0,44 misli miqdarında aliment tutulması qət edilmişdir. Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00182 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahlarında anadan olmuş Əli İsgəndərov onun himayəsində saxlanılmalı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay həmin uşağa görə Maraqlı şəxs 100 manat alimenti ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-dən sonunadək nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini cari ilin fevral ayının 27-də imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci ildə mediasiya prosesində imzaladıqları MŞM/MT036/2025-00182 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında arayışlardan görünür ki, 20 aprel 2010-cu il təvəllüdlü X4, 17 sentyabr 2012-ci il təvəllüdlü X1, 02 oktyabr 2013-cü il təvəllüdlü X2 və 22 fevral 2021-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(050)-31/2025 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiasının qismən təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 17 avqust 2009-cu il tarixdə Masallı rayon Güllütəpə ərazi nümayəndəliyində 37 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, 20 aprel 2010-cu il təvəllüdlü X8 cavabdeh Maraqlı şəxs yanında saxlanılması, 17 sentyabr 2012-ci il təvəllüdlü X5, 02 oktyabr 2013-cü il təvəllüdlü X6 və 22 fevral 2021-ci il təvəllüdlü X7 iddiaçı Ərizəçi yanında saxlanılması, 21 noyabr 2023-cü il tarixdən başlayaraq 17 sentyabr 2012-ci il təvəllüdlü X1, 02 oktyabr 2013-cü il təvəllüdlü X2 və 22 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissədə dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 27 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00182 saylı barışıq sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2010-cu il təvəllüdlü X8 1-ci tərəf anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit məbləğdə aliment, yəni mimimum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. Tərəf Maraqlı şəxs 2025-ci ilin fevral ayının 01-dən sonunadək və gələn hər növbəti ayın da 01-dən sonunadək 100 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin fevral ayından başalayaraq ayın sonunadək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 06 mart 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 27 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00182 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2010-cu il təvəllüdlü X8 anası Ərizəçi yanında qalmaqla onun himayəsinə verilsin. 01 fevral 2025-ci ildən başlayaraq Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar